İrəvan bu dəfə o ölkəyə yalvarmağa başladı:
Siyasət 29 Apr 2023 07:45:00 188 0
"Azərbaycan Fransanın Qarabağ məsələsinə qarışmasına imkan verməyəcək".
Bu xəbəri də oxu: Prezident: Bosniya və Herseqovina ilə dostluq və əməkdaşlıq əlaqələrinin səviyyəsi məmnunluq doğurur
Son.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
"Erməni mənbələr iddia edirlər ki, Vaşinqton sülh sazişinin imzalanması məqsədilə İrəvana təzyiqi artırıb. Həqiqətən Vaşinqton məsələni uzatmadan Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasını istəyir. Azərbaycanın da istəyi budur. Ermənistan hakimiyyəti isə sözdə sülh istəsə də, əməldə Azərbaycanın ərazi bütövlüyünü tanıyacaq sazişi imzalamağı yubatmağa çalışır. Baş nazir Nikol Paşinyanın fikrincə, sülh sazişi imzalandıqdan sonra Azərbaycan Qarabağda separatizmə son qoyacaq, ona görə sülh sazişiylə "risk"ə getmək istəmir.
Paşinyan Azərbaycanla sülh sazişi imzalamasa belə, Qarabağda erməni separatizminə son qoyulacaq. Bunun sülh sazişi ilə əlaqəsi yoxdur. İrəvanın Rusiyaya yalvarışları nəticə vermədiyinə görə indi də Fransaya yalvarırlar ki, Azərbaycanı Paris dayandırsın", - ekspert vurğulayıb.
Elxan Şahinoğlu Ermənistanın bu xüsusda Fransaya verdiyi təkliflərə də toxunub:
"İrəvan Parisə təklif edib ki, Fransa Qarabağ ermənilərinin təhlükəsizliyinə cavabdeh olsun və Laçın yoluna nümayəndələr göndərsin. Bu təkliflərin perspektivi yoxdur.
Birincisi, Azərbaycan Fransanın Qarabağ məsələsinə qarışmasına imkan verməyəcək. Paris belə cəhdlər etsə, Azərbaycanla münasibətləri normallaşdıra bilməyəcək.
İkincisi, Rusiya da münasibətləri gərgin olduğu Fransanı bölgədə möhkəmlənməsini elə Ermənistan üzərindən əngəlləməyə çalışacaq. Fransa təmsilçiləri sadəcə Laçın yolundakı sərhəd-keçid məntəqəmizə müəyyən məsafədən baxa bilərlər. Buna etirazımız yoxdur, əksinə, özləri müşahidə etsinlər ki, sərhəd humanitar məqsədlə istifadəyə açıqdır".
Ağız açıq yatmaq səhərlər yorğunluq hiss etməyə və bir sıra xəstəl
İmişli rayonunda azyaşlı qardaş və bacını avtomobil vurub.
Rusiya Qərbin beynəlxalq ictimaiyyətə tətbiq etdiyi qaydalara əməl etməy
Yeməkdən sonra ortaya çıxan bəzi əlamətlər bağırsaq xərçənginin ink
İranın müdafiə və silahlı qüvvələrin maddi-texniki təminatı naziri, b
Ermənistanın paytaxtı İrəvanda keçirilən Avropa çempionatında qazandı�
Araşdırmalara görə, gündəlik yeyilən qozun miqdarı 20-84 qram ola bilər
Son vaxtlarda maaş və pensiyaların artırılması ezamiyyə xərcləri ilə b
Myanmada küçə etirazı zamanı güllələnən yaponiyalı jurnalist Kenci Naq
Oxşar duyğular və vacib məsələlərlə bağlı fikirlər uzunmüddətli mü
Filipp Kirkorovun stilisti onun öz yubiley konsertində geyinəcəyi paltarlar�
Əsrlər boyu ailə quran gənclərin, xüsusən qızların taleyini onların va
Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"
Tərtərdə mina partlayışında həlak olanlar qısa müddət idi ki, işə d