“Sizin dövrünüz bitdi, bizimki başladı!”
Şou-biznes 20 Apr 2023 06:06:00 235 0
İnfluenser Nagehan Abdullayeva ilə proqramında gərginlik yaşayan, onu sualları ilə özündən çıxaran aparıcı Rövşanə Ağasəfqızı blogerlərin qəzəbinə tuş gəlib.
Bu xəbəri də oxu: "Afaqla münasibətim yaxşı olub, amma həddini aşanda..." VİDEO
Əksər influenser öz həmkarının müdafiəsinə qalxaraq, Ağasəfqızını sərt tənqid edib. Onu Nagehana qarşı təkrar-təkrar "ərə getmək" ifadəsini səsləndirdiyi, həm də işinin məğzini soruşub, üstünə getdiyi üçün qınayıblar.
Son.az olay-a istinadən R. Ağasəfqızının ünvanına yazılan kəskin iradları təqdim edir:
Arzu Cəlili (arzu.ja) :
"Verilişə çağırılan qonağa bu nə hörmətsiz yanaşmadır? Proqrama dəvət etdiyin insanı tanımırsansa, işinin məğzini bilmirsənsə, öncə işini sorğula bir zəhmət. İşini ciddiyə almağa tənəzzül etmədiyin bir insanı dəvət edirsənsə, özünə sual ver, verilişini sorğula. Öz layihənlə "məzələn", qonağınla yox. İl 2023 olub, verdiyi suala bax. Sənə nə evliliyini, davam etdirə biləcək, ya yox? Ümumiyyətlə, bu televiziya işçilərinin sosial şəbəkələrə aqressiyası çox acınacaqlı görünür. Gənclərin nəbzini tutub, TV-də saxlaya bilmirlərsə, əvvəlki reytinqləri yoxdursa, içdən-içə influenserləri, yutuber və tiktokerləri müqəssir elan edib, "qapmaqdansa" bəzi "jurnalistlər" dönüb özünə baxsın.
Bəziləri artıq anlasın, dərk etsin, həzm etsin ki, influenser, tiktoker, yutuber, bloger və digər sosial media fiqurları var! Niyə? Sən niyə varsansa, ona görə! Hazırda var! 5 il sonra olacaqmı bilmərik, amma indi, bu dövrdə, bu ildə var və inkişaf edir. Bəli, bu sahə pul da qazandırır, dövlətə vergi, hadisələrə yön verir! Dünyada geniş vüsət alıb, qlobal markalar belə artıq TV-dən öncə sosial media platformalarında reklam edir.
Bu reallıqla barışın. Xarici influenserlar dünyanı "sallayır". Bizim bəzi avamlar hələ də "blogerlər nə iş görür ki?" deyir. Bəsdir. Rişxənd etməyin. Sabah övladınız bu platformalardan gəlir əldə edəndə, o pulu yeməyə üzünüz olsun!".
Nəcibə Əhmədi (nadjiba):
"Belə savadsız, danışığını bilməyərək siz niyə jurnalistsiniz? İlahi hələ "evlənmək" sözünü deyə bilmir, "ərə getmək" deyir. "Guya" çağırdığı qonağın işini bilmir, özünə jurnalist deyir".
Aynur Ağayeva (aynura_agayeva):
"Belə biabırçılıq olar? Danışığını belə bilməyən insanlar necə rahat şəkildə milyonların qarşısında veriliş aparır. Anlamıram".
Aysel Nasir (ays_nasir):
"Aparıcı olasan və danışıq qabiliyyətin olmaya! "Sən" deyə xitab etmək nədir?! Kim olaraq belə danışa bilirsiz?! "Ərə getmək" nədir? Kim öyrədib bu "xanım"a TV mədəniyyətini? Kiminsə tanınmış olması sizin və sizin kimiləri niyə narahat edir?".
Aytən Fərzəliyeva (by_aitanfarzaliyeva):
"Şokdayam. Bu nədi? Bu nə sualdır? Bu TV-dir, verilişdir? "Sürdürə biləcəksən evliliyini" nədir? Hansı ağılla verilir belə mənasız, düşüncəsiz suallar? İşin nədir sualına hələ nə deməli? Guya, instaqramda müəyyən kütləsi olan səhifələrin işin bilmirsiniz? Nagehan, sənə halaldır, səbrlə dözmüsən. Necə gülünc. "Jurnalistəm" sözünə qarşındakını verilişə çağırıb bilmir, öyrənmir kimdir".
Nigar Fərzəliyeva (nigarfarzali):
Türkiyədə Eskişehirdə yaşayan yaşlı qadın enerji və təbii sərvətlə
Hər kəs doğularkən onun anadan olduğu günə uyğun bürclər dayanır. Son
İngiltərənin paytaxtı Londonda metro stansiyalarının birində çəkilən g
"Aysun xanım, xoş gəlmisiniz. Balaca idi e, bapbalaca. İndi MaşAllah,
Məşhur rejissor Kventin Tarantino öz karyerası boyu bir dəfə də seks səh
Yeni araşdırma insan beyninin saxta xatirələr yarada biləcəyini müəyyən
Rusiya və MDB ölkələrində məşhurlaşan azərbaycanlı video bloqer və i�
Ukraynanın işğal altındakı Xerson və Luqansk vilayətlərinə səfər edə
"Oruc zamanı qandakı toksinlər təmizlənir, orqanizm az qala 30 günlü
ABŞ Hərbi Hava Qüvvələri qitələrarası ballistik raketi sınaqdan keçiri