Günün qoroskopu: köhnə baxış və emosiyalardan qurtulun


Digərləri 10 May 2023 00:01:00 247 0

Günün qoroskopu: köhnə baxış və emosiyalardan qurtulun

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Qoç - aktiv, enerji, yaxın ətrafınızdakı insanlarla fəal ünsiyyət vaxtıdır. Rəqabətə dayanıqlılıq səviyyənizi, güc və imkanlarınızı sınağa çəkmək istəyən adam var. İtki, zərər, peşmançılıq istisna deyil. Lakin sevinəcək, itkilərin yaratdığı hissdən çıxacaqsınız. Günün ikinci yarısı daha əlverişli və uğurlu olacaq. Etibar etdiyiniz insanların sizə dediklərinə qulaq asın. Planların dəyişməsi, faydalı yeniliklər və xeyirli islahatların gerçəkləşməsi mümkündür. Axşam saatları istirahət və dəyərli insanlarla görüş zamanıdır. Çətin problemin həlli də məhz bu vaxta təsadüf edir. Buğa - cari fəaliyyətinizdə zəruri islahatlar edin. Tərəfdaş və ya şəriklə yeni sifarişi, tapşırığı və ya işi nəzərdən keçirin. Amma tələsik qərar qəbul etməyin. Önəmli işləri günün ilk yarısında başa vurmağa çalışın. Ətalətli və süst davransanız, istədiyinizi əldə edə bilməyəcəksiniz. Səhvlər və yanlışlıqlar üzə çıxacaq. Əlavə iş götürməyin, çözüləsi məsələləri artırmayın. Ağırlıq izafi ola bilər. Tələskənlik və hövsələsizlik qəza, hədə, travma, maliyyə itkiləri yarada bilər. Səhhətinizə fikir verin, dürüst qidalanın. Hətta pozitiv stress və xəbərlər də yuxusuzluğa səbəb ola bilər. Əkizlər - bu gün çox mühüm işə başlamayın. Səhv salmaq, itirmək, yanlış seçim etmək şansı böyükdür. Yanvarın əvvəllərində sizi narahat etmiş məsələ ilə indiki probelmlər arasında əlaqə üzə çıxacaq. Hansısa məsələni dəqiq bilməməyinizlə bağlı durumun üzə çıxa biləcəyi görüş və danışıqları təxirə salın. Ənənəvi rejimə riayət edin, rutin məsuliyyətlər çərçivəsindən kənara çıxan nə isə etməyin. Qayda, nizam və tələskənliyin olmaması problemlərdən qurtulmağa imkan verəcək. Yaşamınızdakı gərəksiz nəsnələrdən və ünsürlərdən qurtulun. Nədəsə şübhələnirsinizsə, qərarı və ya əməli təxirə salın. İntriqalar quran, münaqişələr yaratmağa meylli olan insanlarla təmaslardan yayının. Fiziki iş üçün əlverişli vaxtdır. Xərçəng - gərgin və ağır gündür. Emosiyalar məntiqi üstələyə bilər. Gərəksiz sözlər söyləməyin, ehtiyac duyulmayan hərəkətlər etməyin. Ən önəmli situasiyalarda sinirlənəndə 10-a qədər sayın. Ciddi və mühüm işə başlamayın. Amma sizi maraqlandıran təfərrüatları mütləq şəkildə nəzərə alın. Çoxdan bəri aradığınız informasiya tapılacaq və ya daha faydalı nə isə aşkarlayacaqsınız. Təsadüfi görüşlərdə həssas və təmkili olun. Axşam saatlarında diqqətli olun. Ailə üzvləri ilə ümumi işə başlaya bilərsiniz. Şir - gün gərgin başlanacaq. Buna rəğmən, imkanların zirvə səviyyəsindəsiniz və ən ağır işə başlaya bilərsiniz. Hadisələrin qəfil dönüşünə, spontan tədbirlərə və çalışdığınız insanların motivasiyasız inadkarlığına hazır olun. Əlaqələri bərpa edin, tərəfdaşların işlərini yoxlayın, informasiya kanallarını saf-çürük edin. Xoş xəbər ala bilərsiniz, amma hansısa məlumat sizi təbdən çıxaracaq. Rəhbərliklə ünsiyyət üçün əlverişli gün deyil. İşdə münasibətlərin yeni stilini sınaqdan keçirə bilərsiniz. Cəsarətli davranın. Axşam saatları romantik münasibətlər üçün düşərlidir. Sizi maraqlandıran mövzu ilə bağlı improvizə yolveriləndir. Qız - yaşananlar həddən ziyadə diqqətli və ehtiyatlı davranış tələb edir. Zəif olan məqam pozula bilər. Münasibətlərdə böhran yarana bilər. Amma nə etmək olar: bəlli hadisə başqa münasibəti ehtiva etmir. Olayların ritmi dəyişir. Şəraitə uyğunlaşın. Böyük ümidlərlə bağladığınız planları hələlik təxirə salın. Geri dönən ünsürlərə fikir verin. Yeni yanaşma, dərinləşmə və ya genişlənmə tələb edən məsələlər var. Əhval-ruhiyyə, motivasiya, energeikanın dəyişməsini hiss edin. Yaxın vaxtlar üçün yeni məşğuliyyət