15 yaşında evləndi, anasına və özünə villa aldı, boşandı və…


Şou-biznes 27 Avq 2023 23:00:00 333 0

15 yaşında evləndi, anasına və özünə villa aldı, boşandı və…

Son.az Showaz.net-ə istinadən Nəfəs adı ilə məşhurlaşan müğənni Günel Məmmədli haqqında maraqlı faktları təqdim edir.

Əslən Tərtər rayonundan olan müğənni Günel Məmmədli 6 iyun 1993-cü ildə Bakıda dünyaya göz açıb. Müğənni sənətə gələndən sonra adını Nəfəs olaraq dəyişdirib. Efirlərin birində bu barədə danışarkən daha tez tanınmaq üçün belə bir ad seçdiyini bildirib:

"Heç kimin ağlına gəlməyən ideya mənim ağlıma gəldi. Bu adla uğur qazandım".

***

15 yaşında ailə həyatı quran ifaçının həyat yoldaşı özündən 6 yaş böyük olub. Atasının istəyi ilə baş tutan bu evlilik qısa müddətdən sonra bitib. Müğənni ayrılıq səbəbi haqqında heç yerdə açıqlama verməyib. Onun bu evlilikdən Murad və Nuran adında iki övladı dünyaya gəlib.

***

İki bacısı və bir qardaşı olan ifaçının atasına övladlarından ancaq onun toyunu görmək nəsib olub və Nəfəsin evliliyindən qısa müddət sonra, o, dünyasını dəyişib.

***

Nəfəs ailəsi ilə birgə 2009-cu ilədək kirayədə yaşayıb.

***

11-16 yaşlarından musiqi ilə məşğul olan Nəfəs 2018-ci ildən populyarlaşmağa başlayıb. Aqşin Fateh ilə duet oxuduğu "Yarem" mahnısından sonra daha da məşhurlaşıb. Bir müddət sonra isə aralarında münaqişə yarandığı üçün onların duet ortaqlığı pozulub. İfaçı səbəb kimi Aqşinin ondan xəbərsiz Vəfa Şərifova ilə duet oxumasını göstərib:

"Mənlə iş birliyi ola-ola Vəfa Şərifova ilə duet hazırlamışdı. Mənə dedi ki, onunla oxuyum sonra, bəlkə, səninlə də oxuyaram. Bunu heç cür qəbul edə bilməzdim. Çünki biz iş birliyinə başlayanda mənə şərt qoymuşdu ki, heç kimlə oxumayacaqsan. Hər hansı müğənni təklif etsə, rədd edəcəksən. Hətta telefon nömrələrini belə dəyişəcəksən ki, sənə çata bilməsinlər. Mən də duet ortağı olduğumuz üçün hər şeyə razı olmuşdum. Amma onun belə hörmətsizlik etməsi xətrimə dəydi".

Aralarındakı mübahisədən sonra sənət aləmində Aqşinə görə məşhurlaşması ilə bağlı tez-tez fikirlər eşidən Nəfəs maqazin verilişlərindən birində məsələyə bu cür aydınlıq gətirərək bildirib:

"Təzə-təzə səhnəyə addım atırdım, bir ay çəkmədi ki, məşhurlaşdım. Bunu özüm etdim. Aqşin də bir restoranda çıxışımı görüb mənə təklif etdi ki, birlikdə oxuyaq. Düşünürəm ki, o, bir vasitəçidir. Allah onu mənim üçün göndərmişdi. Amma "Yarem"i tək ifa etsəm də, bir neçə aya tanınacaqdım. Buna əminəm. Aqşin sadəcə prosesi sürətləndirdi.

Sözügedən duetdən sonra Nəfəsin "Tükənmişəm", "Ürəyim", "Gizli eşq" adlı mahnıları dinləyicilər tərəfindən böyük rəğbət qazanıb.

