Sosial şəbəkələr yeniyetmələrin psixi sağlamlığını pozmur –
Digərləri 27 Apr 2023 23:05:00 283 0
Britaniya alimləri sosial şəbəkələrin yeniyetmələrin psixi sağlamlığına mənfi təsir göstərdiyinə dair sübut tapmayıblar.
Bu xəbəri də oxu: Sabah da tam iş günüdür
Son.az lent.az-a istinadən xəbər verir ki, bununla bağlı araşdırmalar "Journal of Medical Internet Research" jurnalında dərc olunub.
ÜST-ün (Ümumdünya Səhiyyə Təşkilatı) məlumatına görə, hər yeddi yeniyetmədən biri (10-19 yaş) psixi pozğunluqdan əziyyət çəkir və bütün psixi xəstəliklərin yarısı 14 yaşından başlayır.
Ekspertlərin fikrincə, son 20 ildə psixi pozğunluğu olan gənclərin sayı artıb və bunun səbəbini çox vaxt sosial şəbəkələrlə əlaqələndirirlər.
Tədqiqatçılar 12-13 yaş arasında sosial mediada sərf olunan saat sayını beş ballıq sistemlə "yeddi saat və ya daha çox"a qədər qiymətləndiriblər. Daha sonra onlar uşaqların özlərinə qarşı davranışı və psixi sağlamlığı ilə bağlı məlumatlara baxıblar.
Tədqiqatda 3000-ə yaxın uşaq iştirak edib. Onları bir neçə il izləyiblər. Nəticədə yeniyetmələr arasında sosial mediada çox vaxt keçirməyin psixi sağlamlıqla əlaqəli olduğuna dair heç bir sübut tapılmayıb.
O da qeyd edilib ki, sosial medianın gənclərin şəxsiyyətinə mənfi təsiri ola bilər.
"Bizim tapıntılar sosial medianın gənclərin psixi sağlamlığına hamının düşündüyü kimi zərərli təsiri yoxdur. Ancaq biz onu da başa düşməliyik ki, sosial media gənclərin psixi sağlamlığına həm müsbət, həm də mənfi təsir göstərə bilər və hələ də cavabsız suallar çoxdur", - deyə alimlər izah ediblər.
Ukrayna ərazilərinin minalardan tam təmizlənməsi üçün 40 milyard dollar
Azərbaycan Texniki Universitetinin Energetika və avtomatika fakültəsinin IV
Həkimlər vaxtından əvvəl ölüm riskini iki dəfə azaldan ən faydalı mə
"Qurani-Kərim"ə baxdığımız zaman sünnət edilməklə bağlı bi
Monaş Universitetinin avstraliyalı alimləri qocalıqda arıqlamağı ölüm r
Avtomobil qəzasında həlak olan "SOY" prodakşının rəhbəri Oqtay
ABŞ Rusiyanın Federal Təhlükəsizlik Xidmətinə (FTX) və İranın İslam �
Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop Azərbaycan Milli M
Mağazalardan aldığımız qidaların bir çoxu sağlamlığa təhlükə yarada
Formula 1 üçün Azərbaycana gələn məşhur model: Bakı məni yaxşı məna
Ermənistanın baş naziri Nikol Paşinyan Fransanın Avropa və xarici işlər
Qidalanma sahəsində yanlış fikirlər sağlamlığımıza müəyyən qədər
Qazax Rayon Polis Şöbəsinin xidmət üzrə rəisi müavini və Daş Salahlı