Düşmən silahını və meyitlərini qoyub qaçırdı
Siyasət 02 Apr 2023 12:03:00 289 0
Bu gün Azərbaycan Ordusunun aprel qələbələrindən 7 il ötür.
Son.az Trend-ə istinadən bildirir ki, 2016-cı il aprelin 1-dən 2-nə keçən gecə və gün ərzində bütün cəbhə boyu Azərbaycan mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən güclü artilleriya atəşinə məruz qaldı.
Nəticədə dördgünlük döyüşlər zamanı Azərbaycan Silahlı Qüvvələrinin birləşmələri Goranboy rayonuna və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəkliklərini azad etdi, Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli Lələ Təpə yüksəkliyinə nəzarəti ələ keçirdi. Həmçinin aprel döyüşləri nəticəsində Azərbaycan Silahlı Qüvvələri Ağdərə-Madagiz istiqamətində yolların nəzarətdə saxlanılmasını təmin etdi.
Döyüşlərdə ermənilərə məxsus 30 tank, 15-dək artilleriya qurğusu və möhkəmləndirilmiş mühəndis qurğuları məhv edildi, düşmənin 320 hərbçisi öldürüldü, 500-dən artıq hərbçisi isə yaralandı.
Azərbaycan Ordusunun həmin döyüşlərin iştirakçısı olan hərbi qulluqçuları xatirələrini Trend-ə danışıblar.
Vətən Müharibəsi Qəhrəmanı Polkovnik-leytenant Mirdamət Bağıyev bildirib ki, düşmən təxribatının qarşısını almaq məqsədilə mövqelərə yerləşdik. Düşmən Azərbaycan Ordusunun gücünü aprel döyüşlərində gördü. Ordumuz ermənilərin xeyli canlı qüvvəsini və texnikasını məhv etdi. Düşmən gücümüzü görüb geri çəkilməyə məcbur oldu. Yaralanmağıma baxmayaraq döyüş meydanını tərk etmədim. Düşmənin 7 tankını, 3 şəxsi heyətini daşıyan avtomobillərini,1 BMP və bir Jeeplərini məhv etdim.
Geniş videomüsahibəni təqdim edirik:
Son.az
Son.az Kulis.az-a istinadən müğənni, Əməkdar artist Lalə Məmmədova haqq
Səudiyyə Ərəbistanı rəhbərliyi ABŞ-dan nüvə texnologiyası almağa cə
Havaların soyuduğu ərəfədə qrip ən çox rast gəlinən xəstəlikdir. Bun
Aprelin 4-də Nyu-York hakimiyyəti keçmiş ABŞ prezidenti Donald Trampa qarş
Artıq yaza çox az qalıb və insanları ən çox maraqlandıran şeylərdən b
"Biz reallığı gizlədərək yüksək pafoslu sözlər deməyi sevirik, a
İsmayıllı rayonunda 1979-cu il təvəllüdlü Sakit qonşusu və həmkəndlis
Meksikanın Mexiko ştatında hava şarınının səbətinin yanması nəticəsi
Bakı metropoliteni iş günlərində qatarların "Bakmil" stansiyası
ABŞ Prezidenti Bayden Türkiyədəki 14 may seçkilərində Ərdoğanın yenid�
Türkiyə dövlət fevral ayında baş vermiş zəlzələlərin nəticələrini
Rusiyanın Arxangelsk vilayətinin ərazisində yerləşən Şimali Dvina çayı
İran Azərbaycan Respublikasında öz agent şəbəkəsini zamanla formalaşdı
İsrailin baş naziri Binyamin Netanyahunun məhkəmə islahatları layihəsinin
Bütün sahələrdə işə qəbul zamanı narkoloji testdən keçmə tələbi t