“Ona görə Azər Paşa Nemətov məndən küsdü”


Şou-biznes 13 Apr 2023 12:28:00 232 0

“Ona görə Azər Paşa Nemətov məndən küsdü”

"Bu şəkilləri yayda qızımla Bakıya gələndə çəkdirmişdik. Sonuncu dəfə martın 22-i Novruz bayramında danışdıq, yayda görüşmüşdük. Tamaşalarını izlədim. Saatlarla danışardı, tələbəsi kimi ona qulaq asardım".

Son.az olay-a istinadən yazır ki, bu sözləri instaqram paylaşımında Əməkdar incəsənət xadimi Məlahət Abbasova mərhum Xalq artisti Azər Paşa Nemətovla bağlı qeyd edib.

A. Nemətovla fotolarını səhifəsində yerləşdirən Abbasova onunla xatirələrindən söz açıb:

"Qızım Sude ilə elə gözəl söhbətlər edirdi... Mən univeristetdə onun sinifində oxumuşam. İlk dərsimizə Mehdi müəllimlə gəlmişdi. Çox mehriban, gülərüz idi. Onların sinifində oxumaq mənim üçün qürurdu. Sonra məni Gənc Tamaşaçılar Teatrına "Sabah çoxdan başladı" adlı tamaşada baş rola dəvət etdi. Onda teatrın bədii rəhbəri və baş rejissoru idi. İstəyirdi ora təyin edilim. Elə oldu ki, Azərbaycan Akademik Milli Dram Teatrına təyinatla getdim. Ona görə məndən küsdü.

Bir neçə ay sonra AzDrama-da tamaşa səhnəyə qoydu və mənə rol verdi. Mənimlə barışdı. Sonra Türkiyəyə gəldim, teatrda işlədim, Festival komitəsinin üzvü oldum. Azər müəllimin tamaşalarının başda bizim teatrda, sonra isə festivallarda səhnəyə qoyulması üçün dəvətlər göndərdik. Türkiyədə də, Bakıda da həmişə görüşürdük. Mən ondan çox şey öyrənmişəm, o da həmişə mənimlə qürur duyduğunu deyib. Birgə layihələr həyata keçirəcəkdik. "Ölülər" tamaşasının İstanbulda, bizim teatrda səhnəyə qoyulmasını istəyirdim. Bütün arzularımız ürəyimizdə qaldı. Azər müəllim əsl teatr insanı idi, teatrla nəfəs alırdı. Teatrın sütunlarından biriydi. O, teatrsız yaşaya bilməzdi. Teatr onun evi, ailəsi, yuvası, övladı, xoşbəxtliyi, rahatlığı və döyünən ürəyi idi. Kimsənin qarşısında əyilməyən məğrur duruşu və xarakteri var idi. Biliyi, savadı, dünya görüşü və təcrübəsi hamımız üçün bir kitab idi. Söhbətimiz yarımçıq qaldı, Azər müəllim. Məkanınız cənnət olsun, nurlar içində yatın".

Türkiyə Prezidenti seçkilərdə qalib gələcəyindən əmindir like
  • 13 Apr 12:21  
Dünya Türkiyə Prezidenti seçkilərdə qalib gələcəyindən əmindir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu il mayın 14-də keçiriləcək

arrow Ətraflı
Bakı müraciət edən kimi türk ordusu gələcək like
  • 13 Apr 12:17  
Siyasət Bakı müraciət edən kimi türk ordusu gələcək

Xarici işlər nazirləri arasında telefon danışığının olmasına baxmayar

arrow Ətraflı
Türkiyədə narkotik tacirlərinə qarşı keçirilən əməliyyatda xeyli şəxs saxlanılıb like
  • 13 Apr 12:14  
Dünya Türkiyədə narkotik tacirlərinə qarşı keçirilən əməliyyatda xeyli şəxs saxlanılıb

Türkiyədə narkotik maddələrin qanunsuz dövriyyəsinin qarşısının alın

arrow Ətraflı
“Könül DTX zabiti olduğunu, xüsusi tapşırıqla həbsə salındığını demişdi” like
  • 13 Apr 12:10  
Kriminal “Könül DTX zabiti olduğunu, xüsusi tapşırıqla həbsə salındığını demişdi”

Aprelin 10-da Bakı Ağır Cinayətlər Məhkəməsində özünü DTX əməkdaş

arrow Ətraflı
Səidə Dadaşovanın əri danışdı like
  • 13 Apr 11:22  
Şou-biznes Səidə Dadaşovanın əri danışdı

Xəbər verdiyimiz kimi, müğənni Səidə Dadaşovanın anidən səhhəti pisl

arrow Ətraflı
Bakıda 2 nəfəri qisas məqsədilə yandıraraq öldürüblər like
  • 13 Apr 11:14  
Digərləri Bakıda 2 nəfəri qisas məqsədilə yandıraraq öldürüblər

Binədə iki nəfərin öldüyü yanğın qəsdən törədilib.

arrow Ətraflı
Azərbaycanla Ermənistan arasında sülh... like
  • 13 Apr 11:11  
Dünya Azərbaycanla Ermənistan arasında sülh...

Azərbaycanla Ermənistan arasında tezliklə sülhün əldə edilməsi səylər

arrow Ətraflı
İtkin düşən hərbçilərlə bağlı beynəlxalq təşkilatlara like
  • 13 Apr 11:06  
Siyasət İtkin düşən hərbçilərlə bağlı beynəlxalq təşkilatlara

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar D�

arrow Ətraflı
“İnşallah xəstəlik məndən əl çəkər” like
  • 13 Apr 11:00  
Şou-biznes “İnşallah xəstəlik məndən əl çəkər”

"Ulu öndər Heydər Əliyevin 100 illik yubileyi ərəfəsində teatr foru

arrow Ətraflı
Bosniya və Herseqovina Azərbaycan qazına güvənir like
  • 13 Apr 10:56  
Siyasət Bosniya və Herseqovina Azərbaycan qazına güvənir

Bu gün Avropanın qaz tədarüklərinin diversifikasiyası planında ciddi mane

arrow Ətraflı
Səidə xəstəxanaya yerləşdirildi like
  • 13 Apr 10:27  
Şou-biznes Səidə xəstəxanaya yerləşdirildi

Müğənni Səidə Dadaşova xəstənaya aparılıb.

arrow Ətraflı
Yaraları sağaldır, kəpəyi azaldır, baş ağrısını kəsir like
  • 13 Apr 08:29  
Digərləri Yaraları sağaldır, kəpəyi azaldır, baş ağrısını kəsir

Məlum olduğu kimi, lavanda çox faydalı xüsusiyyətlərə malikdir.

arrow Ətraflı
Darçınlı çayın FAYDALARI like
  • 13 Apr 07:54  
Digərləri Darçınlı çayın FAYDALARI

Ədviyyatlar bir çox faydalı və müalicəvi xüsusiyyətlərlə zəngindir. B

arrow Ətraflı
Bakıda oteldə ŞOK OLAY: like
  • 13 Apr 07:49  
Kriminal Bakıda oteldə ŞOK OLAY:

Bakıda sevgi ilə başlayan hekayə qətllə bitib.

arrow Ətraflı