Yunus Oğuzun Polad Həşimovun ailə üzvləri ilə görüşü keçirildi
Digərləri 14 Sen 2023 18:21:00 367 0
Əli Kərim adına Sumqayıt şəhər Poeziya Evində yazıçı-publisist Yunus Oğuzun "Cığır" tarixi romanının təkrar nəşrinin təqdimatı və general-mayor şəhid Polad Həşimovun ailə üzvləri ilə görüşü keçirilib. Tədbirdə Azərbaycanın Milli Qəhrəmanı, Azərbaycan Silahlı Qüvvələrinin general-mayoru şəhid Polad Həşimovun anası Səmayə Həşimova, ailə üzvləri və bir sıra ziyalı, yaradıcı şəxslər iştirak edib.
Bu xəbəri də oxu: Tanınmış vəkil vəfat etdi
Son.az olaylar.az-a istinadən bildirir ki, tədbiri açan tanınmış şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü İbrahim İlyaslı Şuşa şəhərinin inşa edilməsinin 270 illiyinə və 44 günlük Vətən müharibəsinə ithaf olunmuş, içərisində 44 günlük Vətən müharibəsinin keçdiyi yol, Vətən müharibəsindən sonrakı nailiyyətlər və mədəniyyət paytaxtımız Şuşa şəhərinin tarixindən bəhs edilən tarixi roman haqqında məlumat verib. İ. İlyaslı Yunus Oğuzun həyat və yaradıcılığı haqqında tədbir iştirakçılarına məlumat verdikdən sonra tədbirdə iştirak edən AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Elnarə Qaragözova, prezidentin fərdi təqaüdçüsü, şairə Ofeliya Babayeva, Sumqayıt Veteranlar Şurasının sədri Sovet Şükürov, Azərbaycan Yazıçılar Birliyinin Sumqayıt şöbəsinin sədri Gülnarə Cəmaləddin, Polad Həşimovun bacısı Kəmalə Haşimova "Cığır" tarixi romanı haqqında fikirlərini səsləndiriblər. Qonaqlar Yunus Oğuzun əsərlərinin gənclərin vətənpərvərlik ruhunun inkişaf etməsində mühüm rol oynadığını xüsusilə vurğulayıb, əsərdə general Polad Həşimov obrazının yaradılmasını bu baxımdan əhəmiyyətli hesab ediblər.
Tədbirdə Qəbələ qəzetinin məsul katibi Bibixanım İsayeva və Qaradağ rayon Ağsaqqallar Şurasının sədri Ramin Məmmədov da iştirak ediblər.
Filologiya üzrə fəlsəfə doktoru, dosent Elnarə Qaragözova da qeyd edib ki, Yunus Oğuzun Şuşa şəhərinin inşa olunmasının 270 illiyinə və 44 günlük Vətən müharibəsinə həsr edilmiş romanı olan "Cığır" ədəbiyyatımız və vətənpərvərliyin təbliği üçün böyük önəm kəsb edir. Tədbirdə yazıçı-publisist Yunus Oğuz iştirakçıların suallarını cavablandırıb, onlara yazıçının "Cığır" romanı hədiyyə edilib.
Paşinyan və Ermənistan Rusiyadan uzaqlaşıb Qərbə doğru sürüklənir. Bu
"SpaceX" və "Tesla" şirkətlərinin rəhbəri İlon Mask u
Türkiyənin Qalatasaray futbol klubunun ulduz hücumçusu Mario İkardinin arva
Bakı şəhərinin Xəzər royunu Türkan qəsəbəsində yerləşən "Sant
Rusiya Prezidenti Vladimir Putin bütün suallara nöqtə qoyaraq Azərbaycanın
İtaliyanın Toskana şəhərində "Bit bazarı"nda 2 avroya (3,4 ma
Ölkənin birinci bankı Kapital Bank-ın sponsorluğu ilə innovasiya dünyası
Ermənistan özünün belə danışmaq iqtidarında olmadığı qondarma rejimi
Azərbaycan 44 günlük Vətən müharibəsindən sonra təkcə regionda yox, da
Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub.
Sentyabrın 14-də Düşənbədə Türkmənistan Parlamenti Xalq Məsləhətinin
"WhatsApp" "Telegram"-ın uzun müddətdir ki, malik olduğu
Biz Azərbaycan vətəndaşı kürdlər uzun illərdir Azərbaycanda yaşayırı
Bakı şəhərinin Binəqədi rayonunda itkin düşmüş qız tapılıb.