Süni zəka müharibədə necə istifadə ediləcək? VİDEO
Digərləri 27 Apr 2023 16:12:00 245 0
Bu xəbəri də oxu: Türkiyəli məşhur aparıcının "ət oğrusu" olan balerina arvadı
Amerikalı milyarder Peter Thiel-ə məxsus olan Palantir adlı şirkət eyniadlı süni zəka platformasını təqdim edib.
Son.az lent.az-a istinadən bildirir ki, sözügedən platforma GPT-4 və ya onun alternativlərinə bənzəyən böyük dil modellərinin özəl şəbəkədə işə salınması üçün nəzərdə tutulub. Palantir hərbçilərin onu müharibə şəraitində necə istifadə edə biləcəklərini sərgiləyib. Təqdim edilmiş videoda operator kəşfiyyat xarakterli dronların işə salınması, bir neçə hücum planının tərtib edilməsi və düşmənin kommunikasiya imkanlarının aradan qaldırılması strategiyalarının təşkili üçün ChatGPT tərzində olan çat-botdan istifadə edir.
Operator çat-botdan düşmən texnikasının qruplaşması barəsində ətraflı məlumatı təqdim etməyi və düşməndə hansı hərbi texnikanın ola biləcəyini proqnozlaşdırmasını istəyir. Bu məlumatları əldə edəndən sonra operator sistemdən daha keyfiyyətli fotoların əldə edilməsini istəyir. Sistem isə öz növbəsində kəşfiyyat xarakterli Reaper MQ-9 adlı dronu işə salır. Növbəti mərhələdə operator sistemdən hansı mümkün əməliyyat variantlarının olduğunu soruşur. Süni zəka əsaslı çat-bot tankın F-16, uzaq mənzilli artilleriya və ya Javelin raketi vasitəsilə məhv edilməsini təklif edir.
Bundan əlavə olaraq sistem bu missiyanın yerinə yetirilməsi üçün yaxınlıqda yerləşən hərbi qüvvələrin lazımi sayda hərbi texnikaya sahib olub-olmadığını da söyləyir. Palantir açıq mənbə koduna sahib müxtəlif böyük dil modellərini dəstəkləyir. Şirkət bildirib ki, onun bu sistemi təhlükəsiz olacaq və onu taktiki cihazlarda işə salmaq mümkün olacaq. Sistem həm sirli məlumatları həm də real zaman ərzində əldə edilən məlumatları məsuliyyətli, qanuni və etik üsullar vasitəsilə analiz edəcək. Təqdim edilmiş videoda görmək olar ki, operator sistem çərçivəsində böyük dil modelini və süni zəkanı idarə edə biləcək.
Ermənistanın baş naziri Nikol Paşinyanın 27 aprel tarixində hökumət icla
Bu gün Sumqayıt şəhərində dəhşətli intihar hadisəsi baş verib.
Qarabağdakı rus sülhməramlılarının yeni rəhbəri, general-polkovnik Alek
Sosial şəbəkələrdə AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin nə
Müğənni İbrahim Borçalı avtomobil qəzasında dünyasını dəyişən oğl
Aktrisa Pərvin Abıyeva TikTok-dan əldə etdiyi gəlirdən danışıb.
Xankəndindəki separatçı rejimin marionetlərindən olan rusiyalı milyarder,
"Elmi-tədqiqat üzrə fəaliyyətin birgə həyata keçirilməsinə dair �
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
Ukrayna xüsusi xidmət orqanları 23 apreldə Vladimir Putini kamikadze PUA-sı
Prezident Ərdoğan güclü və sağlam şəkildə vəzifəsi başındadır.
Bakı-Şamaxı-Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun Muğanlı-İsm
Alla Puqaçova və Maksim Qalkinin Rusiyanın Qryaz kəndindəki qəsri Sankt-Pe