Nəsibə Zeynalova həmkarlarının xatirələrində


Kriminal 20 Apr 2023 15:39:00 216 0

Nəsibə Zeynalova həmkarlarının xatirələrində

Bu gün Nəsibə Zeynalovanın anadan olmasının 107-ci ildönümü tamam olur

Teatr sənəti insanlarda müxtəlif hisslər doğurur. Bu hisslər tamaşaçıları sevindirmək, düşündürmək, ürəkdən güldürmək, onlarda xeyirxahlığa və gözəlliyə məhəbbət oyatmaqdan ibarətdir. Aktyor tamaşaçı məhəbbəti qazanmağı, özünü unudub yalnız sənət üçün yaşamağı bacarmalıdır. Qüdrətli gülüş ustası, Azərbaycan səhnəsinin parlaq ulduzu, xalqımızın sevimli sənətkarı Nəsibə Zeynalovanın həyat və yaradıcılığı bu cəhətdən çox qiymətli və təqdirəlayiqdir.

Bu gün Xalq artisti, Dövlət mükafatı laureatı Nəsibə Zeynalovanın anadan olmasının 107-ci ildönümü tamam olur.

Son.az bildirir ki, AZƏRTAC-ın əməkdaşı görkəmli sənətkarın doğum günündə onun həyat və yaradıcılığının bəzi məqamlarını öyrənmək üçün onunla eyni səhnəni bölüşmüş aktyorlarla həmsöhbət olub.

Geniş diapazona, əlvan xarakter xüsusiyyətlərinə, təbii yumor gücünə malik Nəsibə Zeynalovaya tale əsl səhnə ustası üçün lazım olan bütün keyfiyyətləri bəxş etmişdi. Demək olar ki, Nəsibə Zeynalova, anadan artist doğulmuşdu. Onun barəsində danışmaq, musiqili teatrımızdan söhbət açmaq deməkdir.

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aparıcı aktyoru, Əməkdar artist Çingiz Əhmədov Nəsibə Zeynalova haqqında xatirələrini bölüşüb: "Biz qohum olmuşuq, 5-6 yaşlarımda rəhmətlik nənəm məni tez-tez Nəsibə xanımgilə aparırdı. Nəsibə xanım çox diqqətcil adam idi, nənəmə teatr biletləri verirdi ki, mütəmadi olaraq gəlib tamaşaları izləyə bilək. Hər zaman tamaşa başlamamışdan qabaq orkestrin qarşısında dayanıb bütün prosesləri diqqətlə izləyirdim. Nəsibə xanım səhnəyə çıxarkən o möhtəşəm alqışları görürdüm. Beləcə tamaşalara gedə-gedə məndə də bu sahəyə həvəs yaranırdı. Universiteti bitirdikdən sonra aktrisa Ofelya Məmmədzadə özüm də gözləmədən məni aparıb Musiqili Teatra işə düzəltdi. Bu teatra işə girdim və bir gün Nəsibə xanıma teatrda dedim ki, Mömə, tanıdın məni? Dedi ki, "Adə, şirin gəlirsən mənə, televizordan tanıyıram, kimsən sən?" Dedim, Zibeydə xanımın nəvəsiyəm, sizə gəlirdim. Dedi, "Hə, yadıma düşdü"...

Biz qastrol səfərlərinə gedirdik, avtobusumuz onu evinin qarşısından götürürdü və Nəsibə xanım bir qazan peraşki ilə gəlirdi. Ər, kartof, kələm peraşkisi. Ət peraşkilərinin də əksəriyyətini mənə yedirdirdi. Sonra mənim televiziyada "Yeriniz məlum" adlı verilişim olanda onu tez-tez həmin verilişə dəvət edirdim. Heç bir verilişə getməsə də mənim dəvətimi qəbul edirdi. Rayonlarda birgə qastrol səfərlərində olmuşuq. Nəsibə Zeynalova ilə bizim çox maraqlı və unudulmaz anlarımız olub. Bir gün mən onu öz istəyi ilə Xudata apardım. Bacılığı var idi orada. Yolda Xudata az qalmış su istədiyini bildirdi. Maşını saxlayıb su almağa düşərkən orada böyük insan kütləsi ətrafıma yığışdı və görüşdülər, imza aldılar, xoş sözlər dedilər. Mən suyu maşına aparan zaman Nəsibə xanım qapını açdı və adamlar Nəsibə xanımın səsini eşidən kimi onun ətrafına toplaşdılar. Mən onda anladım ki, xalq Nəsibə xanımı necə sevir. Oraya həmin an bir ləzgi kişi gəldi və Nəsibə xanımın əlindən öpmək istədi. Həmin kişi Nəsibə Zeynalovanın əlini öpəndən sonra arzusuna çatdığını dedi. Nəsibə xanımla bu cür unudulmaz xatirələrimiz çox olub. Səhnədə də onunla tərəf müqabili olmuşam. Bu gün də teatra daxil olarkən o cür sənətkarların yoxluğunu görüb, onlar üçün çox darıxıram. Özümü xoşbəxt bilirəm ki, onları sağ ikən görmək, onlarla ünsiyyətdə olmaq, hətta bir səhnəni bölüşmək mənə nəsib olub. Onlar bizim unudulmayan və daim qəlblərdə yaşayan sənətkarlarımızdır".

