İnsident törədən transseksuallara bu maddə ilə cinayət işi açıldı
Digərləri 27 May 2023 11:20:00 205 0
Mayın 23-nə keçən gecə Bakının Xətai rayonu ərazisində hotelin qarşısında insident törədən cinsi azlıq nümayəndələri (transseksuallar) barəsində cinayət işi başlanılıb.
Bu xəbəri də oxu: Rusiyada şəhər çəhrayıya büründü
Son.az "Qafqazinfo"ya istinadən bildirir ki, 2003-cü il təvəllüdlü S.Şərifzadə, 2004-cü il təvəllüdlü S.Qədimzadə və 2005-ci il təvəllüdlü S.Atayev barəsində Xətai RPİ-də Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) maddəsi ilə iş açılıb.
İlkin araşdırmalar zamanı məlum olub ki, həmin gecə transseksuallar dəvət əsasında H.Salmani küçəsindəki hotelə gediblər. Lakin orada onlarla görüşdükləri şəxslər arasında mübahisə baş verib və hoteldən çıxarılıblar. Bundan sonra hər 3 şəxs xuliqanlıq zəminində hotelin direktoru olan Türkiyə vətənaşı M.Doğanı söyərək təhqir etməyə, səs-küy salmağa başlayıblar. Bu zaman S.Qədimzadə direktoru vuraraq xəsarət yetirib. S.Şərifzadə isə onların hərəkətlərini çəkən şəxsə zərbələr endirib, həmçinin onun əmlakına 2000 manat dəyərində ziyan vurub.
Hazırda araşdırmalar davam etdirilir.
Qeyd edək ki, hadisədən sonra adları çəkilən şəxslərin saxlanılmasına etiraz edən bir qrup cinsi azlıq nümyəndəsi Xətai RPİ-nin 37-ci Polis Şöbəsinin qarşısına toplanaraq ictimai asayişi pozublar. Onların barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbir görülüb.
Son.az
"PKK terror qruplaşması Türkiyədə prezident seçkilərinin keçiriləc
"Windows" 10 və 11 üçün yeniləmələr bəzi funksiyalarda problem
Ermənistanın sülh sazişi üzrə danışıqlar prosesinin intensivləşdiyi �
Dünya bazarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti cüzi
2023-cü ilin birinci rübündə dünyada ən çox satılan avtomobillərin reyt
Göygöl rayonu, Mollacəlilli kəndində yaşayan Əhmədov Nəsrəddin Yamən
Bu ilin yanvarında yoxa çıxan və fevralda itkin düşmüş elan edilən mə�
Bu gün saat 8:00 radələrində Tovuz rayonunun Əlibəyli kəndi ərazisində
Sutka ərzində Rusiya ordusu Ukraynaya 20 raket zərbəsi endirib. Kiyev və Dn
İstirahət və bayram günlərində - mayın 27-29-da milli parklarda gözləni
Türkiyə və Azərbaycan ortaq tarixə, mədəniyyətə və dilə malik qardaş