“Ona əynindəki şalvarı mən almışam”
Digərləri 10 Yan 2024 18:57:00 246 0
Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin Maliyyə Xidmətinin sabiq rəisi polkovnik-leytenant Rəşad Məlikzadənin cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.
Bu xəbəri də oxu: "Apple" süni intellektin dəstəyi ilə yeni versiyasını təqdim etdi "iOS 18.1" ÖZƏLLİKLƏRİ
Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Rafiq Abbasovun sədrliyi ilə keçirilən iclasda prokuror ittiham aktını elan edib.
İttihamda deyilir ki, müttəhim Məlikzadə 2017-ci ildən başlayaraq N saylı hərbi hissədə və TTM-dəki xidməti dövründə hərbçilərin əmək haqlarının ödənilməsini təmin etmək, dövlətin ayırdığı vəsaitin qanunauyğun istifadə etmək, şəxsi heyətin düzgün mükafatlanmasını nəzarətdə saxlamaq, maliyyə təsərrüfatına nəzarət etmək və digər vəzifə səlahiyyətlərinin əksinə olaraq əvvəlcədən əlbir olan bir qrup şəxslə cinayətkar əlaqəyə girərək xüsusilə külli miqdarda mənimsəməyə yol verib.
O, ümumilikdə 9 369 min 411 manat dövlət vəsaitini müəyyən şəxlərin adına açdığı plastik kartlara köçürüb, həmin vəsait də nağdlaşdırılaraq mənimsənilib.
R.Məlikzadə verilmiş ittihama münasibətdə özünü qismən təqsirli bilir. Qismən ona görə ki, mənimsəmə məbləği ilə razılaşmır. Məlikzadə iclasın davamında sərbəst ifadə verib. O, özünün də müəyyən qədər mənimsəməyə yol verdiyini etiraf edib, lakin 9 milyondan çox vəsaitin böyük hissəsini rəhbərliyə verdiyini deyib. Sərbəst ifadənin gedişində məlum olub ki, Məlikzadə rəhbərlik dedikdə Müdafiə nazirliyinin Maliyyə-Büdcə İdarəsinin təftiş şöbəsinin sabiq rəisi Rafael Xələfov eyni idarənin maliyələşmə şöbəsinin sabiq rəisi Nəriman Cabbarovu nəzərdə tutur.
Rafael Xələfov özü də istintaqı aprılan cinayət işi üzrə ittiham edilir. Onun haqda ibtida istintaq davam edir.
Təqsirləndirilən şəxs xidməti dövründə mənimsəmənin hansı formada aparılmasından da danışıb.
"20 faiz maliyyələşməyə, 40 faiz təftişə, 40 faiz də mənə..."
"N saylı hərbi hissənin maliyyə rəisi işlədiyim 1 il ərzində iki dəfə yoxlama olub. 153 min 600 manat birincidə, 849 min manat ikinci yoxlamada mənimsəmə aşkar edilib.
İlk dəfə Azər Məmmədov hissədə təftiş aparıb, 153 min 600 manat 3 yerə bölünüb. 20 faiz maliyyələşməyə, 40 faiz təftişə, 40 faiz də mənim özümə qalıb. Təftişin payına düşən 92 min manatı şəxsən Azər Məmmədova vermişəm. Həmin ərəfədə bir maraqlı məqam da oldu. Hərbi-hissədə təftiş gedə-gedə Nazirlikdən inspeksiya yoxlaması gəldi. Elə bil ki, yoxlamanın üstünə yoxlama... Götürüb Rafael Xələfovu yığdım, dedim, bəs bu nə məsələdir? Dedi ki, narahat olma, 15 min manat göndərərsən səni yoxlamayacaqlar. Elə bu danışıqdan biraz sonra yoxlama çəkilib getdi. Söz verdiyim pulu da Xələfova şəxsən verdim. Amma Rafael ilkin istintaqda birinci üzləşməmizdə 15 mini aldığını etiraf etsə də, sonra inkar etdi.
Yekun olaraq deyə bilərəm ki, N saylı hərbi hissədə birinci yoxlamada mənimsənilən 153 min 600 manatdan 46 min 620 manat şəxsən özümə qalıb. Qalan vəsait də dediyim kimi bölünüb. İkinci yoxlama da eyni qaydada bölünüb. Həmin yoxlamada 800 mindən artıq mənimsəmə ortaya çıxıb. Ordan da mənə 209 min 141 manat çatıb. Bu pulları da qəpiyinə kimi ödəməyə hazıram".
