Aktrisa olmaq istəyini atasından gizlətdi, efirdə söyüş söydüyü üçün linç edildi
Kriminal 19 Avq 2023 18:00:00 380 0
Son.az Kulis.az-a istinadən Xalq artisti Afaq Bəşirqızı haqqında maraqlı faktları təqdim edir.
Bu xəbəri də oxu: Dayısının 14 yaşlı qızı ilə evlənmişdi bu cəzanı aldı
***
Afaq Bəşirqızı 1995-ci ildə Bakı şəhərində görkəmli aktyor Bəşir Səfəroğlunun ailəsində doğulub. Zümrüd adında bir bacısı var. Aktrisa atasını belə xatırlayır:
"Atam 1925-ci ilin mart ayının 11-də anadan olub. 1969-cu ilin mart ayının 23-də dünyasını dəyişib. Baharda doğuldu, baharda da dünyasını dəyişdi. Əslən qubalıdır, ancaq Bakıda anadan olub. Anası Qızılgül xanım, atası Səfər kişi, ailədə də 3 qardaş, bir bacı olublar. Atamın çox sərt xasiyyəti vardı. Dini ehkamlara hörmət eləyən, əsl azərbaycanlı kişisinə xas olan bütün keyfiyyətləri özündə birləşdirən bir insan idi. Özü səhnədə komik aktyor olsa da, kənarda, ailədə özünü çox ciddi aparırdı. Dostları çox az idi, hər adamla yoldaşlıq eləməzdi və hər kəsi evə qonaq gətirməzdi.
Bəşir Səfəroğlunu itirməklə xalqımız bir sənətkar itirdisə, mən həm də ata itirdim. Atamdan əvvəl də anamı itirmişdim və ata itkisi məni birdən-birə dəyişdirdi. Atam rəhmətə gedəndə mənim 14 yaşım olsa da, birdən-birə 44 yaşlı bir insana çevrildim, birdən-birə qocaldım.
Atamın uyuduğu qəbiristanlıqla məktəbimizin arası çox yaxın idi. Tez-tez dərslər arasındakı tənəffüsdə qaçıb ora gedirdim. Sonra ora hasar hördülər ki, keçə bilməyək o üzə".
Valideynlərini çox erkən, hələ uşaq yaşlarından itirən, nənəsinin yanında böyüyən A.Bəşirqızı uşaqlığını hər zaman ürək ağrısı ilə xatırlayır, o illərdən danışarkən "1969-cu ilə qədər dəcəl olmuşam, sonra sakitləşdim"- deyir. Məktəb illərini isə belə xatırlayır:
"Mütaliəyə, kitaba marağım çox kiçik yaşlarımdan vardı. Nənəmin yanında yaşayırdım. O, demək olar ki, hər gecə mənimçün kitab oxuyurdu. Az qala, hərfləri hələ təzə öyrənməyə başlayanda "Koroğlu" dastanını oxumuşam. 5-ci sinifdə oxuyarkən isə İlyas Əfəndiyevin romanlarını, bir çox başqa yazıçılarımızın qalın-qalın əsərlərini oxumuşdum. Tarix və ədəbiyyatı çox sevmişəm".
*** Aktrisalıq fəaliyyətinə 1973-cü ildə Lənkəran Dövlət Teatrında başlayıb. İlk rollarından özünü istedadlı, işgüzar, səhnəyə böyük məhəbbətlə bağlı, daim axtarışda olan sənətkar kimi göstərərək tamaşaçıların dərin rəğbətini qazanıb. 1975-ci ildə Sumqayıt Dövlət Dram Teatrına dəvət alan aktrisa 1989-cu ilə qədər burada çalışıb. Sumqayıt teatrında klassik və müasir dramaturqların əsərlərində baş rolları ifa edərək şöhrət qazanıb.
*** Afaq xanımın dediyinə görə, sərt xasiyyətli, tələbkar insan olan atası ona aktrisa olmağa icazə verməzdi. Bəlkə də, buna görədir ki, o, ilk səhnə işi kimi məktəbdə yaratdığı balaca rola görə çox böyük həyəcan keçirib, atasının qorxusundan bunu gizlədib.
