Avropada yayılan "virus" Bu dəfə məktəbli qızlar
Digərləri 28 Avq 2023 13:07:00 341 0
Dinin həssas mövzu olduğu aydın məsələdir. Dinlə bağlı ilkin anlayışlar ailədə formalaşsa da, müəyyən yaşdan sonra kənar təsirlərin rolu artır. Ətrafındakı insanlardan tutmuş yaşadıqlarına qədər hər incə məqam dinə qarşı düşüncələri müsbətə və ya mənfiyə doğru dəyişdirə bilir. İllərlə inandığı dini hər hansı bir möcüzəvi hadisədən sonra dəyişən və ya başına gələn bədbəxt hadisədən sonra inancını itirən onlarla insan olduğunu nəzərə alsaq bu məsələdə kənar təsirlərin rolunun vacibliyini qeyd etmiş olarıq.
Bu xəbəri də oxu: Taksi qiymətləri ARTACAQ
Azərbaycanda milli və dini azadlığın inkişafı üçün hər bir şərait yaradılsa da, Qərb ölkələrində, xüsusilə Fransada İslamofobiya geniş yayılır. İslamofobiya dedikdə həm islam qorxusu, həm də bu qorxudan doğan və bütün müsəlmanlara qarşı olan nifrət hissi nəzərdə tutulur. İslamofobiya gündəlik hadisələrdən soyqırımına qədər dəyişə bilər. Müsəlman qadınlara qarşı islamofobiya hallarına daha çox rast gəlinir. İslamofobiyanın artmasına bəzən hökumətlər də səbəb olur. Fransa, Avstriya buna nümunədir. İslamofobiya İslam dini ilə bağlı deyil, müsəlmanlara qarşıdır, onların alçaldılması, diskriminasiyaya məruz qalması məqsədi güdür. Avropa və Amerikada yaşayan müsəlmanların əksəriyyəti öz canlarının daim təhlükə altında olduqlarını qeyd edirlər. Təbii ki, bunda Qərb dünyasında nəşr edilən qəzet və jurnalların, televiziya və radio proqramlarının, eləcə də, internet vasitəsilə yayımlanan bir çox məlumatların və saytların rolu danılmazdır.
Son illər Fransada İslamofobiya meyilləri daha da artmaqdadır. Bunu Fransa hökumətinin bu gün elan etdiyi qərar də deməyə əsas verir. Belə ki, söz və ifadə azadlığı kimi demokratik dəyərlərin daşıyıcısı sayılan, Azərbaycana qarşı qərəzli münasibəti ilə seçilən Fransada məktəblərdə əbayələrin - bədəni tamamilə örtən və adi paltarın üstündən geyilən müsəlman qadın paltarlarının geyinilməsi qadağan ediləcək. Bu barədə ölkənin yeni milli təhsil və gənclərlə iş üzrə naziri Qabriel Attal məlumat verib. Nazir söz verib ki, gələn həftə məktəb rəhbərləri ilə bu qadağanın necə həyata keçiriləcəyini müzakirə edəcək.
Sinif otağına girəndə şagirdlərin dinini təkcə onlara baxmaqla müəyyən edə bilməməlisən", - Qabriel Attal TF1 telekanalının efirində bildirib.
Əlcəzair xalqına və Afrikanın bir sıra ölkələrində müsəlmanlara qarşı soyqırımlar həyata keçirən Fransada onların təqib və təhqir olunması artıq tendensiyaya çevrilib. Fransada islamofobiya təkcə cinayətlərə nifrət və ayrı-seçkiliklə məhdudlaşmır, həm də yerli müsəlmanların gündəlik həyatına təsir göstərir. Burada müsəlmanlara qarşı mədəni, siyasi baxımdan qərəzli münasibət bəslənilir.
