Rusiya ölüm hökmünü bərpa edir?
Dünya 06 Apr 2023 19:48:00 224 0
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Kreml Rusiyada ölüm hökmünün qaytarılması məsələsini müzakirə etmir.
Bu xəbəri də oxu: Əsədin qohumu hava limanında saxlanıldı
Son.az Rusiya mətbuatına istinadən bildirir ki, bundan əvvəl "Ədalətli Rusiya - Həqiqət naminə" partiyasının lideri Sergey Mironov ölüm hökmlərinin verilməsi və icrasının qaytarılması təşəbbüsü ilə çıxış edib.
"Kreml bunu ümumiyyətlə müzakirə etmir. Bu sual illər ərzində dəfələrlə qaldırılıb. Amma heç bir qərar verilməyib", - deyə Peskov press-konfrans zamanı bildirib.
Bu gün, aprelin 6-da məlum olub ki, Sergey Mironov Rusiya Federasiyası Konstitusiya Məhkəməsinin sədri Valeri Zorkinə ölüm cəzasına qoyulan moratoriumun ləğvi məsələsinə baxılması təklifi ilə məktub göndərib. Ədliyyə orqanı rəhbərinin bu təklifə reaksiyası hələ ki, bəlli deyil.
"Vaqner" özəl hərbi şirkətinin təsisçisi Yevgeni Priqojin də ölüm hökmünün Rusiyaya qaytarılmasını təklif edib. Onun fikrincə, "Trepova kimilər üçün" ölüm hökmünü qaytarmaq lazımdır. Söhbət Sankt-Peterburqda kafedə baş verən və hərbi müxbir Vladlen Tatarskinin öldüyü terror aktında ittiham olunan Darya Trepovadan gedir.
İrfan Vəliyev Son.az
Türk aktrisa Meryem Uzerli siması olduğu zinət əşyaları brendi üçün ka
Ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə sabitliyin və təhlükəsi
"DreamWorks Animation" şirkəti "Şrek" ("Shrek")
Ukrayna və Polşa birgə 125 mm-lik tank mərmiləri istehsal edəcək.
Bir müddət əvvəl Bakıda yaşadığı ünvanda silahlı hücuma məruz qalan
Əməkdar artist Vasif Məhərrəmli və müğənni Xatun Əliyeva efirdə Məta
Akvariumda saxlanılan balığın tullanaraq evin döşəməsi üzərinə düş�
Türkiyənin İstanbul şəhərində istifadəsiz qalan bina çöküb.
NATO Putinin nüvə təhdidlərinə və Belarus ərazisində nüvə silahının
Qida təhlükəsizliyi nəzarətinə aid edilən malların xarici iqtisadi fəal
Aprelin 6-sı saat 17 radələrində paytaxtın Suraxanı rayonunun Yeni Günə�
"Komedixana" layihəsi ilə populyarlaşan aktrisa Zarina Qurbanova ö
Sosial şəbəkələrdə Ermənistandakı təhsil müəssisələrindən birində
Rusiyalı bloqer Kristina Buşe hicabsız halda əllərini iki İran polisinin �
Cəlilabad şəhərinin Babək küçəsində yaradılan fermanın tullantıları