"Muğam aləmi" Festivalında Misir, Hindistan və Yunanıstan sənətkarlarının çıxışları
Kriminal 23 İyn 2023 13:11:00 348 0
"Muğam aləmi" 6-cı Beynəlxalq Muğam Festivalı çərçivəsində Beynəlxalq Muğam Mərkəzində Misir, Hindistan və Yunanıstan sənətkarlarının çıxışları baş tutub.
Bu xəbəri də oxu: Ömrü qısa, rolları az olsa da, adını kino tarixinə yazdıran aktyor
Son.az Trend-ə istinadən bildirir ki, festival Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin, Azərbaycan Milli Konservatoriyasının dəstəyi ilə keçirilir.
Konsert proqramında məşhur misirli müğənni, musiqişünas, bəstəkar və virtuoz ud ifaçısı Mustafa Said özünün "Asil" adlı Müasir Ərəb Klassik Musiqi Ansamblı ilə çıxış edib. Maraqlısı odur ki, kollektivin tərkibində Mustafa Saidin özü kimi görmə məhdudiyyətli şəxslər də var idi.
O, karyerasını klassik ərəb repertuarına həsr etməklə yanaşı, yeni forma və səsləndirmələri də araşdırmaqda olan az sayda istedaddan biridir. Onun musiqiyə yanaşması XIX əsrin ikinci yarısında Aralıq dənizi ölkələrində mövcud olan musiqi ənənələrinə söykənir. Mustafa Saidin ənənəvi şərq irsindən ilham alan kompozisiyaları və interpretasiya formaları olduqca müasir yanaşma təqdim etməklə instrumental və vokal improvizasiyanı (təqsim) vurğulayır. O sağlamlıq vəziyyətinə baxmayaraq, uzun illərdir ki, Livanda Ali Musiqi Məktəbində ənənəvi ərəb ansambl musiqisini tədris edir. Həmçinin bir neçə sənədli və dram filmi üçün musiqi bəstələyib və bir çox beynəlxalq festivallarda iştirak edib.
"Bu, Bakıya ilk gəlişim deyil və burada musiqinin necə sevildiyini, sənətkarların necə səmimiyyət və mehribanlıqla qarşılandığını həmişə eşidir və hiss edirəm. Qədim ənənələrə malik Azərbaycan muğamını çox bəyənirəm. Bu, insana ən ali hisslər bəxş edən xüsusi, ruhani musiqidir", - Mustafa Said Trend Life-a müsahibəsində deyib.
Festivalın növbəti günü də bir sıra konsert proqramı keçirildi.
Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi zalında UNESCO-nun xüsusi mükafatçısı, Yunanıstanın "En Chordais" musiqi ansamblı çıxış edib. Ansambl Aralıq dənizinin multikultural, elmi və populyar musiqi ənənələri sahəsində fəaliyyət göstərir. Kollektiv Aralıq dənizi ölkələrinə xas olan musiqini regional yunan müasir tendensiyaları ilə uğurla uyğunlaşdırır. Ansambl dünyanın ən tanınmış musiqi səhnələrində çıxışı və məşhur musiqiçilərlə əməkdaşlığı ilə tanınır.
Azərbaycan Milli Konservatoriyasında Hindistanın məşhur vokalisti Varijashree Venugopal, violin ifaçısı, bəstəkar Jyotsna Srikanth, azərbaycanlı truba ifaçısı, bəstəkar Firudin Həmidovun çıxışları olub. Varijashree Venugopal uşaqlıqdan fenomen olub, belə ki, o yaş yarımlığında 40-a yaxın raqanı (qədim hind klassik musiqi növüdür), 4 yaşında isə artıq 200-ə yaxın raqanı ayırd edə bilmək kimi nadir bacarığa sahib idi. Onun yaradıcılığı klassik musiqi əsərlərinin digər janrlarla qarışdırılması ilə fərqlənir. Jyotsna Srikanth karnatik və qərb klassik musiqisi ifa etməklə heyrətamiz sintez yaradır. Onlarla hind filmlərində və teleseriallarda, "Discovery" və "National Geographic" kanallarının çəkdiyi sənədli filmlərdə iştirak edib, Kembric və Liverpul universitetlərində dərs deyir və musiqi festivallarının təşkili ilə məşğuldur. Firudin Həmidov eysid-caz, fank-caz, hip-hop və s. kimi müasir musiqi tərzlərində ifa edən populyar "H3 Collective" qrupunun təsisçisi və rəhbəridir.
"Muğam aləmi" 6-cı Beynəlxalq Musiqi Festivalı 18-25 iyun tarixlərində keçirilir. Festival çərçivəsində Bakının müxtəlif mədəniyyət mərkəzlərində, Şuşa şəhərinin tarixi meydanlarında və Ağcabədi şəhərində müxtəlif tədbirlər - müsabiqələr, mühazirə və təqdimatlar, konsertlər, sərgi və simpoziumlar təşkil olunub.
Qeyd edək ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın milli mədəniyyətimizə, muğam sənətinə göstərdiyi dəstəyin və bu istiqamətdə aparılan işlərin nəticəsində Azərbaycan muğamları 2008-ci ildə UNESCO-nun Bəşəriyyətin Qeyri-maddi İrsi üzrə Reprezentativ Siyahısına daxil edilib. Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun təşəbbüsü ilə 2009-cu ildən Milli Muğam müsabiqələri və Beynəlxalq Muğam festivalları keçirilir. Bu layihələr milli sərvətimiz olan muğamı dünya mədəniyyəti kontekstində bir daha nümayiş etdirmək və qorumaq məqsədi daşıyır.
Müğənni Tacir Şahmaoğlunun sosial mediada yayılan videosu müzakirələrə
Müdafiə Nazirliyinin strukturunun təkmilləşdirilməsi prosesi gedir və bu
Ordumuzun daha da gücləndirilməsi vəzifəsi bir nömrəli vəzifə olaraq qa
İqtisadiyyat nazirinin müavini Elnur Əliyev "İnsan Resursları Zirvəsi
Ölkəmizdə növbəti komando hərbi hissəsinin açılması çox əlamətdar h
"Qızıl mədəni də Amerikanındır, FETÖ-də Amerikada oturub. FETÖ-ç
Son.az AZƏRTAC-a istinadən bildirir ki, iyunun 23-də Azərbaycan Respublika
Gədəbəy rayonunun Söyüdlü kəndində baş verən etirazların əvvəlcəd
"TikTok" Azərbaycanda ilk genişmiqyaslı #kitabfest ədəbiyyat layi
Türk Hava Yolları (THY) tarixində ən yüksək uçuş və sərnişin rekordu
Əməkdar artist Dilarə Əliyeva mərhum həyat yoldaşı Əməkdar mədəniyy�
Türkiyənin "Türkiye Petrolleri Anonim Ortaklığı" (TPAO) şirkət
Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospektində yerləşən beşm
2023-cü ilin aprelində Azərbaycan İtaliyaya 814 milyon 775 min kubmetr təbi
Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin əməkdaşı, qa