Finlandiyanın dünyada ən yaxşı təhsil sistemlərindən birini yaratmasının sirri


Digərləri 26 Apr 2023 21:27:00 260 0

Finlandiyanın dünyada ən yaxşı təhsil sistemlərindən birini yaratmasının sirri

Finlandiyanın dünyada ən yaxşı təhsil sistemlərindən birini yaratmasının sirri nədir?

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Avropanın şimalında yerləşən bu ölkə dünyada ən yaxşı təhsil sistemlərindən birinə malikdir və dünya praktikasında ən uğurlu sayılır. Bəs məktəblərdə belə uğurlu inkişafı şərtləndirən amillər hansılardır?

Finlandiya yüksək təhsil səviyyəsinə malikdir və bu göstəriciyə görə dünyanın 3 ən yaxşı ölkəsi sırasında yer alır. Bu, PISA (Programme for International Student Assessment) proqramının rəyidir.

Bu ölkədə məktəbəqədər, orta və ali təhsil hamı üçün pulsuzdur. Bundan başqa, dövlət məktəbliləri ödənişsiz nahar, ekskursiyalar, tədris ləvazimatı ilə təmin edir. "Ümumi rifah" konsepsiyası təhsil sisteminin inkişafında mühüm rol oynayır. Bu konsepsiya dövlətin təhsildə bərabərliyə və inklüzivliyə verdiyi böyük əhəmiyyəti, bütün şagirdlərin eyni şəkildə keyfiyyətli təhsil alması prinsiplərini ehtiva edir.

Finlandiya müəllimləri, öz növbəsində, yüksək ixtisasa və böyük iş təcrübəsinə malikdirlər. Onlar cəmiyyətdə böyük hörmət görürlər. Müəllimlər yüksək səviyyəli təlim kurslarında ixtisaslarını artırır və bütün bunlar təhsilin keyfiyyətini təmin etməyə imkan verir.

Finlandiya qanunvericiliyinə görə, orta məktəblərin bütün müəllimləri magistr dərəcəsi almalıdır. Eyni müəllim 1-6-cı siniflərdə uşaqlarla işləyir, onları yaxşı tanıyır və tədris prosesini bu şagirdlərin səviyyəsi və xüsusiyyətlərinə uyğun qura bilir. Bu zaman müəllim öz üzərinə tərbiyəçi və hətta ailə üzvü funksiyasını da götürə bilər. Təhsil illəri ərzində qarşılıqlı etimad və əlaqələr elə səviyyədə qurulur ki, tərəflər bir-birini yaxşı tanıyır və müəllim-şagird münasibətlərində hörmət əsas amilə çevrilir. Öz növbəsində, 7-9-cu siniflərin müəllimləri tədris etdikləri fənnin dərinliklərinə qədər mütəxəssis səviyyəsində biliklərə malik olurlar.

Tədris prosesinin planlaşdırılması məsələlərində müəllimlərə geniş azadlıq verilib və onlar məşğələləri milli və yerli tədris kurikulumu əsasında təşkil edirlər. Şagirdlər, həmçinin onları maraqlandıran fənləri seçmək imkanına malikdir və hətta onları dəyişdirə də bilərlər.

Tədris prosesinin daha bir xüsusiyyəti müstəqil düşünmək qabiliyyətinin formalaşması və təhsilə məsuliyyətli yanaşma, biliklərə marağın artırılmasıdır. Finlandiyada şagirdlər, habelə bilik və təcrübə əldə etmək üçün əlavə imkanlara sahibdir, çünki bu ölkədə məktəbdənxaric məşğələlər və klublar geniş şəkildə inkişaf edib, onlar rəngarəng fəaliyyətlər və proqramlar təklif edir, idman seksiyaları, bədii dərnəklər və s. fəaliyyət göstərir.

Tədris prosesində bir neçə fənni əhatə edən bloklara, ələlxüsus gündəlik hadisələrin öyrənilməsinə, habelə informasiya və kommunikasiya texnologiyalarına xüsusi diqqət yetirilir.

Finlandiyanın təhsil sistemi, həmçinin qiymətləndirmə və xidmətlərə əsaslanan konsepsiyaların inkişafı üzrə qət edilmiş yola deyil, təhsilə ümumi maraq üzərində qurulub. Bu ölkədə ən yaxşı müəllim və şagirdlərin siyahısı ümumiyyətlə yoxdur. Bu yanaşma məktəblərin daxilində də mövcuddur, şagirdlərə izah edilir ki, təhsil rəqabət mühiti deyil, bununla yanaşı, əməkdaşlıq başlıca norma hesab olunur. Nəticədə, ən zəif və bilikli şagirdlər arasında məsafə bu ölkədə dünya miqyasında ən azdır.

Finlandiyada biliklərin qiymətləndirilməsi üzrə standart testlər də yoxdur. Yeganə istisna "Yetkinlik attestatı üzrə milli imtahan"dır ki, bu da məktəbdə təhsilin son mərhələsində həyata keçirilir. Şagirdlərin ümumi tərəqqisinin izlənməsi prosesi Təhsil Nazirliyi tərəfindən aparılır.

