"Ağası Məşədibəyov dedi ki, səni Şövkət xanımla eyni otağa salacağam"
Kriminal 29 Apr 2023 12:34:00 315 0
"Günün nəbzini tutan müğənnilərimiz azdır. Çoxu nədənsə maddiyat arxasınca qaçır. O da lazımdır, amma hər şey çərçivədə olmalıdır. Tələbələrimə də deyirəm ki, "öncə sənət üçün işləyin, sonra toylarınıza gedin". Toy da lazımdır, bu insanların maddiyatıdır. Mən də toya gedirəm, toyda qol-qanad açıb oynayıram. İstəyirəm ki, səsli müğənnilərimiz çox olsun. Elə müğənnilər, tələbələrimiz olub ki, onlar səslərinin qədrini bilməyiblər. Səslərinə baxmayıblar, səsləri də batıb. Bir də musiqi sənətinə gələn uşaqlar gərək uşaqlıq illərindən bu sənətlə məşğul olsunlar. Mən özüm uşaq olandan evdə səhnə düzəltmişdim.
Bu xəbəri də oxu: Qız sevgilisinə görə anasını 300 manat cərimələtdirdi
Evimizə gələn qonaqlara konsert verirdim. Səhnəyə çıxıb, deyirdim ki, "oxuyur Zeynəb Xanlarova". Anam deyirdi ki, "öz adını de, axı sənin adın Zümrüddür". Ağlayırdım, deyirdim ki, görəsən nə vaxt oxuyacam?"
Son.az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında xalq artisti Zümrüd Məmmədova deyib.
"Dünyanın100-dən çox ölkəsində olub, Azərbaycan musiqisini təbliğ etmişəm. Nə qədər mükafatlara, ordenlərə layiq görülmüşəm. Mən bu barədə çox təvazökaram. Efirlərdə çıxıb demirəm ki, bunu etmişəm, onu etmişəm. İncəsənət xadimi gərək efirə çıxıb özünü tərifləməsin. O yaratdığı, oxuduğu əsərlərlə sözünü deməlidir.
Onun haqqında başqaları danışmalıdır. İnanın Allaha küçəyə çıxa bilmirəm, insanlar ayaq saxlayıb, mahnılarımı, əsərlərimi sayırlar, oxuyurlar. O qədər xoş sözlər deyirlər ki, kövrəlirəm. Bu mənim üçün fəxrdir. Efirə çıxıb deyim ki, "mən bunu etmişəm, mən onu etmişəm". Borcumdur da, etməliyəm" deyə sənətkar bildirib.
Xalq artisti Zümrüd Məmmədova bildirib ki, bir çox sənətkarlarla səhnəni bölüşüb.
"İslam Rzayev, Sara Qədimova, Şövkət Ələkbərova və s. sənətkarlarla səhnə bölüşmüşəm. Mən Filarmoniyaya işə düzələndə səhəri gün qastrol səfərinə göndərdilər. O vaxtlar 3 aylarla səfərə göndərirdilər.
Səhər qatarın qabağında Şövkət Ələkbərova, Elmira Rəhimova, İslam Rzayevi gördüm. Tək cavan qız mən idim. Öz-özümə düşünürdüm ki, mən bu insanların yanında necə rahat muğam oxuyacam? Ağası Məşədibəyov dedi ki, "Zümrüd, səni Şövkət xanımla eyni otağa salacam". Dedim ki, "məni Şövkət xanımla eyni otağa salmayın". Ağası müəllim dedi ki, "hamı yalvarır ki, Şövkət xanımla eyni otaqda qalım, sən niyə istəmirsən?". Çünki utanırdım. Oturub ağladım. Mənə dedi ki, "indi ağlayırsan, amma vaxt gələcək ki, fəxr edəcəksən, onun haqda müsahibə verəcəksən". 3 ay Şövkət xanımla bir otaqda qaldım. Şövkət xanım o qədər gözəl, sadə insan, böyük şəxsiyyət idi ki. Allah ona rəhmət etsin" deyə sənətkar bildirib.
Xəbər verdiyimiz kimi, Xalq artisti 82 yaşlı Aftandil İrafilov vəfat edib.
Bakı Metropolitenində mobil telefonu soyğunçuluq yolu ilə talamaqda şübh�
Ötən gün Tərtərin işğaldan azad edilən Talış kəndi ərazisindəki ins
Paytaxtda insanların rahat və təhlükəsiz hərəkəti üçün velosiped zola
Xəbər verdiyimiz kimi, Xalq artisti 82 yaşlı Aftandil İrafilov vəfat edib.
Məlumat verdiyimiz kimi, Xorvatiyanın qalmaqallı gözəli İvana Knoll "
"Sərhəd-keçid məntəqəsi ilə bağlı maraqlı məqam ondan ibarətdir
Tərtər rayonunda 3 nəfərin minaya düşərək həlak olduğu ərazinin gör�
Qanunsuz balıq ovu ilə məşğul olan Şəmkir sakini saxlanılıb.
"Yataq səhnələrini atamın baxacağından utandığım üçün çəkmird
Tanınmış qarmon ifaçısı, Xalq artisti, "Şöhrət" ordenli Aftan
İstanbulda keçirilən builki "Teknofest"də azərbaycanlı və türk
ABŞ-da dəhşətli cinayət baş verib. Belə ki, qadın sevgilisinin altı ya�
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliye
Xəbər verdiyimiz kimi, Xalq artisti Mələkxanım Eyubovanın gəlini Səadət