Cəfər Cabbarlının yubileyi ərəfəsində "Almaz" pyesindən bir hissəni səhnələşdirərkən olub bu hadisə. Balaca Afaq səhnəcikdə Kəblə Fatmanisəni oynamalı imiş. Rol təklif olunanda çox qorxur, atasının onu səhnədə görüb hirslənəcəyindən ehtiyatlanır. Amma başqa əlac da yox idi, müəllimin tapşırığı belə idi. Atasından gizlətməyə çalışsa da, analığı bunu atasına deyir:
"Təsəvvür edin ki, tamaşanın şirin yerində atamı görəndə çox həyəcanlandım, sözlər yadımdan çıxdı, hər şeyi qarışdırdım. Amma birtəhər vəziyyətdən çıxmışdım. Deyəsən, atamın da xoşuna gəlmişdi. Çünki evdə mənim improvizələrimə söz atmaqları, gülümsəmələri bunu göstərirdi". Onun "Bəxt üzüyü" tamaşasında yaratdığı Söylü obrazı öz koloritinə, tutumuna, yüksək bədii keyfiyyətlərinə görə nümunədir. Aktrisa məhz bu obrazla bütün ölkədə tanınmışdır.
1989-cu ildə Afaq Bəşirqızı Musiqili Komediya Teatrına dəvət alıb və işlədiyi ilk gündən tamaşalarda baş və əsas rolları ifa edərək bir-birindən maraqlı obrazlar yaratmağa nail olub. Aktrisa bugünə kimi həmin teatrda çalışır.
Onun "Bankir adaxlı" tamaşasındakı yaratdığı Nisə obrazı indiyənə qədər izləyicilərin maraq dairəsindədir. Buna görədir ki, illərdir tamaşa teatr səhnəsinin ən çox baxılan və tələb olunan tamaşaları sırasında önlərdədir.
Afaq Bəşirqızı teatr yaradıcılığı ilə yanaşı, bir sıra kino və televiziya tamaşalarında da çəkilib. Azərbaycan Televiziyasında hazırlanmış Anarın "Evləri köndələn yar" (Darçınbəyim), Vaqif Səmədoğlu "Yaşıl eynəkli adam" (Zəhra), Əli Əmirlinin "Bala başa bəla" (Suğra), Məcnun Vahidov "Yarımştat" (Ayna), Aqşin Babayevin "Nekroloq" (Gülya) əsərlərinin teletamaşalarında müxtəlif xarakterli rollar və "Afaq gülür güldürür" şousunda müxtəlif obrazlar yaradıb.
Azərbaycanfilmin istehsalı olan "Mozalan" Satirik Kinojurnalıında "Uşaq bağçası", "Ət kombinatında", "Xaricdə belə deyil", "Belə də olur" nömrələrinin süjetlərində çıxış edib.
*** "Bəxt üzüyü" filmindən sonra Ramiz Əzizbəyli ilə uzun müddət küsülü qalıblar. Səbəbi isə baş rolu oynayan Afaq Bəşirqızının "Bəxt üzüyü"nə mənə görə baxılır" söyləməsi olub. Qəzəblənən Ramiz Əzizbəyli cavab olaraq, aktrisanı nankorluqda ittiham edib:
"Mən illərdir ki, onunla küsülüyəm, danışmıram. Günah özündə olub, çox yuxarıdan getdi, ağzına gələni danışdı. Mənim çəkdiyim filmlə tanındı, uğur qazandı, "Bəxt üzüyü"ndən sonra "Xalq artisti" adını aldı. Heç barışıq addımına ehtiyac da yoxdur, bu, mümkün olan iş deyil".
*** Space TV-də yayımlanan"Afaq gülür, güldürür"-lə daha böyük kütlələrə yol tapan Afaq Bəşirqızı müsahibələrinin birində layihənin bitməsini belə əsaslandırır:
"Layihə məndən aslı olmayan səbəblərdən dayandırıldı. "Space" TV-nin rəhbərliyi dəyişdi və yeni rəhbərliyin fikri başqa cür oldu. Amma çox müvəffəqiyyətli idi və 8 seria çəkilmişdi. Yəqin ki, belə də olmalı idi. Hər şeydən bir az, amma dadlı və duzlu".
