Tehran dövləti, sən nə qədər yazıq və
Siyasət 01 Apr 2023 18:03:00 301 0
Tehran mollakratiyası özünüreallaşdıran proqnozlaşdırmadan çox uzaq siyasət yürütdüyündən nə etdiyi və nə etmək niyyətində olduğu bəlli deyil.
Bu xəbəri də oxu: Ərdoğan İlham Əliyevə başsağlığı ünvanlayıb
"İran İslam Respublikası" adlanan, ölkəmizin cənub qonşusu olan dövlətin bizə qarşı indi tutduğu mövqe absurd, davranışı isteriya, tələbləri isə diplomatik qaydalardan çox uzaqdır.
Diplomatiyanın yazılmamış qaydaları və istənilən ölkənin yürütdüyü xarici siyasətin məhvər prinsipləri əsrlərdən bəri dəyişmədir: ölkə hakimiyyəti xarici siyasət sahəsində qərar verəndə gələcəkdə ola biləcək hadisələrin perspektivlərini yanlış hesablamır, problemləri həll etməyə çalışır.
Fransız filosof Laroşfuko demişkən, "ulağın önündəki yerkökü onun arxasındakı qızıldan daha üstündür".
Tehrandakı teokratik hakimiyyət də qonşu dövlətlərlə əlaqələrini qarşılıqlı mənfəət və sayğı əsasında qurulmuş təmaslar yox, klerikal molla rejiminin ətrafa öz istəyini diqtə etməsinin rahatlığı kimi anlayır.
1979-cu ildəki İslam inqilabından sonra tam fərqli, çağdaş dünya tarixində misli olmayan rejim formalaşdıraraq iranlıları işıqlı gələcəyə aparacağını vəd edən və bu minvalla "vilayəti-fəqih" idefiksini formalaşdıran mollakratiya ötən 44 ildə ciddi, əsaslı irəliləyişə nail ola bilməyib.
İran elminin, texnologiyasının, səhiyyəsinin və s. sahələrin azacıq irəliləyişi dövlət səviyyəsində yürüdülən siyasətin hesablanmış orientirləri, yaxud ən yüksək səviyyədə təsdiqlənmiş inkişaf proqramları ilə balı deyil.
Hansısa sahədə cüzi də olsa, inkişaf varsa, fərdlərin intellektinin, bu və digər şəxsin, yaxud bir qrup şəxslərin beyin məhsulunun təzahürünün hesabınadır.
"Vilayəti-fəqih" isə orta əsrlər qaydalarının yaşamımıza inikas etdirilməsi təki mənasız, heç bir perspektivi olmayan və uğursuz başa çatmaqda olan eksperiment sayıla bilər.
Tehran mollakratiyasının intellektual çəkisi və imkanlarının nə olduğunu göstərən bariz misal Azərbaycana ünvanlanmış hədələr, ultimatumlar və bitmək bilməyən sərsəm bəyanatlardır.
Marazm o həddə çatıb ki, rəsmi Tehran Bakı qarşısında tələblər qoyur.
Məsələn, İran XİN-nin sözçüsü Nəsir Kənani Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun İsrailə səfəri və Təl-Əvivdə israilli həmkarı ilə birlikdə keçirdiyi brifinqlə bağlı, sən demə, Tehrana izahat verməlidir.
Kənani Twitter-dəki akkauntunda yazıb: "İsrailin sionist rejiminin "İrana qarşı vahid cəbhənin formalaşması" ilə bağlı Azərbaycanla razılaşma haqqında İsrailin XİN başçısının açıqlamaları haqqında bizə aydınlıq gətirilməsi üçün Azərbaycan hökumətinə müraciət etdik. Azərbaycan XİN-nin mətbuat katibi cavab vermədi və İrana ünvanlanmış yeni ittihamlara keçdi. Sükutun davamı Bakının strateji tərəfdaşının bəyanatlarına səssiz dəstəyin nişanəsi sayıla bilərmi? Azərbaycandakı müsəlman bacı və qardaşlarımızı sionist düşmənin əsl niyyətlərindən agah olmağa çağırırıq".
Azərbaycan XİN-nin mətbuat katibi Ayxan Hacızadənin Kənaniyə cavabı qısa, konkret və sərt olub: "Azərbaycanla qarşı iddialarla bağlı mövqeyimizi açıqlamışıq. Əsas sual budur ki, nə üçün İran Xarici İşlər Nazirliyi normadan və mühakimələrdə rasionallıqdan sistematik yayınma modelinə sadiq qalır. Bu, açıq şəkildə qərəzli yanaşmadır. Həqiqəti bilmək istəyən hər kəs brifinqin videosunu izləyə bilər".
Situasiya belədir.
Görünür, Tehran mollakratiyasının nəzərinə bir daha çatdırmaq gərəkdir ki, xarici işlər naziri Ceyhun Bayramov İsrail xarici işlər naziri ilə mətbuat brifinqi zamanı İrana qarşı hər hansı bir mövqe səsləndirməyib. Bu xüsusda, Tehran rəsmilərinin son günlərdəki bəyanatları, çıxışları və açıqlamaları birmənalı olaraq anti-Azərbaycan siyasətinin təzahürüdür.
Mollakratiya güya narahatdır ki, Azərbvaycanda İsrailin hərbi baaları, obyektləri yaradılır, İsrail hərbçiləri ölkəmizdədir və ən nəhayət, Azərbaycan ərazisindən istifadə etməklə İsrail İranı vura bilər.
