Milyonlarla həyatı qurtaracaq araşdırma –
Dünya 23 İyn 2023 22:22:00 342 0
Yeni elmi araşdırmada zəlzələ və kosmik radiasiya arasında əlaqə tapılıb. Yerin stratosferində əmələ gələn bəzi titrəyişlərin zəlzələdən xəbər verdiyi düşünülür. Amma zəlzələnin harada baş verə biləcəyi ilə bağlı suallar hələ də cavablandırılmayıb.
Bu xəbəri də oxu: Bakıdan sonra iki ölkə həyəcan təbili çaldı – “Dərhal çıxın”
Son.az Teleqraf.com-a istinadən xəbər verir ki, araşdırma polşalı tədqiqatçılar qrupu tərəfindən aparılıb.
Elm adamları 50 illik məlumatları təhlil edərək müəyyən ediblər ki, qlobal seysmik aktivlik təxminən iki həftəlik gecikmə ilə kosmik radiasiyanın yaratdığı ikinci dərəcəli hissəciklərin sıxlığındakı ortalama dəyişikliklə bağlıdır. Həmçinin komanda müşahidə edilən korrelyasiyanın sırf təsadüflə bağlı olması ehtimalını istisna etdiklərini deyir.
Bu əlaqə təsdiqlənərsə, elm adamları bundan kütləvi dağıntı və insan tələfatına səbəb olan güclü zəlzələləri daha yaxşı proqnozlaşdırmaq üçün istifadə edə biləcəklərini düşünürlər.
Tədqiqatda yer alan Pyotr Xomola deyib: "İlk baxışdan zəlzələlərlə kosmik radiasiya arasında əlaqənin olması fikri qəribə görünə bilər, ilkin formada bizə əsasən Günəşdən və kosmosun dərinliyindən gəlib çatır".
Elm adamları bir neçə statistik üsuldan istifadə edərək, tədqiq olunan dövr üçün ikinci dərəcəli kosmik radiasiyanın intensivliyindəki dəyişikliklərlə 4 baldan çox və ya ona bərabər bütün zəlzələlərin ümumi gücü arasında korrelyasiya yarandığını aşkar ediblər. Bu korrelyasiya yalnız kosmik şüa məlumatlarının seysmik məlumatlardan 15 gün əvvəl yerdəyişməsi zamanı ortaya çıxır. Kosmik radiasiyada dəyişikliklərin yeraltı təkanlardan əvvəl olması faktı göstərir ki, korrelyasiya gələcək zəlzələ xəbərdarlığı sistemi üçün əsas kimi istifadə edilə bilər.
Bununla belə, komandanın araşdırmasında qeyri-müəyyən olan odur ki, bu açıq korrelyasiya Yer kürəsində zəlzələnin harada baş verəcəyini proqnozlaşdırmaq üçün istifadə edilə bilərmi? Bunun səbəbi, kosmik şüaların intensivliyindəki dəyişikliklər və zəlzələlər yalnız qlobal miqyasda seysmik fəaliyyət nəzərə alındıqda aktualdır.
"Tədqiqatın bu mərhələsində ən vacibi odur ki, planetimizin səthində qeydə alınan kosmik şüalanma ilə onun seysmikliyi arasında əlaqəni göstərə bilmişik", - Xomola vurğulayıb.
İtaliyanın "Torre Argentina" meydanında Qədim Romanın dövlət v�
Səfir Leyla Abdullayeva Azərbaycanın Fransadakı səfirliyinə hücum edən �
Türkiyənin Adana vilayətində meşə yanğını olub.
Qida Təhlükəsizliyi Agentliyi ölkəyə idxal olunan qida məhsullarına nəz
"İnsan gərək qocalığı üçün nəsə saxlasın. Valideynlərə deyir�
23 iyun 2023-cü il tarixində Paris məhkəməsində, Azərbaycan Respublikası
Rusiyanın Novosibirsk rayonunun Kirovski Rayon Məhkəməsi ölkədə yaşamaq
"Meta" korporasiyasının rəhbəri Mark Zukerberq "Tesla" v
Sığorta agentləri əhalini qorxudur ki, əmlaklarını sığora etdirməsəl�
Astroloqlar bir neçə bürcün bu dövrlərdə çətin günlərdən keçəcəyi
Xalq artisti Tünzalə Ağayeva yenidən imici ilə gündəmə gəlib.
Rasion tərtib edərkən, yalnız dad üstünlüklərini deyil, həm də müəyy
Son 30 ildə Azərbaycan və ABŞ bir çox sahələrdə tərəfdaş olublar.
ABŞ Maliyyə Nazirliyi Rusiyaya yeni sanksiyalar tətbiq edib.