Şəfiqə Nağıyeva Elgizə niyə düşmən kəsilib? VİDEO


Şou-biznes 19 Apr 2023 20:36:00 174 0

Şəfiqə Nağıyeva Elgizə niyə düşmən kəsilib?  VİDEO

Aparıcı Elgiz Əkbər vəkil Şəfiqə Nağıyevanın ona düşmən kəsildiyini açıqlayıb. 

Son.az bizim media-ya istinadən xəbər verir ki, bu haqda Elgiz aparıcısı olduğu "Elgizlə izlə" ictimai-sosial verilişində məlumat verib. 

Aparıcı bildirib ki, vəkil onun arxasınca həqiqət olmayan sözlər danışır: 

"Bu xanım məndən küsüb. Allah şahiddir ki, ona hər zaman yaxşı olmuşam. Dəyərini, qiymətini bilmişəm. Sonra aramızda bu verilişdə anlaşılmazlıq oldu. İndi isə bu adam mənə düşmən kəsilib, hər yerdə arxamca danışır, özü də olmayan şeyləri danışır, bunların da hamısı gəlir qulağıma çatır.  Mən buna çox üzülürəm.

Sözün var, gəl üzümə de. Mən sənə "verilişimdən get" deməmişəm. Heç kimə "get" deməmişəm. Özü qərar verib, gedib. Belə şeylər nəyə lazımdır? Çox gülünc şeylər baş verib. Bu isə məni çox üzür. Sənə heç bir pisliyim dəyməyib, sənə yaxşılıqdan başqa heç nə etməmişəm. Söhbətimiz olmayıb, davamız düşməyib, bir-birimizi təhqir etməmişik, acı söz deməmişik. Ömrümüzün sonuna kimi bir yerdə olmalı deyilik ki... Hər şeyi əvvəli kimi, sonu da olur. Sən hər yerdə adamlar tutmusan, mən bunları çox gözəl başa düşürəm, uşaq deyiləm. 20 ilə yaxındır ki, səhnədəyəm. Sən də insanlarla çalışırsan. Sənə qarşı heç bir kinim-küdürətim yoxdur.

Mən də inciyə bilərəm, amma pislik arzulamaram, başqa-başqa fikirlər demərəm. Özü də sən gözəl bilirsən ki, haqqımda danışdığın şeyləri həmin adamlar gəlib çatdıracaqlar. Mən baş qoşmuram, gülürəm. Amma səbrim var və hər şeyin bir həddi var".

Ş.Nağıyevanı özünə dost-düşmən görmədiyini dönə-dönə vurğulayan Elgiz həmçinin çıxışında bildirib ki, qarşı tərəf yenə də onun verilişinə gəlsə, yenə də hörmətlə qarşılayacaq: 

"Birinci Allahını bil. Göydə Allah var. Böyüksən, yol göstərməlisən mənə. O səhvləri mən etsəm, deməlisən ki, etmə. Deyirsən ki, namaz qılıram, Allahın quluyam. Amma bunlar düz gəlmir bir-biri ilə. Danışmağa qalsa, mənim ağzımı yummaq olar? Allah göstərməsin. Amma bunu mən etmirəm, çünki hələlik səbr edirəm. Yenə gəlsən, ayaq üstə qarşılayaram, hörmət göstərərəm. Sən məni niyə düşmən gözündə görürsən? Sənə nə etmişəm? İctimai şəkildə çıx de, sənə nə etmişəm? Mənə söz atmaq...

27 yaşlı qadın keçmiş əri tərəfindən bıçaqlandı like
  • 19 Apr 20:30  
Kriminal 27 yaşlı qadın keçmiş əri tərəfindən bıçaqlandı

Şəmkir Rayon Polis Şöbəsinə rayon sakini 1996-cı il təvəllüdlü Günay

arrow Ətraflı
“Supermen” filminin yeni bölümü çəkilir  FOTO like
  • 19 Apr 20:24  
Dünya “Supermen” filminin yeni bölümü çəkilir FOTO

Rejissor Ceyms Qann "Twitter"də "Superman: Legacy" filminin

arrow Ətraflı
“Həyat yoldaşımızla bunu edə bilməyəndə başlayırıq sevgili axtarmağa...” like
  • 19 Apr 20:22  
Digərləri “Həyat yoldaşımızla bunu edə bilməyəndə başlayırıq sevgili axtarmağa...”