*** Atası Bəşir Səfəroğlunun adına teatr açsa da, istədiyini ala bilmir:
"Azərbaycanda vəziyyətin necə olduğunu bilirsiniz, Rusiyaya gəlincə, orada təlatümlü bir ab-hava hökm sürür. Orada Rusiya vətəndaşı olmayan xarici vətəndaşların vəziyyəti ağırlaşıb. İşlə məşğul olan əcnəbi vətəndaşlara vergilərdən tutmuş münasibətə qədər çox kəskin dəyişiklik hiss olunur. Bir də ki, "Bəşir" Teatrı dörd il Rus Evi adlanan təşkilatın tərkibində idi. Bunun da bir neçə səbəbi var. Əsas odur ki, təşkilat xarici ölkələrə qastrollar təşkil edirdi. 2009-cu ildən 2011-ci ilə qədər "Bəşir" Teatrı səkkiz xarici dövlətdə qastrol səfərində oldu. Almaniyanın beş şəhərində, habelə İsrailə, İsveçrəyə, Amerikaya və digər ölkələrdə səfərlər etdik. Bütün bunlar mənim teatrımın spesifikasına uyğun idi. Çünki teatrımız köklü sürətdə bir yerdə qalmaq üçün yaranmamışdı. "Bəşir" Teatrı səyyar teatr kimi yarandı, elə də mövcudluğunu davam etdirdi. 2014-cü ildə səhhətimlə əlaqədar olaraq teatrı akademik məzuniyyətə çıxardım. Teatrın direktoru, müsahibi, hüquqşünası istisna olmaqla qalan işçilərin hamısı dəvətli olduğundan belə akademik məzuniyyətlər ola bilər. "Bəşir" Teatrı Rusiyada heç vaxt ləğv olunmayacaq. Xırda-xırda da olsa, onun fəaliyyəti indi davam edir. Məsələn, teatr üçgünlük Novosibirskiyə dəvət olunub. Amma tam anlamında teatrın fəaliyyətinin bərpasına çalışacam".
Afaq Bəşirqızı 2019-cu ildə prezident İlham Əliyev və və vitse-prezident Mehriban Əliyeva ilə görüşdə aktyorların problemlərini dilə gətirmişdi:
"Canım Prezidentim, çox xahiş edirəm, imkansız aktyorların maaşı və bir də evlə təmin olunması məsələsinə diqqət yetirilsin. Aktyorlarımızın mənzil şəraiti və sosial vəziyyəti ağırdır, bilirsiniz ki, maaşlarımız azdır. Başa düşürük, indi bizim sizdən heç nə tələb etməyə ixtiyarımız yoxdur. Çünki biz müharibə şəraitində yaşayan bir ölkəyik. Bunun hamısını bilirik və başa düşənlər bunu bilirlər. Amma çox xahiş edirik, teatr sahəsinin, Teatr Xadimləri İttifaqının inkişafı ilə bağlı yeni konsepsiya hazırlanmalı, yeni işlər görülməlidir. Çünki teatr xadimlərinin Teatr Xadimləri İttifaqına həqiqətən də çox böyük ehtiyacı var".
2021-ci ildə ARB TV-də "Elgizlə izlə" proqramına telefonla bağlanan Afaq Bəşirqızının söyüş söyməsi uzun müddət müzakirə mövzusu olmuşdu. Nəticədə, Milli Televiziya və Radio Şurası ARB telekanalının efirində 21 aprel tarixdə proqramların yayımının saat 10:00-dan saat 16:00-dək dayandırılması haqqında qərar qəbul etmişdi.
*** Afaq Bəşirqızının "Rayondan gəlib zirzəmidə şikəst uşaq əkib-doğurlar" ifadəsi səs-küyə səbəb olub. Aktrisa məsələyə belə aydınlıq gətirib:
"Əvvəla o cümləm kontekstdən çıxarılıb. O tamamilə başqa bir müsahibə idi. Həmin müsahibədə mənim yaradıcılığımdan söhbət gedirdi, tamaşanın təhlilindən danışırdım, bu mövzu ətrafında müsahibəm davam edirdi. Bunlar arada verilən suallar idi və mən o sualların hamısına düzgün cavab vermişəm.
Siz özünüz də daxilinizdə bilirsiniz ki, mən düzgün demişəm. Mənim üçün fikirlərimə yazılan şərhlər heç maraqlı deyil və oxumuram. Həmin yazı qərəzli şəkildə verilib. Millətin belə çılğın, əsəbi vəziyyətində bu yazını yayıblar. Yazırlar ki, Afaq Bəşirqızı deyir ki, "podyezlərdə" doğurlar. Siz həmin müsahibənin bütöv versiyasına baxın, görün orada "podyezdə" doğmaq söhbəti olub?! Başlığa belə şeylər yazırlar.
