Adil Əliyev: Zərifə xanım Əliyeva xeyirxahlıq simvoludur
Digərləri 27 Apr 2023 20:56:00 295 0
Yüz illik yubileyini qeyd etdiyimiz Zərifə xanım Əliyevanın kimliyini, mənəvi və insani keyfiyyətlərini, Azərbaycan qadınının nümunəvi obrazını özündə ehtiva edən şəxsiyyətini bir yazıya sığışdırmaq asan deyil. Zərifə xanımın şəxsiyyətinin və fəaliyyətinin ən dəqiq və olduqca yığcam təsvirini elə onun ömür-gün yoldaşı, Ulu Öndər Heydər Əliyev özü verib. Ulu Öndər Zərifə xanımı belə xarakterizə edirdi: "Azərbaycan xanımının mənəvi dəyərlərini özündə təcəssüm etdirən Zərifə xanım bir qadın, bir həyat yoldaşı, bir ana, bir həkim, bir alim, bir ictimai xadim olaraq elə sağlığında əfsanəviləşməyi bacarıb və daşıdığı bu titulları mərhəmət, şəfqət, humanizm kimi ali hisslərlə bütövləşdirərək əsl insanlıq zirvəsinə yüksəlib".
Bu xəbəri də oxu: Samuxda yük və minik maşınları toqquşdu ölən var
Bu fikirlər Milli Məclis sədrinin müavini Adil Əliyevin "Zərifə xanım Əliyeva - xeyirxahlıq simvolu!" sərlövhəli məqaləsində yer alıb.
A.Əliyev məqaləsində bildirib ki, bəli, zərgər dəqiqliyi və müdrikcəsinə verilmiş bir dəyər - əsl insanlıq zirvəsinə yüksəlmiş şəxsiyyət. Bəs nə deməkdir əsl insanlıq zirvəsinə yüksəlmək?! Elə bu suala da ən düzgün cavabı Ulu Öndər özü vermişdir: "Deyirlər, xoşbəxtlik nisbi anlayışdır və dünyada tam xoşbəxt olan insan yoxdur. Amma Tanrı tərəfindən seçilmiş elə şəxslər də var ki, sağlığında insanların rəğbətini, sevgisini qazanan, bu dünya ilə vidalaşandan sonra isə tarixdə özünə əbədi şərəfli ad qoyan xoşbəxt insanlardan olur. Elə o da öz adını tarixin səhifələrində əbədiləşdirən, xatirələrdə hər zaman hörmətlə anılan, sayğı ilə yada salınan unudulmaz şəxsiyyətlərdən oldu. Çünki böyük Yaradan ona elə böyük ürək bəxş edib, qəlbinə elə parlaq bir nur çiləmişdi ki, onunla rastlaşan, ünsiyyətdə olan hər bir kəs ilk növbədə özündə ümid, təsəlli, inam, sakitlik tapar, könülləri xeyirxahlıq şəfəqinin şölələri ilə işıqlanardı. O, insanları sevərdi, heç vaxt heç kimi incitməz, heç kimi naümid qoymaz, heç kimə kömək etməkdən imtina etməzdi".
Qeyd olunub ki, tale Zərifə xanıma həm Azərbaycanın dövlət başçısının - Ulu Öndər Heydər Əliyevin həyat yoldaşı olmağı, həm də gələcək dövlət başçısının - Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin anası olmağı nəsib etmişdir. Görünür ki, Zərifə xanım xeyirxahlığı, qayğıkeşliyi, başqalarının halına yanmaq, dərdinə acımaq və insansevərliyi istər Ulu Öndərin, istər də Müzəffər Ali Baş Komandanımızın həyatında dərin və silinməz izlər buraxmışdır. Prezident İlham Əliyev anası Zərifə xanım Əliyevanın xeyirxahlığının köklərini belə izah edir: "Mənim anamın həyat fəlsəfəsinin köklərini, hər şeydən əvvəl onun uşaqlığında axtarmaq lazımdır. O bizə tez-tez deyərdi ki, uşaqlıq - insan həyatının çox mühüm dövrüdür və heç nə bu dövrü əvəz edə bilməz. Uşaqlıq - insanın ömrü boyu təkrar-təkrar müraciət etdiyi dünyadır. İnsan xeyirxahlığın, şəfqətin nə olduğunu uşaqlıqda dərk edir. O, çox xoşbəxt uşaq olub, uşaqlıq onun yaddaşında məhəbbət və əziz xatirələr mənbəyi kimi qalmışdı".
