Babasının gözləri çıxardılan, nənə olandan sonra ərə gedən, kəfənini çantasında gəzdirən şairimiz


Kriminal 17 Sen 2023 15:50:00 502 0

Babasının gözləri çıxardılan, nənə olandan sonra ərə gedən, kəfənini çantasında gəzdirən şairimiz

Son.az Kulis.az-a istinadən şairə haqqında maraqlı faktları təqdim edir.

Mirvarid Dilbazi 1912-ci il avqust ayının 19-da Qazax qəzasının Musaköy (indiki Xanlıqlar) kəndində anadan olub. Pedaqoji Universitetin dil və Ədəbiyyat-İctimayyət fakültəsində təhsil alıb. İnstitutu bitirdikdən sonra gənc şair Quba Partiya Məktəbinə ədəbiyyat müəllimi təyin olunub.

Mirvarid xanımın babası Mustafa "37-nin" qurbanlarındandır. Qazaxıstanda sürgün həyatı yaşayıb, orada da dünyasını dəyişən babasının məzarının yeri bu günə qədər də məlum deyil. Şairin ulu babası Əbdürrəhman ağa Dilbazi Xanlıqlar kəndində doğulub, dövrünün ən mütərəqqi aydınlarından, ictimai xadimlərindən olub. 1803-cü ildə Sisianovun Gəncə xanı Cavad xanı qətlə yetirməsinə divan yazdığı üçün gözləri çıxarılıb. Qazaxın "alov qülləsi" adlanan yerində bir sal daş üstə oturub, gözləri kor gəlib-gedənləri dinləyib, Tiflisdə, Gəncədə, Qarabağda nələrin baş verdiyini soruşub, bədahətən şeirlər deyib.

Mirvarid Dilbazi iki dəfə ailə həyatı qurub. Onun birinci həyat yoldaşının adı Rəşid olub. Rəşidlə Mirvari xanım əmiuşağı olublar. Rəşid bəy isə məşhur rəqqasə Əminə Dilbazinin qardaşı idi. Mirvarid xanımla həyat yoldaşının həm soyadı, həm də atalarının adı eyni olub - Dilbazi Rəşid Paşa oğlu, Dilbazi Mirvarid Paşa qızı. Ona görə də nikah zamanı hər kəs məətəl qalıb, deyiblər, bacı-qardaşla ailə qurur?

***

1942-ci ildə Mirvarid xanımın həyat yoldaşı müharibəyə yola düşüb. Hamilə olan şairə bacısı Yaqut xanımla İncə dərəsində birgə yaşayırmış. Bir gün o, bacısı ilə birgə Qazaxda yerləşən Hacı Mahmud ziyarətgahına getmək üçün qatarla yola düşüb. Onları Əminə Dilbazi yola salıb. Səməd Vurğunun qardaşı Mehdixan müəllim də Qazaxda katib idi. Tapşırıb ki, onları qarşılasınlar. Yolda Mirvarid xanımın sancısı tutub, əsgərlər onu ayrıca bir vaqona aparıblar. Təsadüfən maşında Tibb Universitetində oxuyan gənc bir qız olub. onun köməyilə Mirvarid xanımın qızı dünyaya gəlib. Gəncəyə çatanda təcili yardım maşını ilə şairi xəstəxanaya aparıblar.

Mirvarid xanım ikinci dəfə əslən Qubadlıdan olan Həsi Abdullayevlə ailə qurub. Onun ikinci dəfə ailə qurması isə Səməd Vurğunun məsləhəti ilə olub. Səməd Vurğun şairi yanına çağırıb deyib ki, adına söz çıxaracaqlar, ərə get. Bundan başqa Mirvarid xanımın xalasının əri Əhməd Seyidov da ona ailə qurmağı məsləhət görüb. Şair ailə quranda artıq bir nəvəsi var idi.

***

Deyilənə görə, yumşaq olduğu qədər də zabitəli qadın olub. Ailədə ondan çəkiniblər. O həm də çox işgüzar insan olub. Yaxşı biş-düş qabiliyyəti var idi. Xüsusilə, qurutlu xəngəli yaxşı bişirib. Xəngəl üçün qurutu isə mütləq özü hazırlayıb eyvanında qurudurmuş.

İçki içməyi sevməyib. Hətta qohumları belə məclislərdə ondan gizlin içiblər. Qızı Xatirə Dilbazi müsahibələrinin birində bu haqda deyir: Mən deyib-gülməyi, əylənməyi xoşlayıram. Bibim Əminə xanım da belə idi. Ona görə anam ona acıqlanırdı həmişə. Anamın yanında bərkdən gülmək, ucadan danışmaq, yüngül hərəkətlər etmək olmazdı. Bağa toplaşırdıq, kabab çəkirdik, bunu içkisiz necə yola verəsən? Keçib evdə gizlin içirdik...

***

Evində həmişə "Quran" olub. Mirvarid xanımın anası namaz qılan qadın olub. Özü də həmişə "Quran"ı orijinaldan oxuyub. Mirvarid xanım şeirlərini də əski əlifbada yazıb, sonra makinaya köçürüb.

Evi həmişə qonaq-qaralı olub. Amma gələnlərdən heç vaxt pay götürməyib. Deyib ki, məni çox istəyən bənövşə gətirsin. Bu haqda bir şeiri də var.

***

Elçibəy prezident olanda onunla görüşüb. Mirvarid xanımın Elçibəydən yeganə xahişi "Yazıçı" nəşriyyatının 2 milyon rubl borcunu bağışlaması olub.