Hallüsinasiyalar aləmində çırpınan ayətullalara, İranın "İslam İnqilabı Keşikçiləri Korpusu"nun sərsəm bəyanatlar verən generallarına, Tehrandan ünvanımıza hədyanlar söyləyən müxtəlif çaplı siyasətçilərə, deputatlara və qeyrilərinə cavabı bir daha təkrarlayıram: Azərbaycan öz ərazisindən üçüncü dövlətlərə qarşı istifadəyə heç zaman imkan verməyib və verməyəcək!
Bunun əksinə, son zamanlar İran ərazisindən Azərbaycana qarşı təhdidlər səsləndirilir və təxribatlara yol verilir. Bunlara misal olaraq, Azərbaycanın sərhədləri boyu İran tərəfindən hərbi təlimlərin keçirilməsini, sərhəd üzərindən hərbi uşuşların həyata keçirilməsini, İranın vəzifəli şəxsləri tərəfindən anti-Azərbaycan bəyanatlarının verilməsini, SEPAH kimi İranın təhlükəsizlik strukturları tərəfindən hətta uşaqları cəlb etməklə və Xudafərin körpüsünün yanında Azərbaycan əleyhinə təhdid dolu video çarxların çəkilməsi və nümayişini, Azərbaycanın İrandakı səfirliyinə qarşı terror hücumunu, Milli Məclisin üzvü Fazil Mustafaya qarşı həyata keçirilmiş terror aktının istintaqının ilkin izlərinin İrana dəlalət etməsini qeyd etmək olar.
Bu gün, İran-Ermənistan qardaşlığı bütövlükdə region üçün təhlükə olmaqda qalmaqdadır. Son 30 il ərzində İran faktiki olaraq, səssiz razılığı ilə, Ermənistanın Azərbaycan ərazilərinin işğalına göz yummuşdur. Qarabağ və Şərqi Zəngəzurun işğalı və bu ərazilərin talan edilməsinə, bu ərazilərdəki evlərdən sökülmüş daşların İran bazarlarında satılmasına, mövcud olmuş 67 məsciddən 65-in dağıdılması və təhqir edilməsinə İran tərəfindən əhəmiyyət verilməməsi yaxşı məlumdur.
Tehran mollakratiyası sanki şizodidal təfəkkürü sağlam məntiq sayır, bununla da Azərbaycan-İran münasibətlərinin böhran vəziyyətinə salır.
Amma molla rejimi unudur ki, Tehranın belə sərsəri təhdidləri Azərbaycanı heç zaman qorxuda bilməz. İran ərazisindən Ermənistana göndərilən hərbi dəstəyə baxmayaraq, Azərbaycan ordusu 2020-ci ildə işğalçı Ermənistan ordusunu darmadağın etdi. Bundan sonra da, Azərbaycana qarşı hər hansı bir təcavüzün və təxribatın qarşısı qətiyyətlə alınacaq.
İranlı hərbçilər bizi hədələməyə çalışanda erməni qardaşlarının taleyini göz önünə gətirsinlər.
Çox da lovğalanmasın Tehran rejiminin generalları: "İran" adlanan dövlətin tarixi boyu hərbçilərinin elitası da azərbaycanlılar olub, bu məkanı dövlət edənlər də.
Səfəvilər və Qacarlar olmasaydı, İran olardımı?
Azərbaycanlı hökmdarlar, sərkərdələr, siyasətçilər, dövlət xadimləri, alimlər, ən nəhayət, yüz minlərlə cəsur əsgərlər olmasaydı, İran da indi Babilistan, Assuriya, Məvarünnəhr və daha neçə imperiya kimi tarixə qovuşmuşdu.
Amma nə xeyri: beyinləri kinlə zəhərlənərək mənəviyyatları küdurətlə yoğrulmuş məxluqatın idarə etdiyi Tehran mollakratiyası bunu anlamır, dərk etmir.
Etsə belə, anlaqsız davranır.
Ağlını "vilayəti-fəqih" yelinə verib Azərbaycanı qorxuda biləcəyini, bizə təzyiq göstərərək niyyətinə çatacağını düşünən ayətulla kamarilyası yeni, bu dəfə çox təhlükəli və ciddi yanlışlığa yol verir.
Biz məntiqli və səbrli davranırıq.
Tehran rejiminə isə deyirik: üstümüzə qılınc çəkənin vücudunu elə o qılıncla bir kəllə qısa etməyi bacarırıq.
Tarixdə bunu dəfələrlə isbatlamışıq, əziz olmayan və sayğıdəyərsiz Tehran rejimi...
Elçin Alıoğlu
Adını River Red olaraq dəyişdirən müğənni Britni Spirsin həyat yoldaş�
Martın 31-də ölkə ərazisində qeydə alınan 72, əvvəlki dövrlərdən ba
Türkiyəli aktyor İbrahim Çelikkolun keçmiş həyat yoldaşı Mihre Mutlu ve
İtaliyada Milli Məlumatların Mühafizəsi İdarəsi ChatGPT süni intellektli
Avtomobil qəzasında dünyasını dəyişən "SOY" prodakşının rə
31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı Dövlət Sərhə
Dövlət Toxum Fondu əkin kalkulyatorunu istifadəyə verib.
Dünya şöhrətli futbolçu Kriştiano Ronaldo ilk dəfə ötən il aldığı
Son vaxtlar sosial şəbəkələrdə demək olar ki, hər gün gündəmi zəbt e
"Əgər bu dünyada uğurlu insan görürsünüzsə, deməli o, çox yaxş�
Siyəzənin Balaca Həmyə kəndində kanallar quruyub, sahələr susuz qalıb.
Media subyektlərinin (kütləvi informasiyanın dərc olunması və (və ya) ya
Media subyektləri (audiovizual media subyektləri istisna olmaqla) tərəfində