"Həmin "Sarı gəlin"i ortalıqdan yığışdırın" VİDEO
Şou-biznes 22 May 2023 22:43:00 263 0
"Səhnəyə çıxanda özümü çox rahat aparmışam. Xasiyyətim çox ciddidir, amma səhnədə heç vaxt bunu göstərməmişəm. İstəmişəm ki, səhnəyə çıxıb sevinc gətirim, gülüm, danışım. Hər zaman səhnədə rahat olmuşam ki, insanların nəbzini tuta bilim və onlar məni özlərindən fərqli görməsinlər".
Bu xəbəri də oxu: “Bacım başını açdığı üçün ad günümə çağırmadım”
Son.az bizim media-ya istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Brilliant Dadaşova qonaq olduğu "Göstərir radio" verilişində deyib. Sənətçi bildirib ki, heç zaman sevmədiyi insanlar haqda düşünmür:
"Kimsə deyəndə ki, mənim bu insandan zəhləm gedir və bunu sevmirəm. Cavab olaraq söyləyirəm ki, sevdiyin məqamları yadına sal. Kimdən zəhlən gedirsə, çalış onu sən görmə. Sevmədiyini deyil, sevdiyini gör. Sevdiklərimi görüb, onlardan danışmaq daha xoşdur.
Sevmədiyim çox şeylər var. İkiüzlülükdən, yalaçılıqdan, bir-birinin ayağının altını qazmaqdan tutmuş o qədər məqamlar var sevmədiyim. Onları heç düşünmürəm". Dadaşova üç notla Xalq artisti fəxri adına layiq görülən həmkarlarını məsxərəyə qoyub:
"Özümdən və realist olmaqdan yorulmuşam. Bəzən səs yazma studiyasında özüm-özümü o qədər danlayıram ki,... Özümə deyirəm ki, üç notla Xalq artisti olanlar var. Axı, sən özünü niyə bu qədər çətinə salırsan?
Çalışıram ki, mahnının zili, bəmi, xırdalıqları, harmoniyası olsun. Artıq sakitləş. Ətrafa bax, üç notla necə gözəl oxuyub, özlərini rahat hiss edirlər. Bəstir, lazım deyil. Amma "lazım deyil" desəm səhv edərəm, çünki, elə dərin düşünən insanlar var ki, onların ruhlarının qidasını üstdən ödəmək olmaz. Haqqını vermək lazımdır".
Son zamanlar xüsusi ilə el şənliklərində sürətlə populyarlaşan oynaq "Sarı gəlin" mahnısına Xalq artistinin reaksiyası birmənalı olmayıb.
Brilliant efir vasitəsi ilə üzünü musiqiçilərə tutaraq, bu mahnını ifa etməmələrini xahiş edib:
"İndi deyəcəyəm, düşmənlərim artacaq. Musiqiçilərdən xahiş edirəm, "Sarı gəlin" adında bir oynaq mahnı bəstələmisiniz. O mahnını ortalıqdan yığışdırın. Çünki "Sarı gəlin" deyəndə yalnız bizim Xalq musiqimiz dillərdə əzbər olmalıdır. Bir dəfə bir nəfər toyda məndə həmin o oynaq mahnını oxumağımı istədi.
Məndə məclisdə Xalq musiqimiz "Sarı gəlin"i oxumağa başladım. Dedilər ki, bu mahnı yox, o birisi oynaq "Sarı gəlin"i ifa edin. Cavab olaraq söylədim ki, mən siz dediyiniz oynaq "Sarı gəlin" mahnısını bilmirəm. Həmin o mahnını bilənə də deyirəm ki, onu oxumayın. Çünki bəzi şeylərdə mənəvi dəyərlər var".
Son Bavariya monarxı III Lüdviqin 40 yaşlı nəvəsi, Şahzadə Lüdviq Holl
Dalğıclar dənizdə batma təhlükəsində olan şəxsi xilas edib.
Aktrisa Culiya Foks Kannda təşkil olunmuş bir tədbirə şəffaf geyimdə q
Avropa İttifaqı (Aİ) İranda insan haqlarının pozulmasına görə bu ölkə
Əməkdar artist Ruhəngiz Musəvi arxiv fotosunu paylaşıb.
Ötən günlərdə təqdim olunan reportajda binada partlayış olub və sakinl
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisinin Baş
Xalis sıfır tullantılı iqtisadiyyatların inkişafı, həmçinin Litva və A
İranın Sistan və Bəlucistan əyalətində xəstəxana acınacaqlı vəziyyə
Azərbaycan Litvanın mühüm tərəfdaşıdır və biz qarşılıqlı faydalı
Bizim xarici borcumuz çox aşağıdır, ümumi daxili məhsulun 10 faizindən d
Azərbaycan iqtisadiyyatı sabitdir, münbit investisiya şəraiti var və o, t�
Düşünürəm ki, işgüzar dairələrin nəzərə alacağı digər mühüm sah
Rusiyanın Belqorod vilayətində bu gündən antiterror rejimi elan olunub.