Şou-biznesə atdığı ilk addımlardan oxuduğu mahnılara görə daş-qalaq edilən ifaçı müsahibələrinin birində bu barədə danışarkən bildirib:

"Bizi sevən insanlar üçün çalışırıq. Bu gün tərzimi də onlara uyğunlaşdırıram. Mən əslində başqa bir tərzdə dünyaca məşhur pop ulduzlar kimi çıxışlar edə bilərdim. Amma məni belə sevdilər. Çox təəssüf ki, bu gün mənim janrımda olan mahnılar daha çox sevilir. Məndə bu mahnıları oxuyub insanların sevimlisi oluram".

Səhnəyə gəldikdən sonra onu dəstəkləyənlərdən biri də Xalq artisti Röya Ayxan olub. İfaçının sözlərinə görə, Röyanın ifa tərzi ilə bağlı ona yazdığı xoş sözlər onu daha da ruhlandırıb, sənətdə irəliləməsi üçün ona motivasiya verib:

"O hazırda olduğu yerdən də yüksəkliyə layiq bir insandır. Vaxtilə Röyadan gözəl sözlər eşitmək mənim üçün böyük dəstək idi".

***

İki övlad anası olan sənətçi ana kimi xoşbəxt olsa da, qadın kimi hələ tam xoşbəxtlik tapmayıb. Müğənni ilə ailə qurmaq istəyənlər çox olsa da o bu təklifləri geri çevirib. Sənətçi evlilik həyatına birdəfəlik son verib.

Yenidən evlənməsi ilə bağlı şayiələrə isə efirlərdən birində verdiyi bu açıqlama ilə son qoyub:

"Özüm boyda övladlarım var. Onların üstündə yeni bir ata olmasını istəmərəm. Amma sevgisiz də qalmaram. Xanım tək yaşayırsa, hər axşam evə gedəndə başını yastığa qoyub ağlayır. Ən çətin günlərim də məhz o günlər olur".

***

İfaçının adı ara-sıra yüksək məbləğli pullarla yanaşı çəkilib. O anasına 270 min manata aldığı villa və özünün 250 minlik bağı ilə gündəmə gəlib. Çoxlarını düşündürən "bu qiymətdə bağı ona kim alıb?" - sualına Nəfəs bu cür aydınlıq gətirib:

"Çox istərdim deyim ki, yoldaşım və ya sevgilim alıb. Xanım kimi mən də bir bəy tərəfindən qürurlanmaq istəyirəm. Amma elə deyil. O bağı öz əziyyətimlə almışam".

***

Müğənni televiziya proqramlarından birində boşanma səbəbindən də söhbət açıb:

"Yaşadıqlarım mənim üçün zərbə oldu, amma yenə də yıxılmadım. Övladlarıma görə dirənərək yaşayacam. Anam da mənim taleyimi yaşayıb. Övladlarıma görə körpüləri yandırmadım. Nənəsi, babası, atası kömək edir, maraqlanırlar. Maddiyyatla ata ola bilərəm, mənəviyyatla ola bilmərəm. Övladlarımın atasız qalmağını istəmərəm"

***

Qeyd edək ki, hazırda efirlərə gec-gec çıxan Nəfəs bunun səbəbini də məhz maddiyyatla əlaqələndirir.

Müdafiə Nazirliyi: Ermənistan tərəfin yaydığı məlumat tamamilə yalandır like
  • 27 Avq 22:57  
Siyasət Müdafiə Nazirliyi: Ermənistan tərəfin yaydığı məlumat tamamilə yalandır

Avqustun 27-si saat 19:20-dən 19:30-dək Azərbaycan Ordusunun bölmələri tə

arrow Ətraflı
Ukrayna ordusu niyə Rusiyaya girmir?  Zelenski açıqladı like
  • 27 Avq 22:53  
Dünya Ukrayna ordusu niyə Rusiyaya girmir? Zelenski açıqladı

Ukrayna ordusu Rusiya ərazisində müharibə apar bilməz.

arrow Ətraflı
5000ci Starlink peyki orbitə çıxarıldı like
  • 27 Avq 22:45  
Dünya 5000ci Starlink peyki orbitə çıxarıldı