seçin. Tərəzi - xəyallara və arzulara qapılmayın. Səmimiyyətdə ifrata varmayın, yaxın ətrafınızdakı insanlara mövqelərinizi açıqlamayın. Onlara təzyiq etməyin. Çətin gündür, səhv və yanlışlıqlar riski böyükdür. Diqqəti bir məsələyə, bir problemin həllinə yönəldin. Yığılıb qalan gərginlik və artan küskünlük münaqişəyə səbəb ola bilər. Emosiyalarınıza hakim olun ki, səhhətinizdə fəsad yaranmasın. Ürək-damar sistemini gücə salmayın. Axşam saatlarında maraqlı məşğuliyyət seçin, sizə xoş olan insanlarla ünsiyyətdə olun. Alış-verişdə məntiqli davranın. Əqrəb - diqqətli olun, ehtiyatlı davranın. Toplantı, danışıqlar, anlaşma və sövdələşmələri təxirə salın. Ciddi işə, böyük sifarişin icrasına, geniş layihənin ilkin mərhələsinə başlamayın. Alınan xəbərlər arasında çox faydalısı ola bilər. Fəqət, məlumat və ya informasiyanın batinini çözələyin. Emosional fon dayanıqlı olmayacaq. Olayların məğzi nəzərinizdən yayına bilər. Düşünülməmiş addımlar atmayın, tələsik qərarlar qəbul etməyin. Nəyisə kökündən və dərhal dəyişmək istəyi yarana bilər. Qərar qəbul edəndə çox fərqli olsalar belə, bir neçə variantı nəzərdən keçirin. Ənənəvi və rutin məqamların çeşidli yönləri təzahür edəcək. Tələsməyin, yaşanan dəyişikliklərin fərqinə varın. Oxatan - işdə yeniliklər, maraqlı xəbərlər, diqqətin yeni mövzuya cəlb olunması istisna deyil. Böyük məbləğdə nə isə almağa, pul xərcləməyə, yeni işə başlamağa, fərqli layihənin əsasını qoymağa tələsməyin. Çətin situasiyada həmkarlar və ya etibar etdiyiniz insanlarla məsləhətləşin. İdeyalar, unikal həllər, probelmlərin yaradıcı çözümü baxımından gün məhsuldar ola bilər. İfrata varmayın, əks təqdirdə ciddi problemlərlə qarşılaşa bilərsiniz. Olayların məcrasında kəskin müdaxilələrə bel bağlamayın. Hər şey olduğu kimi yaşanarsa, əlverişli nəticə əldə edə bilərsiniz. Dostlarla görüş üçün əlverişli vaxtdır. Risk və macəralara qapılmayın. Oğlaq - rəğbət bəslədiyiniz insanla münasibətlərdə maraqlı aktivləşmə ola bilər. Hadisələri tələsdirməyin, olayların axarına müdaxilə etməyin. Baş verənlərin məzmununu dərk etməyə çalışın. Maliyyə məsələlərində ehtiyatlı olun. Alış-verişdə bədxərc davranmayın, pullarınızı və maliyyə vəsaitinizi kimsəyə etibar etməyin. Günün ikinci yarısında sizi maraqlandıran məsələ ilə bağlı gərəkli məlumatları arayın. Önəmli tapıntı ola bilər. Yaxın ətrafınızdakı insanların fikri sizə zidd olsa da, onları dinləyin. Görüləsi işlərlə bağlı mövqenizdə dəyişikliklər, daha yaxşı variantın tapılması istisna deyil. Heç nəyi dəyişməyə tələsməyin. Dolça - qəfil işlər və nevroz durumlar yaranacaq, planlar pozulacaq. Səmimiyyətiniz adekvat dəyərləndirilməyə bilər. Alış-veriş və digər maliyyə əməliyyatlarını təxirə salın. Borc almayın, borc verməyin. Ailədə maddi msələlərlə bağlı mübahisələr yarana bilər. Pərişanlıq və təəssüf hisslərinin formalaşmasına imkan verməmək üçün mühüm söhbətlərə başlamayın. Axşam saatlarında ev işləri ilə məşğul olun, yaşamınızı qaydaya salın. Həyatınızdakı ətalət enerjisindən, köhnə baxış və emosiyalardan qurtulun. Alış-verişdə impulsun təsiri altına düşərək bədxərclik etməyin. Balıqlar - istək və niyyətlərin fərqliliyi, çoxsaylı olması qırışıqlıq yarada bilər. Bütün diqqətinizi təkmilləşdirilməyə ehtiyacı olan məsələyə yönəldin. İndiyədək fikir vermədiyiniz detallara yaxşı baxın. Münasibətlərdə nüanslar və ünsiyyətdəki həssaslıq önəm kəsb edir. Tələsməyin, situasiya sizin üçün əlverişli məcradadır. Təmkinli, səbrli olun, yaşananları müşahidə edin. Görülən işin kəmiyyətini keyfiyyətə çevirmək, önəmli insanlarla münasibətlərə yenidən baxmaq və dərinləşdirmək vaxtıdır. Əvvəllər yatırdığınız sərmayə və gördüyünüz işlər indi nəticəsini verir. Diqqət yetiriləsi məqamlardan xəbər verən işarələrə və siqnallara huşyar olun. Son.az

