Ermənilərlə eyni qanı daşıyan rejimin vİRAN SİYASƏTİ
Siyasət 03 Apr 2023 00:20:00 355 0
İran hər ötən gün hansı şeytan əməllərindən istifadə edib, Bakı ilə münasibətləri korlamaq istəyini açıq göstərir. Bu gün ən böyük gerçəkliklərdən biri Bakı-Tehran münasibətlərinin özünün ən gərgin dövrünü yaşamasıdır. Bakı ilk vaxtlar proseslərə səthi yanaşdıqca biz qarşı tərəfin daha aqressiv, spekulyativ addımlarının şahidi olmağa başladıq. Azərbaycan soyuqqanlılığını qoruduqca, İran daha da qızışdı.
Bu xəbəri də oxu: Bakının uğuru: bəşəriyyət üçün 300 milyard
Azərbaycan bu qısa vədədə molla rejimindən müxtəlif çaplı təxribatyönlü addımlarla üz-üzə qaldı. Amma bunun bir sonu olacağına ümid edən Azərbaycanın ümidləri özünü doğrultmadı. Təbii ki, qızışan emosiyanı yatırtmaq üçün Azərbaycan kontur-bəyanatlar səsləndirməmək və İran kəşfiyyatının fəaliyyətinə qarşı tutarlı addımlar atmamaq üçün bir səbəin qalmadığını görüncə Bakı da əldə olunan faktlar əsasında öz gərəkən gedişlərini etməyə başladı.
"Təəssüflər olsun ki, azərbaycanlılarla eyni dini yaşasaq da ermənilərlə eyni qanı daşıyırıq" deyən İran Azərbaycana qarşı aqressiv mövqeyini və qərəzli siyasətini artan xətt üzrə daha da intensivləşdirdikcə, özünü çıxılmaz bir quyunun dibinə itələyir.
Son zamanlar İran rejiminin ünvanıımıza səsləndirdiyi ittiham, hədə tipli bəyanatlar, səfirliyimizə terror hücumu, kiberhücumlar, SEPAH-a bağlı sosial media strukturlarında Azərbaycanı hədələyici xarakterli videomateriallar isə bir-birini yeniləri ilə əvəz edir.
Rejimin Azərbaycana yönəlik artan aqressiv yanaşmaları, xüsusilə də müharibə ehtimallarına qədər yüksələn təbliğatının səbəbləri bir yox, bir neçədir:
İran ermənilərlə özlərini soy qardaş olaraq gördüyü üçün Azərbaycan-Ermənistan məsələsində hayları dəstəkləməyi özlərini bir vəzifə hesab edirlər. Bu səbəbdən Tehranın Azərbaycana qarşı nifrəti, kini hər ötən gün özünü daha çox büruzə verməyə başlayır.
Bölgədə dəyişən geosiyasi vəziyyəti İran molla-fars rejimi eyni ilə Ermənistan kimi qəbul edə bilmirlər. Açıq şəkildə görünür ki, Molla rejimi Azərbaycanın İkinci Qarabağ müharibəsində tarixi Zəfəri ilə heç cürə barışa bilmir.
Bütün bunlar da özünü İran rejiminin xarici siyasətində özünü büruzə verir. Lakin mollabaşlar təhdidlərinə, hədə-qorxularına Azərbaycanın səssiz qalmayacağını görünür hesaba qatmamışdılar. Elə bu səbəbdən də İran bazar günü tələm-tələsik Azərbaycana nota göndərib.
Ən gülünc məqam İran Xarici İşlər Nazirliyinin məhz məişət zəmnində nota göndərməsidir. Belə ki, protokola uyğun olaraq diplomatik notalar həftənin iş günləri göndərilir. Nəzərə alınsa ki, Tehranda Azərbaycan səfiri yoxdur, səfirlik fəaliyyətini dayandırıb, bəs istirahət günü İran kimə nota göndərib?
Notada bildirirlər ki, Azərbaycan mediasında İran təhqir edilir və bunun qarşısını almağı tələb edirlər. Görünür, Xameneyinin rəhbəri olduğu rejimin gerçək üzünü göstərən müəyyən yazılar onları bərk qıcıqlandırıb.
