“Abırhəyamı o qədər itirməmişəm ki, 70 yaşımda bunu edim” Aylar sonra məhkəməyə gəldi
Kriminal 03 Apr 2023 17:24:00 278 0
227 min manatdan çox pulu pulu mənimsəməkdə ittiham olunan Bakı Slavyan Universitetinin (BSU) sabiq dekanı Dürdanə Əliyevanın məhkəməsi keçirilib.
Bu xəbəri də oxu: Sumqayıtda ata oğlunu bıçaqladı
Son.az qafqazinfoya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən iclasda BSU-nun sabiq rektoru Nurlana Əliyeva da iştirak edib.
O, uzun müddətdir şahid kimi məhkəməyə dəvət olunsa da, iclaslara gəlmirdi. Lakin bu dəfə vəkilinin iştirakı ilə ifadə vermək üçün prosesə qatılıb.
Bu iş üzrə məhkəmə 2 ildir ki, davam edir. Universitetin əlavə təhsil və qiyabi şöbəsinin müdiri olmuş Dürdanə Əliyeva ödənişli əsaslarla oxuyan tələbələrin pullarını mənimsəməkdə ittiham olunur. Qeyd edilir ki, Əliyeva 123 tələbənin təhsil haqqını nağd şəkildə qəbul edib. Universitetin hesabına köçürəcəyini deyərək onlardan ümumilikdə 227 min manat pul alıb. Lakin universitetə köçürməyib.
D.Əliyeva ifadələrində tələbələrdən alınan pulları rektorun göstərişi ilə əldə etdiyini və otağında ona verdiyini iddia edib. Nurlana Əliyeva iddialara cavab olaraq bu gün məhkəmədə ilk dəfə danışıb. O, keçmiş işçisinin səsləndirdiyi ittihamları qəbul etməyib. Sabiq rektor bildirib ki, təhsil haqları ilə hər fakültənin dekanı və mühasibatlıq maraqlanıb: "Ümumiyyətlə qayda belədir ki, tələbələr təhsil haqqını yekun dövlət imtahanına, yəni 4-cü kursa qədər ödəyə bilər. Buna görə də mən ödəniş etməyən tələbələr haqqında dövlət imtahanına qədər hər hansı tədbir görə bilməzdim. Bu səbəbdən də tələbə ödəniş etməyəndə onun barəsində xüsusi tədbir görülməyib, dövlət imtahanına qədər möhlət verilib. Yəni universiteti 2020-ci ildə bitirməli olan tələbə 2018 2019-cu ildə ödəniş etmirsə, bu, faciəvi hal sayılmırdı. Həm də əlavə təhsil şöbəsi kiçik şöbə idi. Cəmi 200 nəfər var idi. Ona görə də buradakı əməllər ciddi nəzərə çarpmayıb. Nəzərə alın ki, BSU-da ümumilikdə 5 min tələbə təhsil alır.
Üstəlik bu hadisələr 2018-ci ildə başlasa da, mənim 2020-ci ildə xəbərim olub. Mən rektor kimi düşüb 5 min tələbədən kimin nə qədər borcu qaldığını hesablaya bilməzdim".
Güney Azərbaycan ərazisindəki Urmu gölündə duz fırtınası baş verib.
Bərdə rayonunda meşəlik ərazidə sözün əsl mənasında ekoloji terror t�
Tanınmış müğənnilər Sevil və Sevinc Səfərova bacıları arxiv görünt
Aprelin 3-də müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə s�
ABŞ şəhərlərində bir neçə gündür pis hava şəraiti davam edir. Tornad
Şuşa istiqamətində aparılan əməliyyatdan sonra nəzarətimizə keçən k�
Bir əsrdən çox yaşı olan bu tikili paytaxtın Xətai rayonu, NZS qəsəbəs
Rusiya-Ukrayna müharibəsi özünün ən ağır hərbi əməliyyatları dönəm
Xalq artisti Rasim Balayev "Dədə Qorqud" filminin kadrarxasından s�
Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı medal təsis
İran Prezidenti İbrahim Rəisi təhsil naziri Yusif Nurinin istefasını qəbu
Azərbaycan Dövlət Akademik Balet və Opera Teatrının direktoru, əməkdar
ABŞ-ın "SpaceX" şirkətinə məxsus raket bir neçə gün əvvəl L