Ömrünü Musiqili Komediya Teatrı ilə bağlayan aktrisa Azərbaycan klassik operettalarının tamaşalarında Gülpəri, Cahan xala, Sənəm ("Ər və arvad", "Arşın mal alan" və "Məşədi İbad", Üzeyir bəy Hacıbəyli), Mələk xanım və Kələk xanım ("Əlli yaşında cavan", Zülfüqar bəy Hacıbəyov) kimi xarakterik səhnə obrazlarında çıxış edib. Aktrisanın zəngin rollar qalereyasında tərcümə əsərlərində ifa etdiyi Kabato və Barbale ("Keto və Kote"), Ziraldina ("İki ağanın bir nökəri"), Zivər xanım ("Məhəbbət gülü"), Qesiya ("Tiflis nəğməsi"), Gülbadam ("Qız anası") rollarının xüsusi yeri var. Onun uzun illər gənclik ilhamı ilə canlandırdığı bir-birinə bənzəməyən parlaq obrazlar səhnəmizin qiymətli inciləridir. Böyük sənətkarın yaratdığı obrazlar hər dəfə ekranda canlanarkən bütün tamaşaçılar kimi aktyor dostları da dərin sevinc içərisində olurlar, çünki onunla nə vaxtsa bir səhnədə çıxış etdiklərini böyük bir səadət hesab edirlər. Xüsusilə, Cənnət xala, Nargilə, Züleyxa rolları zəngin ifadə vasitələri, yumorun milliliyi, təbii reallığı ilə səhnəmizin nadir inciləri sırasında durur.

Azərbaycan Dövlət Musiqili Teatrının aktyoru, Əməkdar artist Ələkbər Əliyev Nəsibə Zeynalovanın səhnə fəaliyyətindən və onun həmkarlarına olan qayğıkeş münasibətindən danışıb: "Nəsibə Zeynalova bizim teatrın əzizi idi. Nəsibə xanım hamımıza teatrda ana qayğısı ilə yanaşırdı. Yadımdadır ki, sovet dövründə evim olmadığından mən ev üçün xeyli növbə tutub əziyyət çəkəndə Nəsibə xanım mənə bildirmişdi ki, Sumqayıta gəlib xahiş edərəm sənə ev versinlər. Baxmayaraq ki, ev növbəsində olsam da ev ala bilmirdim, əziyyət çəkirdim. Nəsibə xanım sözünün üstündə duraraq, gəldi, o vaxtkı icra başçısı ilə danışdı və məni evlə təmin etdilər. Nəsibə Zeynalovanın bu yaxşılığını mən heç zaman unutmaram. Onunla çox tamaşalarda tərəf müqabili olmuşam. Bununla bağlı xoş xatirələr çoxdur. O vaxt Nəsibə xanımla eyni səhnəni bölüşəndə mənə bala Lütfəli deyirdilər. Mən Lütfəli Abdullayevlə Nəsibə Zeynalovanın birgə çıxışlarını həvəslə izləyib, bundan ilhamlanaraq bu sahəyə gəlmişəm. Onları izləyib düşünmüşəm ki, görəsən nə vaxtsa mən də onların çıxdığı səhnəyə çıxa bilərəm?... Nə yaxşı ki, onunla bir səhnəni bölüşmək mənə də qismət olub. Onunla bir səhnəni bölüşmək özü bir xoşbəxtlik idi. Nəsibə xanım haqqında çox danışmaq olar, o yaddaşlarda daim xoş iz qoyan sənətkarlarımızdandır. Nəsibə Zeynalova ilə biz rayonlarda çox qastrol səfərlərində olmuşuq. Nəsibə xanımı teatrda hamı ana kimi qəbul edirdi. Teatrda kimin nə problemi, çətinliyi olurdusa Nəsibə xanım həmin adamın problemini həll etməyə çalışırdı. Hamı ona xilaskar, qayğıkeş kimi baxırdı. 100 illər keçsə də Nəsibə xanımın Azərbaycan səhnəsində yeri daim görünəcək. O unudulmaz sənətkarlarımızdandır. Onun yerini dolduracaq kimsə olmayacaq. Nəsibə Zeynalovanın gözəl bir sözü vardı: "Mənim çəkmələrimi geyinmək olar, amma mənim yerişimi yeriyə bilmərsən".