"Boşanmaların sayı hər gün artır. Bunun sayının artmasından da əl

arrow Ətraflı
Xalq artistinin vəziyyəti ağırdır: Danışa bilmir like
  • 19 Apr 20:20  
Kriminal Xalq artistinin vəziyyəti ağırdır: Danışa bilmir

Xalq artisti Ramiz Məlikin vəziyyəti ağırdır.

arrow Ətraflı
Hollivud ulduzu qan içində  VİDEO like
  • 19 Apr 20:12  
Şou-biznes Hollivud ulduzu qan içində VİDEO

Amerikalı aktyor Ceremi Rennerin qartəmizləyən maşınla qəzasından dəqi

arrow Ətraflı
"Süni intellekti tənzimləyici qurum lazımdır" like
  • 19 Apr 20:00  
Dünya "Süni intellekti tənzimləyici qurum lazımdır"

Amerikalı iş adamı, "Twitter" sosial şəbəkəsinin sahibi İlon M

arrow Ətraflı
"Azəriqaz"dan əhaliyə xəbərdarlıq: like
  • 19 Apr 19:58  
Digərləri "Azəriqaz"dan əhaliyə xəbərdarlıq:

Aprelin 21-i saat 22:00-dan aprelin 22-si saat 10:00-a qədər, həmin gün saat

arrow Ətraflı
Təranə Səmədova kişini şəkilləri ilə şantaj edibmiş like
  • 19 Apr 19:58  
Şou-biznes Təranə Səmədova kişini şəkilləri ilə şantaj edibmiş

Bakıda hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən prodüser Təran�

arrow Ətraflı
Prezident Erika Olsonu qəbul edib like
  • 19 Apr 19:50  
Siyasət Prezident Erika Olsonu qəbul edib

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezid

arrow Ətraflı
“Bunun şəxsi həyata hər hansı əlaqəsi yoxdur”  VİDEO like
  • 19 Apr 19:48  
Şou-biznes “Bunun şəxsi həyata hər hansı əlaqəsi yoxdur” VİDEO

Bir neçə gün əvvəl saçlarını qısa kəsdirən müğənni Günay İbrahim

arrow Ətraflı
ABŞ səmasında daha bir müəmmalı obyekt  VİDEO  FOTO like
  • 19 Apr 19:36  
Dünya ABŞ səmasında daha bir müəmmalı obyekt VİDEO FOTO

Bir neçə gün öncə Alyaska səmalarında görünən qeyri-adi görünüşlü

arrow Ətraflı
Polis İbrahim Tatlısəsə görə gözyaşardıcı qazdan istifadə etdi  FOTO like
  • 19 Apr 19:24  
Şou-biznes Polis İbrahim Tatlısəsə görə gözyaşardıcı qazdan istifadə etdi FOTO

Türkiyəli müğənni İbrahim Tatlısəs İraqın Ərbil şəhərində mağaza

arrow Ətraflı
Ən yüksək balı toplayan abituriyentlər  FOTO like
  • 19 Apr 19:22  
Digərləri Ən yüksək balı toplayan abituriyentlər FOTO

Məlum olduğu kimi, martın 12-də keçirilən buraxılış imtahanın nəticə

arrow Ətraflı
Səhnədən uzaqlaşan azərbaycanlı müğənni efirə çıxdı: “Bir neçə biznesim var”  VİDEO like
  • 19 Apr 19:00  
Şou-biznes Səhnədən uzaqlaşan azərbaycanlı müğənni efirə çıxdı: “Bir neçə biznesim var” VİDEO

Efirlərdən və səhnədən uzaqlaşan müğənni Yaqut Babayeva uzun zamandan

arrow Ətraflı
Bayram günləri Bakı metrosu gücləndirilmiş rejimdə işləyəcək like
  • 19 Apr 18:48  
Digərləri Bayram günləri Bakı metrosu gücləndirilmiş rejimdə işləyəcək

Ramazan bayramı ilə əlaqədar Bakı metropoliteninin iş rejiminə dəyişikl

arrow Ətraflı