***

Ömrünün son günlərində yatağından qalxa bilməyib. Zəlimxan Yaqub onun yanına gedib, evdəki sazla bir neçə saz havası ifa edib. İfanın sonunda otaqdakıların çöhrəsini diqqətlə süzən şair deyir: "Demişəm Xatirəyə, məni anamın yanında basdırın. Onsuz dura bilmirəm. Anamın laylasına möhtacam".

Müsahibələrinin birində qızı deyir ki, anam kəfənini alıb çantaya qoyub. Hər dəfə deyirdi ki, ölüb-eləsəm, özünüzü itirməyin. Heç nədən qorxmurdu. Camaat gedib qızıl-gümüş alanda o, köhnə qəbiristanlıqda özü üçün yer alıb. Vəsiyyət eləmişdi ki, məni Fəxri Xiyabanda yox, anamın yanında basdırın. Elə də elədik.

***

Süleyman Ələsgərov, Tofiq Quliyev, Fikrət Əmirov, Şəfiqə Axundova, Ağabacı Rzayeva və başqaları onun sözlərinə mahnılar, romans və oratoriyalar bəstələyiblər.

***

Mirvarid Dilbazi 2001-ci il iyulun 12-də vəfat edib.

 

5 ölkədən qadağa: like
  • 17 Sen 15:48  
Dünya 5 ölkədən qadağa:

Finlandiya, Litva, Latviya, Estoniya və Polşa Rusiyadan avtomobillərin ərazi

arrow Ətraflı
Ermənistan beynəlxalq ictimaiyyət tərəfindən pislənilmir like
  • 17 Sen 15:37  
Digərləri Ermənistan beynəlxalq ictimaiyyət tərəfindən pislənilmir

Təəssüf ki, Ermənistanın əsir, girov götürülmüş, itkin düşmüş ş�

arrow Ətraflı
Miqrantlarla toqquşmalarda 26 polis yaralandı like
  • 17 Sen 15:36  
Dünya Miqrantlarla toqquşmalarda 26 polis yaralandı

Almaniyanın Ştutqart şəhərində (Baden-Vürtemberq federal əyaləti) Eritr

arrow Ətraflı
2 il yarıma 1 milyard like
  • 17 Sen 15:24  
Şou-biznes 2 il yarıma 1 milyard

Son zaman ifaları ilə adından söz etdirən müğənni Semicenk rəqəmsal pl

arrow Ətraflı
Ermənistan tərəfi kütləvi məzarlıqların yerini gizlədir like
  • 17 Sen 15:16  
Digərləri Ermənistan tərəfi kütləvi məzarlıqların yerini gizlədir

Ermənistan tərəfi əsir, girov və itkin düşmüş şəxslırlə bağlı əm

arrow Ətraflı
Qanunsuz erməni silahlıların hücumu gözlənilir like
  • 17 Sen 15:14  
Digərləri Qanunsuz erməni silahlıların hücumu gözlənilir

Son saatlar ərzində qanunsuz silahlı dəstələr Ağdam istiqamətində atə�

arrow Ətraflı
Azərbaycanda 3900a qədəri itkin düşmüş şəxs var like
  • 17 Sen 15:06  
Digərləri Azərbaycanda 3900a qədəri itkin düşmüş şəxs var

Azərbaycanda 3900-a qədəri itkin düşmüş şəxs var, 872 nəfərin əsir g

arrow Ətraflı
Vilayət Eyvazov mayoru rəis təyin etdi like
  • 17 Sen 15:04  
Digərləri Vilayət Eyvazov mayoru rəis təyin etdi

Hacıqabul Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinə rəis təyi

arrow Ətraflı
Evdə ideal temperatur neçə olmalıdır? like
  • 17 Sen 15:00  
Digərləri Evdə ideal temperatur neçə olmalıdır?

"Evdə temperatur +20-22°C olmalıdır - bu, bütün yaşayış binaları

arrow Ətraflı
Vaşinqtonun ikiüzlü siyasəti sülhü pozur like
  • 17 Sen 14:49  
Siyasət Vaşinqtonun ikiüzlü siyasəti sülhü pozur

ABŞ uzun illər Azərbaycana qarşı ədalətsiz və riyakar siyasət yürütm�

arrow Ətraflı
Nəsrin yeni seriala çəkilir like
  • 17 Sen 14:48  
Şou-biznes Nəsrin yeni seriala çəkilir

Türkiyədə fəaliyyət göstərən azərbaycanlı aktrisa Nəsrin Cavadzadə d

arrow Ətraflı
Narkobaron silahları ilə birgə basdırıldı like
  • 17 Sen 14:36  
Dünya Narkobaron silahları ilə birgə basdırıldı

Ekvadorda sui-qəsd nəticəsində öldürülən narkotik şəbəkəsinin lideri

arrow Ətraflı
Qarabağda həyəcan: like
  • 17 Sen 14:24  
Digərləri Qarabağda həyəcan:

Erməni separatçılar heç bir halda hərbi texnikanın, canlı qüvvənin hər

arrow Ətraflı
Ceyhun Bayramovun iranlı həmkarı ilə telefon danışığı olub like
  • 17 Sen 14:16  
Siyasət Ceyhun Bayramovun iranlı həmkarı ilə telefon danışığı olub

17 sentyabr tarixində xarici işlər naziri Ceyhun Bayramov ilə İran İslam R

arrow Ətraflı
Rusiyalı tarixçi: ABŞ bütün əxlaqi çərçivələri aşdı like
  • 17 Sen 14:13  
Siyasət Rusiyalı tarixçi: ABŞ bütün əxlaqi çərçivələri aşdı

İnsan haqları mövzusu ABŞ tərəfindən 1950-ci ildən bəri ənənəvi olar

arrow Ətraflı