Koronavirusun yeni variantı ortaya çıxdı Xüsusilə uşaqlarda...
Dünya 14 Apr 2023 22:29:00 324 0
Dünyada 6 milyondan çox insanın ölümünə səbəb olan koronavirus mutasiya edərək yayılmağa davam edir.
Bu xəbəri də oxu: Yunanıstanda hoteldə yanğın: Ölən və yaralananlar var
Son.az xarici mətbuata istinadən xəbər verir ki, bir çox ölkədə, xüsusən də Hindistanda koronavirusun yeni variantı ortaya çıxıb. Hind alimlərinin sözlərinə görə, Arkturus variantı Omikronun mütasiyası nəticəsində meydana çıxıb. Bildirilib ki, bu variant, xüsusilə uşaqlarda müşahidə olunur.
Hindistan Pediatriya Akademiyasının keçmiş prezidenti Dr. Vipin Vaşiştha son vaxtlar koronavirusa yoluxma hallarının artdığına diqqət çəkib. O bildirib ki, bu xəstəliyin yüksək hərarət, öskürək kimi əlamətlərinə göz qaşınması da əlavə olunub. "Hindustan Times" qəzetinin yazdığına görə, xüsusilə qaşınma konyuktiviti uşaqlarda müşahidə edilir və bu simptom digər COVİD-19 variantlarında müşahidə olunmayıb.
Digər tərəfdən son vaxtlar Hindistanda yoluxma hallarının sürətlə yayıldığı açıqlanıb. Hindistanda bu gün 11 109 yeni yoluxma halı aşkarlanıb. Alimlər bir gündə baş verən bu artımın son bir ildəki ən böyük artım olduğunu açıqlayıb. (publika)
Millət vəkili Fazil Mustafanın güllələnmə anı ilə bağlı videogörünt
Ölkəmizdə istilik sayğaclarının quraşdırılmasına başlanıb.
Fransanın LVMH (Louis Vuitton Moët Hennessy) holdinqinin rəhbəri Bernard Arn
Fransa prezidenti Emmanuel Makron tezliklə pensiya islahatı haqqında qanunu t
Laçın rayonu istiqamətində, Dığ kəndi yaxınlığında 11 apreldə baş v
Beynəlxalq media imperiyasının rəhbəri və milyarder Rupert Merdok dördün
"SOY" prodakşının rəhbəri Oqtay Əliyevin həlak olduğu yol qəz
Fransa Konstitusiya Şurası pensiya islahatını qanuni hesab edib və pensiya
"Hər teatrın studiyası olmalıdır. Əsas əlamətlərdən biridir. Hər
2023-cü il aprel ayının sonuna qədər olan ulduz falı bu ay bu bürclərin