Brüsseldə Avropa İttifaqı ilə Azərbaycan arasında Enerji dialoqu keçiriləcək
Digərləri 29 Apr 2023 14:10:00 202 0
Mayın 2-də Brüsseldə Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında Enerji dialoqu keçiriləcək.
Bu xəbəri də oxu: Su ilə bağlı vacib məlumat
Son.az Trend-ə istinadən xəbər verir ki, tədbirdə Avropa İttifaqının energetika məsələləri üzrə komissarı xanım Kadri Simson və Azərbaycanın energetika naziri Pərviz Şahbazov iştirak edəcək.
Tərəflər Aİ ilə Azərbaycan arasında energetika sahəsində əməkdaşlığın nəticələrini yekunlaşdıracaq və bu sahədə qarşılıqlı fəaliyyətin gələcək inkişaf yollarını müzakirə edəcəklər.
"Aİ və Azərbaycan nümayəndələri xüsusən qaz tədarükü ilə bağlı vəziyyət, o cümlədən enerji daşıyıcılarının tədarükünün diversifikasiyası və Aİ-yə Rusiyadan qazıntı yanacağının idxalının dayandırılması üçün son il ərzində Aİ tərəfindən görülən tədbirlər haqqında məlumat mübadiləsi aparacaqlar. Onlar Aİ-nin səylərinə dəstək olaraq Cənub Qaz Dəhlizinin genişləndirilməsini və Aİ-yə Xəzər qazının əlavə real tədarük marşrutların müzakirə edəcəklər. Ötən il imzalanmış enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunda iki tərəfdaş 2027-ci ilədək Aİ-yə ildə ən azı 20 milyard kubmetr qaz tədarük etmək məqsədilə qaz borusunun gücünü ikiqat artırmağı öhdələrinə götürüblər", - Avropa Komissiyasının məlumatında deyilir.
Onlar həmçinin ekoloji cəhətdən təmiz enerjiyə keçid üzrə əməkdaşlığın inkişaf yollarını, o cümlədən bərpa olunan enerji mənbələri, enerji səmərəliliyi və metan tullantılarının azaldılması sahəsində siyasəti müzakirə edəcəklər.
Türkiyənin uğurlarını həzm edə bilməyənlər var. Hər kəs onların kim
Ermənistan XİN rəhbəri Ararat Mirzoyan aprelin 30-da ABŞ-a səfər edəcək
Atalarımızın, əcdadlarımızın ruhu şaddır, çünki Türkiyə və Azərba
Türkiyə son 20 il ərzində böyük və şərəfli yol keçib. Prezident Rəc�
Son.az Trend-ə istinadən xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğa
Dünəndən bəri ölkə gündəmini çalxalayan 16 yaşlı qızın 47 yaşlı e
İkinci Qarabağ savaşının ilk dəqiqələrindən son dəqiqələrə qədər
Türkiyənin müdafiə sənayesi bu gün bütün dünya tərəfindən qəbul edi
Bu gün Türkiyə Avrasiyanın ticarət, enerji, nəqliyyat, siyasi mərkəzidir
Xəbər verdiyimiz kimi, Azərbaycan millisinin sabiq futbolçusu Araz Abdullaye
Türkiyə və Azərbaycan hər zaman bir yerdədir. Türkiyə və Azərbaycan do
Kəlbəcərdən köçəndə özləri ilə unitazlarını aparanlar indi də evl�
Müğənni Dilarə Kazımova meyxanaçılarla duet oxumaq istəyi fikrinə müna
İran parlamentinin deputatı Əhməd Naderi "Hüseyniyyun" terror qru