Azərbaycanın Xalq artisti, müxtəlif dövlət mükafatlarına layiq görülmüş Nəsibə Zeynalova üçün ən böyük mükafat tamaşaçı sevinci, tamaşaçı alqışı idi. Onun qazandığı bu alqış və sevgi əbədidir, tükənməzdir.

"Qayınana" filmindəki Cənnət xala obrazı aktrisanı insanlara daha da sevdirərək, qəlblərdə öz möhürünü vura bildi. Xalq artisti İlham Namiq Kamal deyir ki, unudulmaz sənətkarımız Nəsibə Zeynalova haqqında xoş xatirələr çoxdur, adam bilmir hansını danışsın: "Bir teatrda işləməsək də, Nəsibə Zeynalova ilə yaradıcılıq əlaqələrimiz vardı. Mən o vaxtlar Milli Dram Teatrında, Nəsibə xanım isə Musiqili Komediya Teatrında çalışırdı. AzTV-nin "Mavi işıq" Yeni il proqramında, "Səhər görüşləri", "Yumoristik novellalar" proqramlarında Nəsibə xanımla bir çox səhnəciklərimiz olmuşdu. Nəsibə xanıma sənətçi kimi hörmətimiz həddən artıq idi. Onun oğlu Cahangir Novruzovla da dost idik, bir-birimizi tanıyırdıq. Nəsibə xanıma nurani bir ana kimi hörmət edirdik. 1978-ci ildə onunla birgə çəkildiyim "Qayınana" filmi haqqında da xoş xatirələr çoxdur. Yadımdadır ki, həmin filmin hər çəkiliş günü bir bayram olurdu. Zarafatla, deyib-gülməklə... Yaradıcı heyət xoş əhvali-ruhiyyədə idi. Çəkiliş kollektivi hamı bir-birilə ailə kimi idi. Nəsibə xanımın həyatda da maraqlı yumoru vardı. Həddindən artıq səmimi insan idi. İllər keçsə belə, Nəsibə Zeynalovanın yaratdığı rolları izləyərkən tamaşaçı özünü bu rollarda tapır. Nəsibə Zeynalova təkrarolunmaz sənətkar idi. Mən xarici ölkələrdə olarkən orada yaşayan azərbaycanlıların evində "Qayınana" filminin disklərini görəndə çox təəccüblənərək sevinirdim. Demək Nəsibə xanım hər zaman qəlblərdə yaşayacaq və necə ki, bu gün yaşayır".

Azərbaycan televiziyasında onlarla yumoristik səhnəciklərdə, teletamaşalarda, intermediyalarda çıxış etmiş Nəsibə Zeynalova, həmçinin Cəfər Cabbarlı adına "Azərbaycanfilm"in çoxlu ekran əsərlərinə çəkilib. Kino obrazları içərisində Fatmanisə ("Ögey ana"), Telli ("Böyük dayaq"), Züleyxa ("Ulduz"), Cənnət xala ("Qayınana"), Gülsüm ("Molla Fətəlinin sərgüzəşti"), Əsli xala ("Bəyin oğurlanması") rolları daha canlı və daha şöhrətlidir. Onun bədii filmlərdə yaratdığı bir sıra obrazlar "Azərbaycanfilm" kinostudiyasının qızıl fonduna daxil edilib.

