Muğam sənətkarlarının konserti keçirilib
Kriminal 20 İyn 2023 10:22:00 344 0
"Muğam aləmi" 6-cı Beynəlxalq Muğam Festivalı çərçivəsində Bakıda yerləşən Daş Salnamə Muzeyində tanınmış özbək fotorəssamı Hüsniddin Atonun "Muğam sənətkarları" sərgisinin açılışı olub və Azərbaycanın muğam sənətkarlarının konserti keçirilib.
Bu xəbəri də oxu: Məşhur azərbaycanlı tiktoker həbs olundu
Son.az Trend-ə istinadən bildirir ki, festival Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin, Azərbaycan Milli Konservatoriyasının dəstəyi ilə keçirilir.
Qonaqlar əvvəlcə Özbəkistan Rəssamlıq Akademiyasının foto rəssamlar bölməsinin üzvü, beynəlxalq mükafatlar laureatı, beynəlxalq layihələrin iştirakçısı, əsərləri aktiv şəkildə təkcə Özbəkistanda deyil, dünya mətbuatında da nümayiş olunan Husniddin Atonun 25 əsərinin sərgiləndiyi "Muğam aləmi" fotosərgisi ilə tanış olublar.
"Azərbaycana ilk dəfə deyil ki, gəlirəm və bundan çox məmnunam, çünki ölkələrimiz qardaş ölkələrdir, ümumi tarixə, ənənələrə, dilə və dinə malikdir. Əsərlərimdə təkcə Azərbaycanda muğam, Özbəkistanda isə makom, digər ölkələrdə isə özünəməxsus şəkildə adlandırılan muğam sənətini vurğulamaq deyil, həm də simalarda bu qədim musiqi sənətinin özünəməxsusluğunu, ifaçıların ruhunu əks etdirmək istəmişəm. Qeyd etmək istərdim ki, festival Heydər Əliyev Fondu tərəfindən ən yüksək səviyyədə təşkil olunub, hər bir xarici iştirakçı burada özünü evindəki kimi hiss edir", - Husniddin Ato Trend-ə deyib.
Konsert proqramında Azərbaycanın muğam sənətkarları, xanəndə və instrumentalistləri, həmçinin gənc və istedadlı musiqiçilər, respublika və beynəlxalq müsabiqələrin qalibləri iştirak ediblər. Onların arasında Xalq artisti - Mənsum İbrahimov (xanəndə), Elçin Həşimov (tar), əməkdar artistlər Sevinc Sarıyeva, Təyyar Bayramov və Babək Niftəliyev (xanəndə), Elnur Əhmədov (kamança), Kamran Kərimov (nağara), həmçinin Mirələm Mirələmov, Aytən Məhərrəmova və Hüseyn Mehdiyev (xanəndə), Araz Ağaverdiyev, Təbriz Yusubov və Xəyyam Məmmədov (kamança), Çinarə Mütəllibova, Aysu Sadıqova və Mehta Məhəmmədəlizadə (qanun), Vüsal Bayramov və Səyyar Teymurov (nağara), Rəşad İbrahimov, Altay Niftəliyev, Nihad Qədirli, Ələkbər Ələkbərov və Zəki Vəliyev (tar), Abuzər Gülalıyev və İdris Tağıyev (balaban) iştirak ediblər.
""Muğam aləmi" Beynəlxalq Muğam Festivalı Azərbaycan muğamının müasir dünyada daha da populyarlaşmasında böyük əhəmiyyət daşıyır ki, bu da milli ənənəvi musiqinin dünya mədəni məkanında daha nəzərəçarpan yer tutmasına imkan verir. Musiqi festivalının xalqları yaxınlaşdırması və birləşdirməsi, təcrübə və milli incəsənət mübadiləsi aparmağa imkan verməsi, yeni əlaqələrə səbəb olması, dünyaya xeyirxahlıq və aydınlıq mesajı gətirməsi çox vacibdir. Uzun illərdir Azərbaycan muğamını bütün dünyaya tanıtmaqda olan Heydər Əliyev Fonduna möhtəşəm musiqi bayramının təşkilinə görə xüsusi minnətdarlığımı bildirmək istərdim", - Mənsum İbrahimov deyib.
"Muğam aləmi" 6-cı Beynəlxalq Muğam Festivalı 18-25 iyun tarixlərində keçirilir. Festival çərçivəsində Bakının müxtəlif mədəniyyət mərkəzlərində, Şuşa şəhərinin tarixi meydanlarında və Ağcabədi şəhərində müxtəlif tədbirlər - müsabiqələr, mühazirə və təqdimatlar, konsertlər, sərgi və simpoziumlar təşkil olunacaq.
Qeyd edək ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın milli mədəniyyətimizə, muğam sənətinə göstərdiyi dəstəyin və bu istiqamətdə aparılan işlərin nəticəsində Azərbaycan muğamları 2008-ci ildə UNESCO-nun Bəşəriyyətin Qeyri-maddi İrsi üzrə Reprezentativ Siyahısına daxil edilib. Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun təşəbbüsü ilə 2009-cu ildən Milli Muğam müsabiqələri və Beynəlxalq Muğam festivalları keçirilir. Bu layihələr milli sərvətimiz olan muğamı dünya mədəniyyəti kontekstində bir daha nümayiş etdirmək və qorumaq məqsədi daşıyır.
Son.az
Rusiyalı aparıcı Vladimir Solovyov efirdə olarkən səyyar radio kompleksi v
Azərbaycan Avropa İttifaqı ilə müxtəlif istiqamətlərdə əməkdaşlıq e
Sabirabad rayonunda özünü zəhərləyən 17 yaşlı qız vəfat edib.
Ötən gecə Ukrayna ordusu Rusiya hücumlarının qarşısını almaq məqsədi
Tikinti şirkətləri tərəfindən mənzil satışında bu gün kifayət qədə
Ali təhsil müəssisəsi Akkreditasiya Meyarlarının tələblərinin üçdə b
Qazimiz Qəbələ rayon Nic kənd sakini, 2000-ci il təvəllüdlü Qodakov Yeqo
Bakıda və Abşeron yarımadasında iyunun 20-si gündüzdən 21-i səhərədə
Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Yasa
San-Dieqodakı Kaliforniya Universitetinin tədqiqatçıları qocalmanın hücey
2023-cü ilin yanvar-may aylarında Azərbaycan və Türkmənistan arasında tic
Ötən il İrsəl Çivitlə evlənən aktrisa Sevcan Yaşar keçmiş sevgililər
Almaniyanın cənub-qərbindəki Rust şəhərində turistlər arasında məşhu