Vurğulanıb ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Zərifə xanımın xeyirxahlığını onun uşaqlığında axtarmağın vacibliyini vurğulaması əslində dərin elmi məntiqə əsaslanır. Avropanın qabaqcıl tədqiqat mərkəzlərində uşaqlıq dövrünün insanın sonrakı həyatında müstəsna, müqəddərat müəyyənləşdirici rol oynaması müxtəlif araşdırmalarla təsdiq olunmuşdur. Hətta hər hansı tarixi dövrün mahiyyətini daha dərindən anlamaq üçün uşaqlığı həmin dövrə təsadüf etmiş insanların xatirələrini tədqiq edirlər.
Ulu Öndər Heydər Əliyevin və xeyirxahlıq simvolu Zərifə xanım Əliyevanın ailəsində böyümüş İlham Əliyevin Azərbaycanın torpaqlarını düşməndən azad etməsi və ərazi bütövlüyümüzü bərqərar etməsi təsadüfi deyildir. O, siyasət və liderlik keyfiyyətlərini Heydər Əliyevdən əxz etmiş, qayğıkeşlik və xeyirxahlığı Zərifə xanım Əliyevadan öyrənmişdir.
"Zərifə xanımın xeyirxahlığı onun peşə seçimində də özünü parlaq surətdə göstərmişdir. O, göz həkimi, oftalmoloq kimi insanların gözünün nurunun qorunmasına, onların dünya işığına həsrət qalmamasına yardımçı olmuşdur. O, bu sahənin görkəmli alimi kimi Azərbaycanda oftalmologiya elminin inkişafına mühüm töhfələr vermiş, traxoma xəstəliyi ilə mübarizənin önündə getmişdir", - deyə Milli Məclis sədrinin müavini bildirib.
Aprelin 28-29-da əsasən gündüz saatlarında bəzi dağlıq və dağətəyi r
Rusiyanın "Forbes" dərgisi 30 yaşına çatmayan 30 ən məşhur si
Azərbaycanda himayədar ailə olmaq üçün uşaq sayı ilə bağlı məhdudiyy
Türkiyə sərhədləri boyu terrorun varlığına qarşıdır.
Hollivud ulduzu Vill Ferrel sevimli hokkey komandasının oyununu izləməyə ge
"Son illərdə apardığımız monitorinqlər göstərir ki, buraxılış s
Ziraat Bank Azərbaycan 23 Aprel Milli Suverenlik və Uşaq Bayramı Günü mün
22 yaşlı amerikalı reper MoneySign Suede həbsxanada qətlə yetirilib.
Türkiyədə baş verən qəzada xəsarət alan azərbaycanlı qadın dünyasın
Azərbaycan Tibb Universiteti (ATU) fəaliyyət göstərdiyi illər ərzində ç
Rəqqasə Fatimə Fətəliyeva müzakirələrə səbəb olacaq açıqlama verib.
Ölkəmiz 60 illik gecikmədən sonra da olsa, dünyanın nüvə gücü ölkəl�
Türkiyənin İstanbul şəhərində yerləşən, 400 il (1465-1856) Osmanlı su
Bu il Azərbaycan oftalmologiya elmini beynəlxalq aləmdə tanıdan, oftalmolog
Muğanlı-İsmayıllı-Qəbələ yolunda işlərin 31 %-i tamamlanıb, yolun in