Zərərçəkmiş Bakının mərkəzində onu öldürmək istəyənlərdən şikayətçi olmadı VİDEO
Kriminal 07 Sen 2023 14:20:00 377 0
Bakının mərkəzində silahlı insident törətməkdə ittiham olunanlar - Şahmar İsmayılov, Vüqar Quliyev və Ramal Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Bu xəbəri də oxu: Məşhur azərbaycanlı tiktoker həbs olundu
Son.az oxu.az-a istinadən bildirir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Zərərçəkmiş, kriminal aləmdə "Nicat Lənkəranski" kimi tanınan Nicat Əkbərov 1983-cü ildə Lənkəranda doğulub. O, əvvəllər məhkumluq həyatı yaşayıb. Bu hadisədən bir müddət sonra isə külli miqdarda narkotik dövriyyəsinə görə həbs edilib. Hazırda istintaq təcridxanasında saxlanılır.
Nicat Lənkəranski məhkəmədə ifadə verib, təqsirləndirilən şəxslərdən şikayətçi olmadığını deyib. O, bundan sonrakı iclaslarda iştirak etmək istəməyib.
Növbəti iclas sentyabrın 13-ə təyin edilib.
Qeyd edək ki, istintaqla Nəsimi rayonu ərazisində Şahmar İsmayılov, Vüqar Quliyev, Ramal Məmmədov və digərlərinin bir qrup şəxs halında Nicat Lənkəranskini sifarişlə öldürmək məqsədilə qeyd olunan ünvanda qanunsuz əldə olunmuş odlu silahdan atəş açması, sonuncunun atəşdən yayınması nəticəsində təsadüfən hadisə yerində olan Tamerlan Hüseynov və Fəqan Rəhimlinin müxtəlif xəsarətlər almasına əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlarla Şahmar İsmayılov, Vüqar Quliyev və Ramal Məmmədova Cinayət Məcəlləsinin 29,120.2.1, 29, 120.2.5 (bir qrup şəxs tərəfindən sifarişlə qəsdən adam öldürməyə cəhd), 228.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah əldə etmə, daşıma, saxlama) və digər maddələri ilə ittiham irəli sürülüb.
İş üzrə üç nəfər - Tamerlan Hüseynov, Fəqan Rəhimli və Nicat Əkbərov zərərçəkmiş qismində tanınıblar.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermən
Rəsmi Moskva Ermənistanı hərbi təlimləri Kollektiv Təhlükəsizlik Müqav
Zabuxa köç prosesi çox müvəffəqiyyətlə həyata keçirildi. Prezident İl
Ermənistanın baş naziri Nikol Paşinyanın 2023-cü il sentyabrın 7-də verd
Bir neçə gün əvvəl fərqli, bu gün isə tam əksini deyən Paşinyan öz s
Bu gün "Avroviziya 2011" qalibimiz Nigar Camalın ad günüdür.
Yaponiyanın Kumamoto şəhərinin hakimiyyət orqanları məktəblərdə davami
Ermənistanın icra hakimiyyətində vəziyyət gərgindir. Paşinyan nazirlərd
Müdafiə Sənayesi Nazirliyinin tabeliyində "Azərsilah" Müdafiə S
Xalq artistləri Mənsum İbrahimov və Təyyar Bayramov ustad sənətkar Xalq a
Ermənistanın baş naziri Nikol Paşinyanın 7 sentyabr tarixində hökumət ic
Dünən Yasamal rayonunda baş verən zəncivari qəzada eyni anda 10-a yaxın a
"Ermənistan Azərbaycanla sülh və münasibətlərin normallaşdırılmas
Bəzi taksi operatorları oktyabrın 1-dən qüvvəyə minəcək qərarı sabota