İttihamda göstərilən məbləğin qalan hissəsi isə müttəhimin Təlim və Tədris Mərkəzində işlədiyi dövrə aiddir.
Təqsirləndirilən şəxsin dediyinə görə, mənimsəmədən əlavə ildə bir dəfə xüsusi tapşırıqlar olub. Bu tapşırıqlara görə, bir dəfə Rafael Xələfova 150 min, Nəriman Cabbarova 100 min manat pul verib. Həmin pullar da mənimsəmə kimi qeyd edilib.
Məlikzadə də Maliyyə-Büdcə İdarəsinin sabiq rəisi general Nizami Məmmədov və onunla birgə ittiham edilənlər kimi Rafael Xələfovdan şikayətlənib, onun əsas fiqur olduğu halda hər şeyi boyundan atdığını deyib.
"Bu əsərin baş qəhrəmanı Rafael Xələfovdur..."
"Rafael indi boynuna almır, amma bu əsəri o yazıb. Əsərin qəhrəmanı da odur. Mən onun üçün çox şey eləmişəm. Onun "Land Rover" markalı avtomobilini mən almışam. Mənim dostum Almaniyadan avtomobil gətirirdi. Rafail də bunu bilirdi. Dedi ki, rəislər "Land Rover" sürür, mən də ondan istəyirəm. 78 min manat pul sayıb verdim o, maşına... Bundan başqa Rafailə 18 min manatlıq paltar almışam. Yadımdadır, bir dəfə də qohumu əməliyyat olundu, 8 min manat da onda mən verdim. Oğlunun evinə mebel yığdırırdı, onun da 2 min manatını mən verdim. Çox şey demək istəmirəm, ayıbdır... Amma onun əyininə geyindiyi şalvarın da pulunu mən vermişəm.
Mən buları demək istəmirdim, amma gördüm at kimi üzümə durur, məcbur qaldım. Gəlsin bura, üzləşmədə onu ifşa edəcəm".
Müttəhim sərbəst ifadəsinin sonunda qeyd edib ki, mənimsənilən ümumi məbləğin 7 milyon 692 min manatı təftiş, maliyələşmə və xüsusi tapşırıqlara verib, 1 milyon 396 min manat özünə qalıb.
Prokuror Vüsal Əliyevi maraqlandıran məsələlərdən biri müttəhimə xüsusi tapşırıqların kim tərəfindən verilməsi olub.
Məlikzadə ona tapşırığı Rafael Xələfovun verdiyini, amma xüsusi tapşırıq nə demək olduğunu heç vaxt soruşmadığını deyib.
Müttəhim vəkili Vüqar Kazımovun sualını cavablandırarkən məlum olub ki, onu ilk dəfə maliyyə rəisi vəzifəsinə elə Rafael Xələfov düzəldib.
Vəkil Kazımovun "indi kimlər səndən aldıqları pulları boyundan atır?", sualına müvəkkili " R.Xələfov və N.Cabbarov"-, deyə cavab verib.
Proses gələn həftə davam etdiriləcək.
Qeyd edək ki, 2022-ci ilin əvvəlində Dövlət Təhkükəsizliyi Xidməti Müdafiə Nazirliyində qanun pozuntuları ilə bağlı əməliyyat keçirib. İş üzrə cinayət məsuliyyətinə cəlb edilən zabitlərə qarşı Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan olunub. Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Xalq artisti Naibə Allahverdiyeva Rusiyadan bədii filmə çəkilmək üçün d
"Avtomobil nəqliyyatı haqqında" Qanuna əsasən, taksi minik avtomo
Türkiyənin Aydın bölgəsində qətl baş verib.
Axşam saatlarında Yasamal rayonunun Şərifzadə küçəsində piyadanı avtom
Türkiyədə sosial media fenomeninin həbsi üçün yenidən polisə şikayət
"Global Fire Power" 2024-cü il üzrə dünyanın ən güclü orduya m
Macarıstanlı model Barbara Palvin Valentin günü ilə bağlı reklam çəkil
Fransa vətəndaşı Martin Rayan Azərbaycanda gizli fəaliyyət göstərən Fr
28 fevral saat 19:00-da Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasınd
"Mən əvvəl ağır bir xəstəlik keçirdim, ölüm ayağından qayıtmı
Ermənistanın XİN rəhbərinin müavini Vaqe Qevorqyan istefaya göndərilib.
"Respublika Perinatal Mərkəzi" Publik Hüquqi Şəxsində baş vermi