"İndi irad tutan yoxdur deyə, necə gəldi oxuyurlar"
Şou-biznes 13 May 2023 16:00:00 300 0
"Bəzən mənə yaxınlarım deyirlər ki, "sən qarışma, danışma". Mən danışmayım, sən danışmayasan, yaxşı bəs kim danışsın?! Biz mədəni irsimizə, musiqimizə sahib çıxmalıyıq. Musiqinin professionalları danışmalıdır. Yeni-yeni səhnəyə çıxanda çox qorxurdum. O vaxt Tofiq Quliyev, Rafiq Babayev sağ idi. Öz-özümə fikirləşirdim ki, birdən düzgün oxumaram, mənə irad tutarlar. İndi irad tutan yoxdur deyə, necə gəldi oxuyurlar. Meydan hamınındır, gəlib özlərini göstərsinlər. Amma klassik əsərlərimizə toxunmasınlar, necə lazımdırsa onları ifa etsinlər. Bizim estrada musiqimiz adı altında hər bir lazımlı-lazımsız notlar səslənir. Biz belə etməklə Cahangir Cahangirovun, Ramiz Mirişlinin, Fikrət Əmirovun ruhunu incitmiş olarıq".
Bu xəbəri də oxu: LosAncelesdə bu məşhur türklərin də villaları kül oldu FOTO
Son.az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında xalq artisti, sevilən müğənni Brilliant Dadaşova deyib.
"Mən oxumağa başlayanda böyük səhnədə artıq Rəşid Behbudov, Şövkət Ələkbərova, Akif İslamzadə, Elmira Rəhimova oxuyurdu. İlk dəfə Akif İslamzadə ilə birgə televiziyada "Bir dəfə yaşayırıq" duetini oxuduq. 1985-ci il idi. Səhəri gün məni universitetdə hamı tanıdı. 1989-cu ildə "Bayatılar" mahnısını oxudum. Buna görə də mənim üçün müğənni olmaq bir növ şərəf idi. İndi isə vəziyyət dəyişib. Musiqidən başı çıxan çox az adam qalıb. Həmkarlarımın arasında həqiqətən də qürur duymalı şəxslər var. Amma onların sayı çox azdır" deyə sənətkar bildirib.
Xalq artisti ümummmilli lider Heydər Əliyevlə bağlı xatirələrini də bölüşüb.
"Müstəqilliyimizi qazanandan sonra ulu öndər Heydər Əliyev Azərbaycanın ilk "əməkdar artist" fəxri adını mənə vermişdi. Heydər Əliyevi biz heç vaxt unuda bilmərik. Yadımdadır, onun adına park açılırdı. Bizə tapşırmışdılar ki, siz oxuyun, o gəlib insanların içindən keçib gedəcək. Ulu öndərin səhnəyə çıxması planda yox idi. Səhnədə mən oxuyurdum. Bu anda heç kimə demədən, mühafizəsiz falan təkbaşına səhnəyə çıxdı. Hamı şokda idi. Səhnədə ən azı 15 balaca uşaq var idi. Heydər Əliyevin arxasında dayanıb, uşaqları çalışırdım ki, kənara çəkim, onun ayağını tapdalamasınlar. Birdən gözü mənə sataşdı. Dedi ki, "sən niyə arxamda dayanmısan?! Gəl, bura". Gətirdi məni düz yanına. O bu qədər sadə bir insan idi" deyə sənətkar bildirib.
Son.az
Baxmut uğrunda döyüşlərdə xokkey üzrə Ukrayna çempionu Aleksandr Xmel h
Ümummilli liderimiz Heydər Əliyevin torpaq islahatı Azərbaycanın iqtisadi
Müdafiə nazirinin müavini - Quru Qoşunların komandanı general-leytenant Ə
Tanınmış müğənni Tacir Şahmalıoğlunun "xanımlar zəngulə vurmama
May ayının 22-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Fi
YARAT Müasir İncəsənət Məkanı 19 may tarixində keçiriləcək Muzey Gec�
"Azərbaycanim" VI Respublika Uşaq Rəsm Festivali çərçivəsində
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinə
Rusiyanın Bryansk vilayətində Mi-8 helikopteri qəzaya uğrayıb.
Daşkəsən rayonunda 1986-cı il təvəllüdlü Eldar həmyerlisi Aytaca (adlar
Müğənni Aynur Dadaşova yeni fotosessiyasını təqdim edib.
Türkiyə bu gün tarixinin ən güclü, ən qüdrətli Türkiyəsi halına gəl
Rusiya Milli Televiziya və Radio Yayımları Assosiasiyasının prezidenti Edua
Əməkdar artist Elza Seyidcahanın başına iş gəlib.