SpaceX şirkəti daha 22 Starlink internet peykini orbitə çıxarıb.

arrow Ətraflı
Aydandan həyat yoldaşı ilə bağlı paylaşım  FOTO like
  • 27 Avq 22:30  
Şou-biznes Aydandan həyat yoldaşı ilə bağlı paylaşım FOTO

Aktrisa Aydan Axundzadə aktyor həyat yoldaşı İbrahim Çingizlə bağlı pay

arrow Ətraflı
Rüşvət vətənə xəyanətlə eyniləşdirilir? like
  • 27 Avq 22:18  
Dünya Rüşvət vətənə xəyanətlə eyniləşdirilir?

Ukraynada korrupsiyanı dövlətə xəyanətlə eyniləşdirilə bilər. Bu, öl

arrow Ətraflı
Tovuzda yük maşını yandı, sürücü... like
  • 27 Avq 22:09  
Digərləri Tovuzda yük maşını yandı, sürücü...

Tovuz rayonunun Qovlar şəhərində yük maşını yanıb, 1 nəfər yanıq xə

arrow Ətraflı
Dişlərin müalicəsi üçün YENİ ÜSUL like
  • 27 Avq 22:00  
Digərləri Dişlərin müalicəsi üçün YENİ ÜSUL

Öz diş minanızı kök hüceyrələrlə bərpa etmək plomb qoydurmaqdan daha

arrow Ətraflı
Rusiyanın Oryol vilayətinə PUA düşdü like
  • 27 Avq 21:39  
Digərləri Rusiyanın Oryol vilayətinə PUA düşdü

Rusiyanın Oryol vilayətinin Soskovski rayonundakı tarlada pilotsuz uçuş apa

arrow Ətraflı
Şahzadə həyat yoldaşından ayrıldı like
  • 27 Avq 21:30  
Dünya Şahzadə həyat yoldaşından ayrıldı

Monako şahzadəsi II Albert və onun həyat yoldaşı şahzadə Şarlin haqqın

arrow Ətraflı
Göyçayda sel: Kəndlə əlaqə kəsildi like
  • 27 Avq 21:18  
Digərləri Göyçayda sel: Kəndlə əlaqə kəsildi

Ötən gün Göyçaya gələn sel rayonun beş kəndində o cümlədən Qaramər

arrow Ətraflı
Məşhur müğənni Bakıya gəlir like
  • 27 Avq 21:00  
Şou-biznes Məşhur müğənni Bakıya gəlir

Məşhur müğənni Alessandro Safina Bakıya gəlir.

arrow Ətraflı
Azərbaycandan Böyük Britaniyaya nə qədər neft ixrac olunub? like
  • 27 Avq 20:39  
Digərləri Azərbaycandan Böyük Britaniyaya nə qədər neft ixrac olunub?

2023-cü ilin yanvar-iyul aylarında Azərbaycan Böyük Britaniyaya 195,12 min

arrow Ətraflı
Simonyanın evinin yaxınlığına dron düşdü like
  • 27 Avq 20:17  
Dünya Simonyanın evinin yaxınlığına dron düşdü

Erməni əsilli rusiyalı jurnalist Marqarita Simonyanın evinin yaxınlığına

arrow Ətraflı
Arda Turan ÖVLADINI İTİRDİ like
  • 27 Avq 20:05  
Digərləri Arda Turan ÖVLADINI İTİRDİ

"Eyüpspor" klubunun baş məşqçisi Arda Turan və həyat yoldaşı

arrow Ətraflı
BakıŞamaxıYevlax avtomobil yolunda SON VƏZİYYƏT  FOTO like
  • 27 Avq 19:56  
Digərləri BakıŞamaxıYevlax avtomobil yolunda SON VƏZİYYƏT FOTO

Bakı-Şamaxı-Yevlax avtomobil yolunun sel suları səbəbindən çökən hiss�

arrow Ətraflı