Hərçənd, Azərbaycan mediasında İrana qarşı etiraz məqalələri yayımlansa da, təhqir edilmir, hər-halda onların bizə qarşı etdikləri səviyyədə yazılmır. İran mediasında isə hər gün Azərbaycanı aşağılanır, hər cür uydurmalar tirajlanır. İran bizdən nəsə istəmək üçün öncə Azərbaycana qarşı iddialarından əl çəkməlidir.
İranın narahatlığı adekvat reaksiyanın effektliyini də isbat edir. İndiyə qədər Bakı daha loyal və ehtiyatlı yanaşırdı, görünür, Tehran bunu qorxaqlıq kimi anlayırmış. Amma görünür "Məscidin qapısını açıqdır, bəs itin həyasına nə gəlib" məsəlimizlə molla rejimi indiyə kimi tanış deyildi. Lakin hər şeyin bir həddi, bir hədağası var. Çox güman, Bakıdan adekvat cavabla qarşılaşacaqlarını ağıllarından keçirməyiblər. Ancaq buna kimi Azərbaycan dəfələrlə rəsmi şəkildə Tehrana müxtəlif formalarda bu təhdidlərini, kiberhücumlarımnı, informasiya müharibəsini dayandırması istiqamətində xəbərdarlıqlar etmişdi.
Əgər İranı Azərbaycan mediasında molla rejiminin hansı yuvanın quşu olduğu ilə bağlı detallı, faktlara söykənən xəbərlər, məlumatlar elə narahat edirsə, molla rejimi öncə getsin, "Səhər" kanalında, radiolarında, SEPAH-a bağlı olan bu və digər "Telegram" kanallarında Azərbaycana yönəlik təhqirlərini durdursun, sonra gəlib, Azərbaycana nəyisə xahiş edər. Demək, sən bütün tv - radio kanallarında Azərbaycan dövlətini, xalqını, ordusunu, şəhidlərini təhqir edəcəksən, Azərbaycan buna seyirci qalacaq?! Hodru meydan! Sənə olar, bizə yox?!
İranın Xarici işlər nazirliyinin Azərbaycan tərəfindən izahat istəməsindən absurd nə ola bilər?! Belə görünür Tehran azərbaycan xalqının ondan izahat tələb etməsini unudub. Bəlkə Tehranda səfirliyimizdə terror hadisəsi ilə bağlı İran rejimi dürüst bəyanat verdi? Yoxsa Fazil Mustafaya hücumu pisləyərək terrorçuları qınadı?
İran XİN yaxşı olardı ki, Azərbaycanın müstəqil, suveren olduğunu və hər hansı davranışına görə heç kimə izahat verməli olmadığını bundan sonra qulağında sırqa etsin. Bakı çox yaxşı bilir ki, İranın təxribat silahındakı güllələr bitməyib.
İki dövlətin dil tapması və mövcud mübahisələri dondurmaq barədə razılığa gəlməsi ən yaxşı variant olsa da molla rejimi barışmaq, bir araya gəlmək üçün yer qoymaq niyyətində olmadığını əməlləri ilə nümayiş etdirir. İran öz ambisiyasından əl çəkməli, Azərbaycana qarşı bəhanələrinə son qoymalıdır. Belə olmayacağı təqdirdə Azərbaycandan bundan sonra konstruktivlik gözləmək, tələb etmək axmaqlıqdır.
Təhməz Əsədov Son.az
Ənənəvi olaraq, qadın cəmiyyətdə nəvazişlə, məhəbbətlə, xeyirxahl�
Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"
Prezident Vladimir Zelenski Ukraynanın qələbəsi üçün gələn həftənin �
"Avon" kosmetik brendinin rusiyalı vizajisti Yuliya Moskviçeva hesab
14 may sadəcə namizədlər və ittifaqlar arasında deyil, iki fərqli siyasə
Mütəxəssislər Kolumbiyanın Nevado del Ruiz vulkanında yaşanan vulkanik ak
Qəhvə falında insanların tez-tez gördüyü fiqurlardan biri də "Eyfel
İraq tezliklə şimala neft ixracını bərpa etmək üçün Kürdüstan Region
Xalq artisti Naibə Allahverdiyeva sənət adamlarının plastik əməliyyat etd
Sabah Rusiya, Türkiyə, Suriya və İranın xarici işlər nazirlərinin müavi
Sabiq iqtisadi inkişaf naziri Yakov Milatoviç Monteneqroda keçirilən prezide
Ötən həftə Rusiya Ukraynada təxminən 4000 hərbçi və 224 hərbi texnika