Ziraat Bank Azərbaycan Google PayTM xidmətini istifadəyə verdi
Digərləri 05 Apr 2023 14:00:00 406 0
Ziraat Bank Azərbaycan təqdim etdiyi məhsul və xidmətlərdə son texnoloji yenilikləri tətbiq etməyə davam edir.
Bu xəbəri də oxu: Öldüyü güman edilən Mahir Carayevin atası danışdı
Bank Google PayTM təmassız ödəniş xidmətini ilkin olaraq VISA kart sahibi olan müştərilərinin istifadəsinə təqdim edib. Bununla da Bankın müştəriləri rəqəmsal ödəniş sistemini dəstəkləyən Android və WearOS əməliyyat sistemli cihazları ilə bu xidmətin üstünlüklərindən yararlana biləcəklər.
Qeyd edək ki, Google PayTM ticarət və xidmət obyektlərində, onlayn platformalarda sürətli və rahat ödəniş imkanı yaradan kartsız ödəniş üsuludur. Xidməti kartlarda aktivləşdirmək çox asandır. Bunun üçün ağıllı telefona Google Wallet™ tətbiqinin yüklənməsi, tətbiqdəki addımların izlənməsi ilə banka məxsus VISA plastik kartların əlavə edilməsi və əsas ödəmə mənbəyi kimi seçilməsi kifayətdir. Kart tətbiqə əlavə edildiyi andan etibarən ödəniş ağıllı telefon və ya ağıllı saat ilə asanlıqla icra edilə bilər.
Ziraat Bank Azərbaycana məxsus VISA kartı olmayan şəxslər, aşağıdakı link vasitəsi ilə kart sifarişlərini onlayn olaraq icra edə bilərlər. Link: https://ziraatbank.az/az/onlayn-bank-kart-sifarisi. Qeyd edək ki, kart sifarişini həmçinin bankın istənilən filialına tək şəxsiyyət vəsiqəsi ilə yaxınlaşaraq da icra etmək mümkündür. Ziraat Bank Azərbaycan tərəfindən VISA kartları AZN , TRY, USD və EUR valyutalarında təqdim edilir.
"Xüsusi Hərbi Əməliyyat"lar başlayandan sonra ölkəsindən İsra
"Ukraynanın enerji infrastruktur obyektlərinə müntəzəm hücum edərə
Şəkidə 2500-dən çox sakini olan Cəyirli kəndinin içməli su təchizatı
Güney Azərbaycan milli mücadiləsini Türkiyənin və türk dünyasının gü
Finlandiya uzun müddətdir ki, NATO-ya inteqrasiya olunub, indi sadəcə hüquq
"Səhnə adamlarının plastik əməliyyat etdirməsinə pis baxmıram. Ç�
"Azərbaycanla İran arasında hərbi münaqişəni təsəvvür etmək mən
Hazırda əksər insanlar evlərində iftar açmağa üstünlük verir.
Arxivdəki bir sıra sənədlər ermənilərə qarşı soyqırımı törədilmə
İran rejiminin Güney Azərbaycanın təbiətinə vurduğu ziyanı və insanlar
Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Vüsal Hüseynov vəzifəsind
Türkiyənin Ermənistanla əlaqələrinin vacib bir hissəsi Ermənistan-Azərb
Badamdar qəsəbəsi ilə ''20-ci sahə'' yaşayış massivini b
Artıq bir neçə ildir ki, Azərbaycanın Mərkəzi Asiya ölkələri, o cüml