Çavuşoğlunun tələbinə İrəvandan cavab like
  • 09 May 23:59  
Dünya Çavuşoğlunun tələbinə İrəvandan cavab

İrəvan hakimiyyəti "Nemezis" abidəsini sökmək niyyətində deyil

arrow Ətraflı
Elton anasından danışıb kövrəldi: "Yaxşı övlad olmamışam" like
  • 09 May 23:52  
Şou-biznes Elton anasından danışıb kövrəldi: "Yaxşı övlad olmamışam"

Əməkdar artist Elton Hüseynəliyev "Həmin Zaur" verilişində qona

arrow Ətraflı
Məhkəmə İmran Xanın həbsini qanuni hesab edib like
  • 09 May 23:45  
Dünya Məhkəmə İmran Xanın həbsini qanuni hesab edib

İslamabad Ali Məhkəməsi Pakistanın keçmiş baş naziri və Ədalət Hərə

arrow Ətraflı
Rusiya ordusu Kupyanska raket zərbələri endirib, yaralılar var like
  • 09 May 23:37  
Dünya Rusiya ordusu Kupyanska raket zərbələri endirib, yaralılar var

Rusiya ordusu mayın 9-da axşam saatlarında Kupyanska raket zərbələri endir

arrow Ətraflı
Yük maşını piyadanı vuraraq öldürüb like
  • 09 May 23:30  
Digərləri Yük maşını piyadanı vuraraq öldürüb

Ucarda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş ve

arrow Ətraflı
Vatsapa etibar etmək olmaz  Mask like
  • 09 May 23:22  
Digərləri Vatsapa etibar etmək olmaz Mask

Vatsap messencerinə etibar etmək olmaz.

arrow Ətraflı
“Avroviziya” mahnı müsabiqəsinin birinci yarımfinalı başlayıb like
  • 09 May 23:12  
Şou-biznes “Avroviziya” mahnı müsabiqəsinin birinci yarımfinalı başlayıb

"Avroviziya" mahnı müsabiqəsinin birinci yarımfinalı başlayıb.

arrow Ətraflı
İranda elektrik stansiyası PUA ilə vuruldu like
  • 09 May 23:00  
Dünya İranda elektrik stansiyası PUA ilə vuruldu

İranın İsfahan əyalətində naməlum PUA elektrik stansiyasına hücum edib.

arrow Ətraflı
Üzgərmə əməliyyatından sonra Lalə Məmmədova  VİDEO like
  • 09 May 22:52  
Şou-biznes Üzgərmə əməliyyatından sonra Lalə Məmmədova VİDEO

Əməkdar artist Lalə Məmmədova üzgərmə əməliyyatından sonra növbəti

arrow Ətraflı
Zelenski əkshücum planını təsdiqləməyib  Danilov like
  • 09 May 22:44  
Dünya Zelenski əkshücum planını təsdiqləməyib Danilov

Ukrayna ordusunun əks-hücumunun yekun planları, o cümlədən qoşunların ir

arrow Ətraflı
Yoluxanların sayı açıqlandı like
  • 09 May 22:30  
Digərləri Yoluxanların sayı açıqlandı

Azərbaycanda son sutkada koronavirus infeksiyasına 25 yeni yoluxma faktı qeyd

arrow Ətraflı
Bütün üzvlər Ukraynanı dəstəkləyir  Stoltenberq like
  • 09 May 22:22  
Dünya Bütün üzvlər Ukraynanı dəstəkləyir Stoltenberq

NATO-nun bütün üzvləri Ukraynanın Alyansa qatılmasını dəstəkləyir.

arrow Ətraflı