Finlandiyada məktəblərin daha bir özəlliyi bu təhsil ocaqlarında hökm sürən sakit atmosferdir. Bu ölkənin ümumtəhsil müəssisələrində daha az stressli şəraitin olmasına, lazımsız reqlamentlərin sayının azaldılmasına, şagirdlərə və müəllimlərə daha çox qayğı göstərilməsinə çalışırlar. Tələbələr üçün adətən gündəlik bir neçə məşğələ olur. Bu zaman kəsiyində onlara yemək, əyləncəli tədbirlərdən zövq almaq, ümumiyyətlə, dincəlmək üçün şərait yaradılır. Gün ərzində, həmçinin 15-20 dəqiqəlik tənəffüslər verilir ki, bu zaman uşaqlar təmiz hava ala bilir və dincəlirlər. Müəllimlərə də yaxşı iş şəraiti yaradılıb. Onlar yüksək əməkhaqqı alır, bütün məktəblərdə müəllimlərin istirahət edəcəyi, yeni günə hazırlaşacağı və sadəcə ünsiyyət quracağı otaqlar yaradılıb. Konsepsiyaya uyun olaraq, müəllimlər öz qabiliyyətləri çərçivəsində yaxşı iş şəraitinə malik olmalıdır.

Bu ölkədə, habelə məktəblilər üçün ev tapşırığı ənənəsindən imtina edilib. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının məlumatına görə, Finlandiyada hər hansı digər ölkədən fərqli olaraq məktəblilərə daha az sinifdənkənar və ev tapşırıqları verilir. Məktəblilər dərs tapşırıqları üzərində çalışdıqda, sutkada cəmi yarım saat vaxt sərf edirlər.

Bütün bunlar və başqa amillər şagirdlərin qiymətlərdən və dərslə yüklənməkdən narahat olmadan əsl məqsədə - şəxsiyyətin formalaşması fonunda təhsil alması üzrə məktəb sisteminin yaradılmasına nail olmağa imkan verir.

Müəllimlərin diqqətinə: like
  • 26 Apr 21:22  
Digərləri Müəllimlərin diqqətinə:

Elm və Təhsil Nazirliyi sisteminə daxil olan dövlət ümumi təhsil müəssi

arrow Ətraflı
Bu ölkədə marixuanaya pivə və şokoladdan çox pul xərclənir like
  • 26 Apr 21:16  
Dünya Bu ölkədə marixuanaya pivə və şokoladdan çox pul xərclənir

Amerikalılar 2022-ci il hesabatına görə, qanuni olaraq marixuanaya təxminə

arrow Ətraflı
Məhkəmə "Kızılcık şerbeti" ilə bağlı qərar verdi like
  • 26 Apr 21:00  
Digərləri Məhkəmə "Kızılcık şerbeti" ilə bağlı qərar verdi

"Kızılcık şerbeti" serialı ilə bağlı RTÜK-ün (Türkiyədə R

arrow Ətraflı
Yeni virus  “mirus” tapılıb  FOTO like
  • 26 Apr 20:48  
Dünya Yeni virus “mirus” tapılıb FOTO

Dənizlərin və okeanların günəşlə işıqlanan səthlərində yaşayan yen

arrow Ətraflı
Çağatay özündən 14 yaş böyük sevgilisi ilə görüntüləndi  FOTO like
  • 26 Apr 20:36  
Şou-biznes Çağatay özündən 14 yaş böyük sevgilisi ilə görüntüləndi FOTO

Xəbər verdiyimiz kimi, türkiyəli aktyor Çağatay Ulusoy keçmiş model Ece

arrow Ətraflı
Xəyanət etdiyi deyilən Kadirdən ilk açıqlama  “Həmin gün 80 nəfərlə..."  FOTO like
  • 26 Apr 20:26  
Şou-biznes Xəyanət etdiyi deyilən Kadirdən ilk açıqlama “Həmin gün 80 nəfərlə..." FOTO

Həyat yoldaşı, aktrisa Neslihan Atagülə xəyanət etdiyi deyilən türkiyə

arrow Ətraflı
Sevgilisi ilə mindiyi təyyarəni arvadının məşuqu sürürmüş  "Sevgi dordbucağı"  FOTO like
  • 26 Apr 19:50  
Digərləri Sevgilisi ilə mindiyi təyyarəni arvadının məşuqu sürürmüş "Sevgi dordbucağı" FOTO

Sevgilisi ilə təyyarəyə minən iş adamı arvadının pilotla münasibətini

arrow Ətraflı
Hotellərdə gecələyənlərin sayı artıb  Rəsmi statistika like
  • 26 Apr 19:48  
Digərləri Hotellərdə gecələyənlərin sayı artıb Rəsmi statistika

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli oby

arrow Ətraflı
"Azərbaycana yalnız paxıllıq etmək olar"  Arestoviç like
  • 26 Apr 19:44  
Siyasət "Azərbaycana yalnız paxıllıq etmək olar" Arestoviç

"Azərbaycan rəhbərliyi yenə də parlaq oyun nümayiş etdirir".

arrow Ətraflı
Demi Mur nənə oldu  FOTO like
  • 26 Apr 19:36  
Şou-biznes Demi Mur nənə oldu FOTO

Hollivud ulduzu Demi Mur nənə olub.

arrow Ətraflı
Bakıda 20dən çox evdən oğurluq edən şəxslər saxlanılıb  VİDEO like
  • 26 Apr 19:24  
Kriminal Bakıda 20dən çox evdən oğurluq edən şəxslər saxlanılıb VİDEO

Bakıda 20-dən çox evdən oğurluq edən şəxslər saxlanılıb.

arrow Ətraflı
İllərdir quruyan dərədən zəlzələdən sonra su çıxır  VİDEO like
  • 26 Apr 19:12  
Digərləri İllərdir quruyan dərədən zəlzələdən sonra su çıxır VİDEO

Türkiyənin Adıyaman şəhərinin Kahta rayonunda baş verən zəlzələ və a

arrow Ətraflı
Bayramda milyonlar qazandı like
  • 26 Apr 19:00  
Şou-biznes Bayramda milyonlar qazandı

Türkiyəli müğənni Gülşənin Ramazan bayramında verdiyi konsertlərdən �

arrow Ətraflı