“O vaxt Canəli Əkbərova cavab vermədim, ata ilə oğul arasında da küsülülük olur” Xalq artisti
Kriminal 31 May 2023 23:41:00 285 0
"Özümə hər dəfə qulaq asanda səhv axtarıram. Yeni bir əsər yazdıranda onu oturub dinləyirik ki, görək hər şey qaydasındadır? Daha sonra özümü dinləmirəm. Yaxşı nə varsa hamısını dinləyirəm. Bu mənim ovqatımdan asılıdır. Nəinki korifey sənətkarları, gəncləri də dinləyirəm. Çox şükürlər olsun ki, o gənclərdən bir çoxu bu gün mənimlə artıq tərəf müqabili olur. Bir dəfə "Leyli və Məcnun" tamaşasında oynayırdım. Orada Leyli də, İbn Səlam da, Leylinin anası da tələbələrim idi. Bu bir ustad üçün çox böyük, qürurverici bir iş idi. Tələbələrimin uğurlarına onlardan çox sevinirəm. Hər sənətkar heç olmasa özünün ardıcıllarını yetişdirməlidir. Sənətimiz yalnız belə inkişaf edəcək. Çünki heç kim daimi deyil, hər kəsin bu sənətdə bir dövrü var". Bunu Moderator.az-a açıqlamasında xalq artisti Mənsum İbrahimov deyib. "Çalışıram ki, heç kimin haqqını tapdalamayım, heç kimin hüququnu pozmayım. Çünki bu təbiətimdə yoxdur. Gərək insanlara hörmət edəsən ki, hörmət görəsən. Qarşında kim olursa-olsun hörmətlə yanaşmalısan. Mən insanları çox sevirəm" deyə sənətkar bildirib. Xalq artisti illər əvvəl qalmaqal yaşadığı Canəli Əkbərovu da xatırlayıb. "Atayla oğul arasında da küsülülük olur. O vaxt Canəli Əkbərova cavab vermədim. Mən o tərbiyənin yiyəsi deyiləm. Sonra eşitdim ki, xəstələnib, xəstəxanada yatır. Oğlu ilə, kürəkəni ilə dostam. Dostlarımı, musiqiçilər Elnur və Elçini götürüb xəstəxanaya yanına getdim. Daha sonra tez-tez zəng edib, ondan xəbər bilirdim. Dünyasını dəyişməsinə çox üzüldüm. Muğam ifaçıları barmaqla sayılası qədərdir. Kiçik hər zaman öz kiçikliyini göstərməlidir. Tələbələrimə də hər zaman bunları deyirəm. Allah Əlibaba Məmmədova da rəhmət etsin. Dünyasını dəyişən günə qədər onunla əlaqə saxlamışam. Allah Arif Babayevə can sağlığı versin. Bizim hər birimiz onlara xidmət edib, ehtiram göstərməliyik" deyə sənətkar bildirib. "Ən çox ürəyinizə yatan Leyli kim olub?" sualına sənətkar belə cavab verib. ""Leyli və Məcnun" tamaşasında 10 sənətkarımızla tərəf müqabili olmuşam. Onlardan biri türkiyəli sənətçi idi. Hamısı ilə səhnəni bölüşmək çox xoşdur. Çünki hər bir sənətçinin öz dəsti-xətti, tamaşaçısı var. Daha çox qismətimə Nəzakət xanımla oynamaq düşüb, onunla səhnəni bölüşmüşük" deyə sənətkar bildirib. Xalq artisti şəhid qardaşı oğlundan da danışıb. "Qardaşım oğlu İsrafil şəhid olmamışdan bir gün öncə hamımıza zəng etdi. Bəlkə də insana hər şey əyan olur. O sanki bizim hamımızla vidalaşırdı. Ona atamızın adını qoymuşduq. Oktyabr ayının sonu idi, müharibənin bitməsinə az qalmışdı, bir çox yerləri də almışdıq. Dedi ki, "əmi, hər şey yaxşıdır, bu gün, sabah Şuşaya bayraq sancacağıq". Dedim ki, "İsi, özünü qoru, sənin toyunu biz edəcəyik". Mənə dedi ki, "əmi, özümüzü yox, vətəni qorumalıyıq". Mən onda öz-özümə dedim ki, "bu uşaq nə vaxt böyüdü?". O bizim gözümüzdə uşaq idi. Qeyri-adi uşaq idi, idmana gedirdi, enerjisi özünə sığmırdı. Bir yerdə otura bilmirdi. Müharibə başlayan günü ata-anasına demişdi ki, "mən gedirəm, ya qazi, ya da ki, şəhid kimi qayıdacam" deyə sənətkar bildirib.
Bu xəbəri də oxu: Məşhur azərbaycanlı tiktoker həbs olundu
Son.az
Rusiyada kişi uşağı, arvadı və qayınanasını öldürmək üçün evini p
Türkiyənin Kahramanmaraş vilayətində bütün ölkəni dərindən sarsıdan
Astroloq Vlad Ross iyun ayında "qara siyahı"da olacaq 3 bürcü aç�
Dərin dəniz xəritələri hazırlayan "Magellan" şirkətinin tədqi
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə intens
O istedadlı aktrisa kimi öz adından "Masumlar apartmanı" serialın
Bu gün axşam saatlarında başlayan külək və yağış İsmayıllı rayonund
Xalqların Demokratik Partiyasının həbsdə olan həmsədri Səlahəddin Dəmi
Atom Enerji Agentliyi üzrə Beynəlxalq Agentlik İranın uran ehtiyatlarının
Mayın 31-də günün ikinci yarısında Göyçay rayonunda başlayan güclü k�
Mayın 31-də güclü külək Ağcabədi rayonunun yaşayış məntəqələrind�
Göyçayda təbii fəlakət nəticəsində iki nəfərin həyatını itirməsi i
Bir zamanlar insanların sevərək izlədiyi və qatıldığı tele-şou olan &q