"Mənim atamı uşaqlar "Xoruz baba" deyə çağırırdılar" FOTO
Şou-biznes 11 Apr 2023 03:03:00 330 0
"Bu gün müasir uşaqlar üçün televiziyalarda baxımlı, onların marağını cəlb edəcək verilişlər yoxdur. Mən düşünürəm ki, o dövrün uşaqları həqiqətən də xoşbəxt idilər. Xoşbəxt idilər ki, onları düşünürdülər, onlar üçün xüsusi verilişlər, çizgi filmləri hazırlanırdı. Mənim atamı uşaqlar "Xoruz baba" deyə çağırırdılar. "Xoruz baba" dövlət televiziyasında efirə gedirdi, bu uşaqların çox sevdiyi qəhrəman idi. Atam onlar üçün saysız-hesabsız nağıllar, əhvalatlar danışırdı. Uşaqlar böyük həvəslə televiziya qarşısında oturub, verilişlərə baxırdılar. Bu günki uşaqları qınamıram, onlar nəyə baxsınlar? Adda-budda uşaq filmləri, uşaq verilişləri çəkilir. Uşaqlar üçün hazırlanan verilişlərin öncə kəmiyyəti, sonra da keyfiyyəti azaldı".
Bu xəbəri də oxu: "Həmin an ağlamaqdan yerdən qalxa bilmədim"
Son.az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında xalq artisti, görkəmli sənətkar Hüseynağa Sadıqovun qızı Tamilla Sadıqova deyib.
"Atam nə qədər böyüsə də, uşaq saflığı, balacalara olan mərhəməti onu heç vaxt tərk etmədi. O sanki uşaq təbəssümü ilə daxilini zənginləşdirib, uşaqların qəlbinə yol tapmağa çalışırdı. O həm "Xoruz baba", həm də "Piri baba" idi. Abdulla Şaiq obrazlarının çoxunu məhz atam üçün yazırdı. Atam həmişə deyirdi ki, "mən fəxr edirəm ki, aktyoram. Bilirəm ki, qapım döyüləndə yaxud telefonuma zəng gələndə məni ya teatra, ya kinostudiyaya, ya da ki, televiziyaya çağıracaqlar". Atam həyatda nə qazanıbsa, öz zəhməti hesabına qazanıb. Ömrünün son günlərində atamın qapısını döyən yalnız uşaqlar idi. Evimizə bir bilsəniz o qədər məktublar gələrdi. Poçtalyon hər dəfə məktubları yuxarı çıxaranda yorulub əldən düşməsindən gileylənərmiş. Bütün məktubları bir-bir oxuyardı. Çünki bu məktublar ona verilişlərində lazım olurdu. Atam infarkt keçirib, xəstə yatan zaman ona xəbər verdilər ki, uşaqlar gəlib, "Xoruz baba"-nı görmək istəyirlər. O xəstə olsa belə, uşaqlarla görüşüb, söhbətləşdi. Atam xəstəxanadan çıxandan sonra bizim evə başqa adam gəlməyib. Atamın yaşadığı evə öz hesabıma xatirə lövhəsi vurdurmaq istəyirdim, amma bununla bağlı icazə ala bilmədim. Aidiyyatı qurumlara müraciət etmişəm, hələ də gözləyirəm. Yaxşı olardı ki, bu lövhə onun yaşadığı binanın qarşısında olsun. Bütün xərcləri çəkməyə hazıram" deyə sənətkarın övladı deyib.
Tamilla Sadıqova babasının Güney Azırbaycandan şimala köçdüyünü bildirib. "Bakıda neft fontan vurandan sonra Güney Azərbaycandan bir çox insan Bakıya işləməyə gəlib. İşləməyə gələnlər arasında atamın ailəsi də olub. İllər sonra atamgilin ailəsi 1930-cu ildə geri qayıdıb. Artıq atam burada teatrda işləyirdi, öz sənətinin yavaş-yavaş zirvəsinə yüksəlirdi. Ona görə də sənətini qoyub, öz valideynləri ilə birgə Güneyə qayıtmayıb. Elə bilirdi ki, ailəsi yenidən onun yanına qayıdacaq. Amma qayıtmayıb. Yalnız bir dəfə müharibədən qayıdanda İran ərazisindən keçərkən öz atasını uzaqdan görsə də, görüşə bilməyib. Çünki Sovet ordusunda idi. Onların görüşü nə atam, nə də ki, babam üçün yaxşı olmazdı. Atam ömrünün sonuna qədər ata-anasının, bacı qardaşlarının yolunu gözlədi. Ölən gününə qədər bu acını ürəyində daşıdı" deyə sənətkarın qızı Tamilla Sadıqova deyib.
Sənətkarın qızı atasının ulu öndər Heydər Əliyevlə bağlı xatirələrini də bizimlə bölüşüb.
Aktrisa Holli Berri bir qədəh ağ şərabla eyvanda dayandığı çılpaq foto
Son zamanlar dolların digər valyutalar qarşısında zəifləyəcəyi haqqınd
İranın Kürdüstan əyalətində gərginlik pik həddə çatıb.
Bu gün Qazaxıstan dünya birliyinin nəzərində böyük nüfuza malikdir, bey
Ulu Öndərin Prezident vəzifəsində olduğu 10 il - 1993-2003-cü illər sabi
Dünyanın ən yüksək bazar dəyəri olan kriptovalyutası "Bitkoin"
Kasım-Jomart Kemeleviç dedi ki, Heydər Əliyev qardaş qazax xalqına xüsusi
Moldova Prezidenti Maya Sandu ölkə vətəndaşlarını Avropaya inteqrasiyaya
Heydər Əliyev bizə onun işlərini davam etdirməyimizi vəsiyyət edib.
ABŞ-ın Kentukki ştatının Luisvil şəhərinin mərkəzində baş verən at�
Təbii ki, cütlük kimi uyğun və xoşbəxt olmağı təkcə bürclərə bağl
Baxmut bizə kiçik qüvvələrimizlə orada daha böyük düşmən qüvvələri
"Aile" serialı ilə gündəmdən düşməyən aktyor Kıvanç Tatlıt
Şərti adı B-04 olan yeni Metrostansiyanın inşası sürətlə davam etdirili