Yunanıstan Bolqarıstan İnterkonnektoru üçün yekun ödəniş ayrılıb
Dünya 30 May 2023 00:38:00 348 0
Yunanıstan-Bolqarıstan İnterkonnektorunun (IGB) operatoru olan ICGB İnnovasiya və Rəqabətlilik (OPIC) proqramı çərçivəsində infrastrukturun tikintisi üzrə yekun ödənişi alıb.
Bu xəbəri də oxu: Tramp: Bayden bununla bağlı səhvlər etdi
Bu barədə Trend-ə şirkətdən məlumat verilib.
OPIC çərçivəsində ayrılan ümumi qrantın həcmi 39 milyon avro təşkil edir. İşlərin keyfiyyətlə və uğurla başa çatdırılmasını təmin etmək üçün hər mərhələdə audit aparıldıqdan sonra vəsaitlər boru kəməri operatoruna tranşlarla ödənilir.
ICGB-nin icraçı direktorları Teodora Georgieva və George Satlas bildiriblər ki, 1.742.569 avroluq son tranş artıq istifadə olunub və bu, OPIC çərçivəsində maliyyələşdirmə prosesini tamamlayır.
Layihənin həyata keçirilməsi üçün ümumi büdcə 253 milyon avro təşkil edir ki, bura BEH və IGI Poseidon səhmdarlarının vəsaitləri, habelə Avropa İnvestisiya Bankından 109,9 milyon avro uzunmüddətli kredit, Avropa Enerji Bərpa Proqramı (EEPR) çərçivəsində 45 milyon avro və OPIC proqramı çərçivəsində 39 milyon avro məbləğində qrant maliyyələşdirməsi daxildir.
Qeyd edək ki, Yunanıstan-Bolqarıstan interkonnektoru 1 oktyabr 2022-ci il tarixindən kommersiya tədarükünə başlayıb.
Hazırkı istilik mövsümünün əvvəlindən IGB Bolqarıstanda təbii qaz ehtiyacının təqribən üçdə birini təmin etməkdədir. Bolqarıstana təbii qaz nəqlinin diversifikasiyalaşdırılması üçün ilk marşrut olan IGB tədarükün daha yüksək təhlükəsizliyinə və mənbələrin müxtəlifliyinə zəmanət verməklə təbii qaz bazarında rəqabətə mühüm töhfə verir ki, bu da ölkədəki müəssisələr və daxili istehlakçılar üçün qiymətlərin optimallaşdırılmasının vacib şərtidir.
Azərbaycanla saziş üzrə layihənin əsasını 1 milyard kubmetr tədarük təşkil etdiyi halda, IGB digər yükgöndərənlər tərəfindən rezerv edilmiş uzunmüddətli imkanlara da malikdir. Bunların əksəriyyəti Bolqarıstan bazarı üçün tamamilə yenidir. Yunanıstan-Bolqarıstan interkonnektoru 2024-cü ildə bir neçə qaz mənbəyinə çıxış əldə edəcək.
Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"
Dado ləqəbi ilə şou-biznesdə məşhurlaşan repçi Səid Əliyev sosial ş�
Çin 2030-cu ilə qədər insanlı missiya təşkil edərək Aya ayaq basmağı
Ukrayna Silahlı Qüvvələri gecə saatlarında Rusiyanın 75 hava hücumundan
Cəlilabadda 38 yaşlı kişi qətlə yetirilib.
Türkiyənin Şırnak əyalətində PKK terror təşkilatına qarşı əməliyya
ABŞ Prezidenti Co Bayden bazar ertəsi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərd
Bəzi qidalar çox təhlükəli sayılır, amma yenə də yeyilir. Bu qidalar ba
Həyatının əksər hissəsində olduqca arıq bədən quruluşuna malik "
500 min plastik şüşədən hazırlanan köynək "Ginnesin Rekordlar Kitab
Rusiya Prezidenti Vladimir Putin bazar ertəsi Türkiyə Prezidenti Rəcəb Tayy
Rusiyalı məşhur müğənni Slava (əsl adı Anastasiya Slanevskaya) xəstəxa
"Millət İttifaqı"nın Türkiyə prezident seçkilərində vahid nam
RTU MIREA-nın Kibertəhlükəsizlik və Rəqəmsal Texnologiyalar İnstitutunun