İslamofobiya anlayışının həm də dövlətlərin təhlükəsizliyinə, ərazi bütövlüyünə, iqtisadiyyatına və sosial həyatına ciddi təsiri var. Sözsüz ki, Fransada Azərbaycana qarşı qərəzli münasibətin səbəblərindən biri məhz İslamofobiyadır. Halbuki, İslamofobiya bəşəriyyətə qarşı cinayətdir.
İslamiyyətə qarşı olan bu nifrətin səbəbi yəqin ki, İspaniyada Əndəlusun müsəlmanlar tərəfindən fəth edilməsi ilə əlaqədardır. Xaç yürüşlərinə əsgər toplamaq məqsədilə kilsə nümayəndələri təbliğat apararaq nifrət toxumları səpiblər. 11 sentyabr hadisəsi və "Charlie Hebdo" satirik jurnalına edilən basqın bu nifrət hissini daha da gücləndirib.
Azərbaycanda dini tolerantlıq
Azərbaycan din və milli dəyərlərə yanaşma baxımdan da digər ölkələrdən seçilir. Burada tolerantlıq qorunub saxlanılır və gələcək nəsillərə ötürülür. Milli-mənəvi dəyərlərimizin qorunması və inkişaf etdirilməsi Ulu öndər Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir. Ölkəmizdə müxtəlif dinlərə və millətlərə mənsub insanların birgəyaşayışı, dinin dövlətdən ayrı olması, ölkənin dünyəvilik prinsiplərinə sadiqliyi, multikultural ənənələrin qorunması, son illərdə ölkəmizdə dinlər və millətlər arası münasibətlərlə bağlı keçirilən beynəlxalq yarışlar, elmi konfranslar və s. bunu deməyə əsas verir.
Məlum olduğu kimi, BMT 15 martı İslamafobiyaya qarşı beynəlxlaq mübarizə günü elan edib. Bu il Bakıda islamofobiyaya dair beynəlxalq konfrans keçirilib. İslam mədəniyyətinin bir parçası olan Azərbaycanın bu konfransa ev sahibliyi etməsi təsadüfi deyil. 31 fərqli ölkədən dünyanın tanınmış ekspertləri beynəlxalq konfransa qatılıb. Tədbirdə islamofobiya ilə mübarizədə kəsişən yanaşma, Avropanın bəzi ölkələrində islamofobiyanın təzahürləri, dünya mediasında islamofobiya mövzularında müzakirələr aparılıb.
Azərbaycanda hər kəs din seçimində azaddır, həm dini, həm də digər cəhətdən təhlükəsizdir, istənilən dinə öz müqəddəs məkanında rahat şəkildə ibadət etməsi üçün şərait yaradılıb, ayrı-seçkiliyə, inancına görə təhqir və təhdid olunmasına yolverilmir. Prezidentin də çıxışlarında qeyd etdiyi kimi, əsrlərboyu ölkəmizdə bütün dinlərin, bütün etnik qrupların nümayəndələri bir ailə kimi sülh, mehribanlıq, dostluq, qarşılıqlı anlaşma şəraitində yaşayıblar.
Bəxtiyar Umarlı Son.az
Türkiyəli müğənni Hadisə ötən gecə Bakıda konsert verib.
"Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Mərkəzində rəsmi
Ötən gecə Xankəndidə qondarma rejimin inzibati binasına silahlı hücum ed
Paytaxtın Səməd Vurğun küçəsində sürət həddi 60 km/saatdan 50 km/saat
Bakcell şirkəti "NaviMax" tətbiqi ilə yeni xidmətini istifadəyə
Elçin Alıoğlu TREND
"Bakı Metropoliteni" QSC-nin ilk xanım maşinisti Günay Həbibli
Azərbaycanın Qarabağ iqtisadi rayonunun erməni sakinləri dövlətlərarası
Zərdabda avqustun 25-də Kür çayında batan 14 yaşlı Əsma Müzəffərlinin
Bu gün Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) əməkdaşlarının müşay
Bu ilin fevral ayında koronavirusun yüksək paylanma effektivliyi ilə EG.5 n