Arvadını və körpəsini öldürərək intihara cəhd edən Fəriddən xəbər var
Kriminal 23 İyn 2023 15:18:00 400 0
Abşeron rayonunda həyat yoldaşı və 8 aylıq körpəsini öldürdükdən sonra intihara cəhd etməkdə şübhəli bilinən Fərid Hüseynlinin hazırda Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında müalicəsi davam etdirilir.
Bu xəbəri də oxu: Ömrü qısa, rolları az olsa da, adını kino tarixinə yazdıran aktyor
Bu barədə report-a hüquq-mühafizə orqanlarından məlumat verilib.
Bildirilib ki, onun huşu özünə gəlib və hazırda vəziyyəti yaxşıya doğru gedir.
Məlumata görə, F.Hüseynlinin müalicəsi başa çatdıqdan sonra ifadəsi alınacaq və barəsində həbs qətimkan tədbiri seçiləcək.
Hadisənin hələlik hansı səbəbdən baş verdiyi məlum deyil.
Qeyd edək ki, hadisə iyunun 20-si saat 19 radələrində Abşeron rayonunun Qobu qəsəbəsində qeydə alınıb.
Belə ki, 1993-cü il təvəllüdlü Hüseynli Fərid Firdövsü oğlu 2003-cü il təvəllüdlü Hüseynli Leyla Əlişan qızına və 8 aylıq körpəsinə kəsici-deşici alətlə xəsarət yetirərək öldürüb. Daha sonra o, özünə xəsarət yetirib və xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.
Xatırladaq ki, L.Hüseynli Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin III kurs tələbəsi olub.
Son.az oxu.az-a istinadən bildirir ki, Co Bayden Hindistanın baş naziri Nare
Biz (Ermənistandan - red.) qisasımızı döyüş meydanında aldıq. Ancaq biz
"AzerTelecom" və "Kazakhtelecom" arasında Azərbaycan-Qaza
2023-cü il üçün ərzaqlıq buğdanın dövlət tədarük qiyməti 450 manat/
Avropa İttifaqı (Aİ) 11-ci sanksiya paketini qəbul edib.
"Kurtlar Vadisi Pusu"nun aktyoru, Pusat obrazını canlandıran Gör
Quranda "Həcc" surəsinin 37-ci ayəsində bildirilib ki, kəsdiyiniz
İyun ayının 24-25-i şənbə və bazar günləri olsa da, iş günləri elan
İkinci Qarabağ müharibəsindən sonra bölgədə gündəliyi müəyyən edən
Biz İkinci Qarabağ müharibəsinə hazırlaşırdıq və bunu gizlətmirdik.
Əməkdar artist Vasif Məhərrəmlinin növbəti paylaşımı diqqət çəkib.
Həkimlərin dərman firmaları ilə sövdələşməsinə nəzarət gücləndiri
Bundan sonra da Ordumuzun daha da gücləndirilməsi üçün bütün lazımi tə
Əcnəbi vətəndaşlar və Azərbaycan Respublikası ərazisində oturum icazə
İqtisadçı ekspert Xalid Kərimli Trend-ə açıqlamasında bu il əməkhaqqı