Keçmiş ərlərini öldürüb günahı övladlarının üstünə atdı Şok təfərrüat FOTOlar
Dünya 10 Yan 2024 01:01:00 324 0
Şimali Karolinada anadan olan Betti Lou Beets həyatı boyu 5 nəfərlə ailə həyatı qurub. Evliliyində davamlı olaraq zorakılığa məruz qaldığını iddia edən qadın bir müddət sonra ərlərini öldürməyə başlayıb. Daha sonra günahı övladlarının üzərinə atmağa çalışan Betti 2000-ci ildə edam edilib. Qətlin təfərrüatları isə qan dondurur.
Bu xəbəri də oxu: Bu, iqlimlə mübarizə üçün zəruridir
Son.az sfera.az-a istinadən sizə Texas qatili, "Qara Dul" ləqəbli Betti Lou Bets haqqında yazı təqdim edir.
Qızılca xəstəliyi nəticəsində üç yaşında eşitmə qabiliyyətini itirən Betti Şimali Karolinada anadan olub. O, burada bir çox kişi tərəfindən zorakılığa məruz qaldığını iddia edib.
Anası ruhi xəstəxanaya yerləşdiriləndə 12 yaşı olan Betti 15 yaşında artıq Robert Franklin Branson adlı adamla evlənib. Evliliklərinin birinci ilindən sonra Betti münasibətlərin pis getdiyini düşünüb və onlar ayrılıblar.
Lakin Betti daha sonra intihara cəhd edib, cütlük yenidən bir araya gəlib.
Daha sonra Robert 1969-cu ildə Betti ilə münasibətini tamamilə kəsərək, ayrılıb.
1970-ci ildə Betti Billi York Leyn adlı başqa bir adamla evlənib. Amma bu evlilik də onun üçün son dərəcə pis olub. Mübahisə zamanı Billi Bettinin burnunu sındırıb. Qisas almaq üçün ərini güllələyən Billi adam öldürməyə cəhddə ittiham olunub. Lakin Billi arvadını daim təhdid etdiyini etiraf edəndə bu ittihamlar təkzib olunub. Cütlük 1972-ci ildə evliliklərini bitirib.
"Texas ərlərimin başladığı işi bitirəcək."
Bundan sonra Betti 1979-cu ildə başqası ilə evlənib. Dördüncü əri Doyl Wayne Bakerdən boşandıqdan sonra o, 1982-ci ildə beşinci əri Cimmi Don Beetslə evlənib və yaşadığı yerdən uzaqlaşıb.
1983-cü ilin avqustunda Betti əvvəlki evliliyindən olan oğluna Cimmini öldürmək istədiyini, evi tərk etməsini tapşırıb.
Oğlu evə qayıdanda Cimmini güllə ilə öldürülmüş vəziyyətdə tapıb. Anası ilə birlikdə bu cəsədi Texasdakı evlərinin bağçasında basdırıblar. 1985-ci ilə qədər Betti qətllərdə heç bir iz, əsər-əlamət buraxmayıb.
1985-ci ildə Bettinin evində axtarış zamanı polislər Cimmi və dördüncü əri Doylun qalıqlarını tapıblar. "Nə baş verdiyini xatırlamıram..."
Betti evinin qarşısındakı quyuda iki cəsəd tapıldıqdan sonra polis tərəfindən dindirilib. Övladları Bettinin əleyhinə ifadə verərək, analarına qətllərdə kömək etdiklərini etiraf ediblər. Lakin Betti günahsız olduğunu deyib və bütün günahı uşaqlarının üzərinə atıb. "Anam ömrü boyu zorakılığa məruz qalıb..." Övladları ifadələrində analarının uzun müddət zorakılığa məruz qaldığını da bildiriblər. Hər mübahisəyə baxmayaraq, Betti Bets qətldə günahkar bilinərək edam cəzasına məhkum edilib. Lakin o, dördüncü əri Doylun qətlinə görə mühakimə olunmayıb.
2000-ci ilin fevralında, 62 yaşında, Betti inyeksiya vasitəsilə edam edilib.
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Ötən il Ermənistanın baş nazirinin Aparatında pul mükafatları 413 milyon
İsveç hökuməti yaxın illərdə artilleriya sursatlarının istehsalını ü
Üç il ərzində Litva ordusu geniş spektrli kəşfiyyat xarakterli PUA ilə t
30 yaşdan yuxarı elə gözəl xanımlar müraciət edir ki, həyatlarında he�
Ukrayna Müdafiə Nazirliyindən oğurlanan pulun məbləği 10 milyard qrivnad�
Ötən il Biləsuvar şəhərində qaz sızması nəticəsində qəzalı vəziyy
Dekabrın 27-də bir araya gələn İran və Ermənistan xarici işlər nazirlə
Ermənistan ordusunun Baş Qərargah rəisi Edvard Asryan 2-ci Ordu Korpusunda o
Rusiya xarici işlər naziri Sergey Lavrov telefon danışığı zamanı iranlı
Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"
İzmir sahilində 80 sərnişin daşıyan bərə sahilə çırpılıb.
Quanqdonq əyalətindəki Cənub Elm və Texnologiya Universitetinin çinli alim
Türkiyənin Qəhrəmanmaraş vilayətinin Nurhak ilçəsində 4,1 bal gücünd�
Rusiya Dövlət Dumasının deputatı Nina Ostanina rusiyalı bloqer Sergey Kose