Mən demişəm ki, insanlar cavan evlənirlər, gəlirlər "novostroyka"nın zirzəmisində uşaq əkirlər, o da olur şikəst. Sonra da düşürlər verilişlərin canına ki, bu uşağı müalicə etməyə yardım edin. Yalan demişəm?! Düzgün danışmışam mən. Bu dəqiqə millətin ən qlobal dərdi budur. Şəhər kəndə qarışıb, kənd də şəhərə. Əvvəla Afaq vətən, millət dərdi çəkəndə, elə insanlar, hansı ki, mən onları heç insan da adlandırmaq istəmirəm, onlar harada gizlənmişdilər bilinmirdi! Deyirlər, məni tənqid edirlər, o şərhləri heç oxumamışam. Amma qulağıma gəlib çatıb. Elə o şərhləri yazanlar haqqında danışmışam, ona görə onlara belə təsir edir".
*** Afaq Bəşirqızı Teatr Xadimləri İttifaqının XIV konfransını yarımçıq tərk edib. Daha sonra isə jurnalislərə narazılığını belə ifadə eləyib:
"O bunu tərifləyir, bu onu tərifləyir. Gərək Teatr Xadimləri İttifaqının sədri çıxışını kimə yazdırıbsa, ona oxudardı. Çünki özü güclə oxuyurdu. Cənab prezidentin çıxışından bir sitat gətirmək istəyirəm:
Yaşı 70-ə çatmış və 70-i ötmüş insanlar, iqtidarı təmsil edənlər artıq Hacıbala Abutalıbovdan nümunə götürsünlər. Azər Paşa Nemətova da Hacıbala Abutalıbovdan nümunə götürməyi tövsiyə edərdim. Teatr Xadimləri İttifaqı bu deyil".
Azər Paşa Nemətovun vəfatından sonra Afaq Bəşirqızı küsülü olduğu rejissor haqqında bunları deyib:
"Azər Paşayla möhkəm dost olmuşuq. Dostluğun hörmətini son günə qədər saxlamışdıq. Mənim üçün bu, gözlənilməz oldu. Çox mütəəssir olmuşam. Amma mənə bir təskinlik var ki, şəxsi ambissiyamız üçün sözləşməmişdik, biz aktyorların ümumi rifahının yaxşılaşması üçün belə bir təklif qaldırmışdım. Təsəvvürümə gətirməzdim ki, Azər Paşa qəfil dünyasını dəyişəcək. İnanmazdım ki, xəstəliyə qalib gələ bilməyəcək, ölüm qarşısında əzmini qıracaq. Hərhalda səmimi insan olduğuma inanarsınız. Mənə heç kim bu sözləri dedirdə bilməz. Bir dənə heyfisləndiyim bir şey var. Uzaqdan da olsa, bu yaxınlarda onu bir dəfə görəydim. İndiki dostluğun bizim zəmanənin dostluğu ilə çox fərqi var. Həmişə sənətkarların arasında belə söhbətlər olub. Son ana qədər bir-birimizə hörmətsizlik etmədik - təhqiramiz çıxışlar olmadı".
Son.az
Xalq artisti Tünzalə Ağayeva transparan korset geyimi ilə diqqət çəkib.
İsveçrə "Ruag" şirkətinin Almaniya vasitəsilə Ukraynaya 96 əd�
Aparıcı Lalə Azərtaş qızı Gülarənin yeni fotolarını bölüşüb.
Meksikanın Çiapas ştatında silahlı qrup avtobusda gedən 14 polisi qaçır�
Adətən, hökmdarların qəddarlığı haqqında tarixi sənədlərə göz gəz
Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"
Müğənni İradə İbrahimova sosial şəbəkədə yeni paylaşım edib.
Bu gün Bakı və Abşeron yarımadasında gün ərzində havada toz müşahidə
Türkiyənin Konya şəhərində ayaqqabı satışı ilə məşğul olan Səlah
Tanınmış ekstrasens Zirəddin Rzayevin Lent.az-a müsahibə verib.
Vaşinqton Universiteti smartfon vasitəsilə bədən istiliyini ölçməyə imk