“Fərdaya dedim ki, mən də sənin yanında olmaq istəyirəm, təklifi ona mən etdim...”
Şou-biznes 27 May 2023 16:31:00 227 0
"Uzun fasilədən sonra yenidən "Zarafatyana" ilə səhnəyə qayıtdım. Sözün düzü, səhnə üçün çox acımışdım. Mən efirdə "Zarafatyana" nı gördüm və Fərdaya yazdım ki, mən də sənin yanında olmaq istəyirəm. Təklif məndən gəldi. Sağ olsun, Fərda da dəvət etdi. Fərda Xudaverdiyevlə işləmək mənə çox xoşdur. Müxtəlif filmlərdə onunla birgə çəkilsəm də, bu bir estrada teatrıdır və tamaşaçılara çox maraqlıdır. Hələ də öyrənirəm, öyrənmək mənə çox xoşdur. İllərdir mənimlə bağlı, bir aktrisa olaraq oturuşmuş sterotiplər var. Mən istəyirəm ki, bu şablonları qırım. Hətta, o gənclərdən də nəsə öyrənirəm. Maraqlı bir komanda ilə birlikdə çalışıram. Bu gün müxtəlif telekanallarda kifayət qədər komediya şouları var. Əslində bunun olmağı çox yaxşıdır, çünki bu rəqabətdir. Biz də yeniyik, təzə başlamışıq, az bir müddətə böyük hay-küy salacağıq. İnşallah ki, az bir müddətə çox böyük auditoriya toplaya biləcəyik. Bizə sizə 3-4 ay sonra baxarsınız. Sevindirici bir məqam da odur ki, bu təqdimatımız Gənc Tamaşaçılar Teatrında olur. Çünki illər əvvəl mən də, aktrisa həmkarım Firuzə Balayeva da bu teatrın səhnəsində çalışmışıq. Yenidən doğma teatrımda bu səhnəcikləri təqdim etmək o qədər xoşdur ki. İnşallah, sabah 27 may, 20:30-da Space telekanalında "Zarafatyana" nı mütləq izləyin".
Bu xəbəri də oxu: 16 illik həyat yoldaşından boşanır
Son.az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında aktrisa-aparıcı Könül Yusifqızı deyib.
"Əslində tamaşaçının zövqünü oxşamaq çox çətindir. Çünki sosial platformalar var ki, müxtəlif filmlərdə, verilişlərdə baş verən hadisələr yumora çevrilir. Bu barədə blogerlər, sənətçilər satirik videolar çəkib paylaşırlar. General olmaq istəməyən əsgər deyil ki. Biz də general olmaq iddiasındayıq. Fərdanın burada əziyyəti danılmazdır. Əsas odur ki, ailə-uşaqla oturub baxılası səhnəciklər nümayiş etdiririk. Gündəmi tutmaq, tamaşaçının zövqünü oxşamaq çox çətindir. Nəinki bizlər, hətta televiziyalar belə sosial platformalarla ayaqlaşmağa məcburdurlar. O dövrdə yalnız bir televiziya olub. Ona görə də daha rahat idi, aktyorlar tamaşaçıya daha əlçatmaz idilər. O zaman üçün daha maraqlı idi. Dünyəvi aktyor olan Çarli Çaplin ayağının altına vanna qoyub yıxılırdı, buna camaat gülürdü. Biz onu qınamamışıq ki, niyə belə etmisən?! Əlbəttə ki, xeyr! Amma bu gün düşünən tamaşaçını güldürmək əslində çətin olub. Ümmumiyyətlə komediya janrı çətindir. Bu günki dövrümüzün də komediya aktyorları var ki, sevilirlər, bəyənilirlər. Kim ki, deyir əvəzolunmayan insan yoxdur, bu çox yalnış fikirdir. İnsanlar var ki, onlar əvəz olunmazdırlar. Çünki o insanlar seçilmişlərdir. Nəsibə Zeynalova, Əliağa Ağayev, Siyavuş Aslan, və s. sənətkarlarımız seçilmişlər idi, onlar əvəzolunmazdırlar. Zənnimcə səhnədə olan hər bir kəs əvəzolunmazdır. Nəsibə xanımın dublyoru ola bilərlər, amma Nəsibə xanım ola bilməzlər. Həmçinin digər aktyorlar, elə içi mən qarışıq. Hamı Könül ola bilməz, dublyorum ola bilər. Ona görə də seçilmişlər əvəzolunmazdırlar. Mən özümü o korifey sənətkarlara tay tutmuram. Onlar o zaman mənim yaşımda artıq korifey idilər. Biz çox pis dövrə gəlib çatdıq. Mənim yaş dövrümün insanları durğunluğa düşdü. Vaxtında ifa edə biləcəyimiz rolları təqdim edə bilmədik. Bu gün başqa bir şey təqdim etmək olmur. Hər yaşın özünə uyğun obrazları var ki, mən vaxtilə onları oynaya bilmədim. Yaş ötüb keçdi. Çünki kinostudiyamız o vaxt bağlandı, indi də yenidən qurulmağa başlayır, ortalıqda heç nə yoxdur. Hələ də aktyorların məvacibi qəpik-quruşdur. Hələ də biz xaricdən gələn aktyorları başımızın üstünə tuturuq, özümüzünkülərə dəyər verə bilmirik. Bu əslində çox acınacaqlıdır. O dövrün korifeylərini korifey edən cəmiyyət idi. Bizim dövrün aktyorları ehtiyac ucabtından toylara, xınalara getməyə məcburiyyətində qalır və bununla da əlçatan olurlar. Ümid edirəm ki, gələcəkdə aktyorlarımıza gözəl şərait yaradılacaq və cəmiyyət də öz aktyorlarımızı sevəcək. Aktyor ehtiyac içərisində yaşamamalıdır. Onun soyuducusu da, cibi də dolu olmalıdır ki, o maddi ehtiyaclarla yox, ürəyi ilə məşğul olsun ki, gözəl rollar yarada bilsin" deyə sənətçi bildirib.
Şuşa Bəyannaməsi ilə daha da möhkəmləndirdiyimiz bənzərsiz münasibət
Sürətlə uzanan, güclü, sağlam və canlı saçlara sahib olmaq hər bir qad
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 27-də Kəlbəcə
Son.az Kulis.az-a istinadən Əməkdar artist Vəfa Fətullayeva haqqında maraq
Mayın 27-də Kəlbəcər rayonunda "Qamışlı" Kiçik Su Elektrik St
Qadınlar hər zaman gözəl görünmək istəyir. Gözəl görünmək istədikl
Stilist Caitlin James qadın fiqurasını korlayan geyimi açıqlayıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 27-də Kəlbəcə
Bu gün Azərbaycan tərəqqi və dinamik inkişaf yolu ilə inamla irəliləyir
Dünən Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonunun Rəzd�
Milyarder İlon Maska məxsus "Neuralink" şirkəti insanlar üzərin
Barəsində cinayət işi açılmış və istintaq aparılan "Anadolu Hospi