Nəsibə Zeynalovanın 100 illiyi və atası Azərbaycan professional teatrının banilərindən biri, görkəmli aktyor, teatr xadimi Cahangir Zeynalovun 150 illiyi Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə silsilə tədbirlərlə qeyd edilib.

İllər, qərinələr, əsrlər keçsə də Nəsibə Zeynalovanın sənətinə maraq azalmır, əksinə günbəgün daha da çoxalır. Bütün bunlar bir daha onu göstərir ki, əsl sənət, əsl sənətkar hər zaman mənsub olduğu millətin yaddaşında diridir və heç vaxt ölmür.

Ermənilərin Bakıdan paylaşdığı videonu çəkən şəxs saxlanıldı like
  • 20 Apr 15:36  
Digərləri Ermənilərin Bakıdan paylaşdığı videonu çəkən şəxs saxlanıldı

İki gün əvvəl erməni Teleqram kanallarında Bakıda çəkildiyi bildirilən

arrow Ətraflı
Solovyov: "Putinə suiqəsd? Nüvə zərbəsi endirək" like
  • 20 Apr 15:28  
Dünya Solovyov: "Putinə suiqəsd? Nüvə zərbəsi endirək"

Rusiyalı teleaparıcı Vladimir Solovyov bildirib ki, ölkə Prezidenti Vladimi

arrow Ətraflı
Azərbaycan peykinin meteoritlə toqquşduğu ehtimal olunur like
  • 20 Apr 15:11  
Digərləri Azərbaycan peykinin meteoritlə toqquşduğu ehtimal olunur

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyin ("

arrow Ətraflı
Azərbaycan bayrağını yandıran erməni like
  • 20 Apr 15:07  
Siyasət Azərbaycan bayrağını yandıran erməni

Dövlət bayrağının yandırılmasına görə bərəsində həbs qətimkan tə

arrow Ətraflı
25 yaşlı müğənni evində ölü tapıldı like
  • 20 Apr 15:04  
Dünya 25 yaşlı müğənni evində ölü tapıldı

Cənubi Koreyada gənc müğənni Munbin vəfat edib. 

arrow Ətraflı
Doktoranturaya qəbul qaydası dəyişdi like
  • 20 Apr 14:55  
Digərləri Doktoranturaya qəbul qaydası dəyişdi

Beynəlxalq dərəcəli sertifikatları  və imtahan nəticələri olanlar  do

arrow Ətraflı
Kişiyə qadın paltarı geyindirib təhqir edənlərə BU CƏZA VERİLDİ like
  • 20 Apr 14:52  
Kriminal Kişiyə qadın paltarı geyindirib təhqir edənlərə BU CƏZA VERİLDİ

Lənkəran rayonunda kişini döyərək qadın paltarı geyindirən və onu icti

arrow Ətraflı
Əqli mülkiyyət sistemi Prezidentin dəstəyi nəticəsində uğurla inkişaf edir like
  • 20 Apr 14:15  
Siyasət Əqli mülkiyyət sistemi Prezidentin dəstəyi nəticəsində uğurla inkişaf edir

Tarixin hökmü tarixi şəxsiyyətlərin çətinliklər və problemlər barəd�

arrow Ətraflı
Boşanmaların sayı artıb like
  • 20 Apr 14:11  
Digərləri Boşanmaların sayı artıb

Hərgün 50 boşanma faktı qeydə alınır.

arrow Ətraflı
Paşinyan "Qarabağ Azərbaycandır" dedi  İrəvan like
  • 20 Apr 14:02  
Siyasət Paşinyan "Qarabağ Azərbaycandır" dedi İrəvan

Söz oyunu davam edir. Söhbət Bakı ilə İrəvan arasında sülh danışıqla

arrow Ətraflı
Üzeyir psixoloji səbəblərə görə efirə çıxmırmış... like
  • 20 Apr 14:00  
Şou-biznes Üzeyir psixoloji səbəblərə görə efirə çıxmırmış...

Müğənni Üzeyir Mehdizadə efirlərdən uzaq qalma səbəbini açıqlayıb.

arrow Ətraflı
Ukrayna bu tarixdə Moskvaya zərbə endirə bilər like
  • 20 Apr 13:54  
Dünya Ukrayna bu tarixdə Moskvaya zərbə endirə bilər

Rusiyanın bir neçə şəhərində 9 May paradını ləğv ediblər, lakin Mosk

arrow Ətraflı