Vardanyan Paşinyana müharibə elan etdi
Dünya 31 Mar 2023 21:05:00 256 0
Xankəndidəki avantürist erməni milyarder Ruben Vardanyan Ermənistanda hakimiyətə yiyələnmək üçün hazırlanmış ssenarinin gerçəkləşdirilməsinə başlayıb. Nikol Paşinyan bunu anladığından qabaqlayıcı addımlar atmağa çalışır. O, əks təqdirdə hakimiyyətdən məhrum ediləcəyini bilir...
Bu xəbəri də oxu: “Soçi” və “Minvod”dan bu ölkəyə uçuşlar ləğv olundu
İrəvanda şəhər meriyasına erkən seçkilər keçirilməyəcək. Ermənistanın baş naziri Nikol Paşinyanın qərarı belədir.
"İravunk" qəzetinin yazdığına görə, seçkilərin sentyabrda keçirilməsi daha məqbul sayılıb.
"O, hakim komandadakı adamlarını başına toplayaraq deyib ki, hakimiyyətin paytaxtdakı reytinqi heç 30 faizə çatmır. Ona görə də belə şəraitdə növbədənkənar seçkilərin keçirilməsi intihara bərabər olardı", - qəzet yazıb.
Paşiyanın sözlərinə görə, vitse-mer Tiqran Aviyanın bütün səylərinə və istəyinə rəğmən, hakim komanda indi seçkilərə getməməlidir. O, parlamentdə təmsil olunmayan, lakin iqtidardakı "Vətəndaş Müqaviləsi"nın nəzarətindəki siyasi təşkilatlara da seçkilərə hazırlaşmağı tapşırıb.
İrəvanın meri Qraçya Sarkisyan martın 17-də istefa verib.
Nikol Paşinyanın qərarı bilavasitə İrəvanda siyasi qüvvələrin güc nisbəti və ya mövcud situasiyada hakim partiyanın imkanlarının dəyərləndirilməsi ilə bağlı deyil. O, özünə ən ciddi rəqib hesab etdiyi rusiyalı milyarder, erməni Ruben Vardanyanın İrəvanı "ələ keçirməsi"nə imkan vermək istəmir.
Xankəndidəki separatçı rejimin aqressiyasını və "qətiyyət"ini artırmaq üçün Qarabağa göndərilən, daha sonra ssenariyə uyğun olaraq Rusiya Federasiyasının vətəndaşlığından çıxarılan Ruben Vardanyan "dövlət naziri" təyin edilməklə separatçıların taktikasını dəyişməli, yeni strategiyaya başlamalı idi.
Aldığı tapşırığa görə, Ruben Vardanyan Xankəndidəki xuntaya faktiki nəzarəti ələ keçirməli, bölgədəki vəziyyəti mümkün qədər gərginləşdirməli, bu məqsədlə Bakıya ünvanlanmış sərt bəyanatlar verməli idi. O, habelə, Rusiyanın sülhməramlı kontingenti (RSK) ilə Azərbaycan hərbçiləri arasında qarşıdurmaya nail olmalı idi.
Sabiq Ağdərə rayonundakı faydalı qazıntı yataqlarının istismarının dəfələrlə sürətləndirilmsi və vəhşicəsinə qəsb mərhələsinə keçirilməsi bəhs etdiyimiz ssenari üzrə qəbul edilmiş qərardı.
Əsas məqsəd isə Bakı ilə danışıqlarda masa arxasında Xankəndindəki xuntanın indiki rəhbəri Araik Arutyunyanın yox, məhz Ruben Vardanyanı oturması idi.
Lakin Azərbaycanın bu marionetə qarşı qətiyyətli və sərt mövqeyi, habelə R.Vardanyanın Xankəndindəki separatçı rejimin rəhbərliyində yenidənqurma prosesi adı ilə "nazir"lərin əksəriyyətini vəzifədən kənarlaşdıraraq nifrət obyektinə çevrilməsi planları pozdu.
Bununla yanaşı, Vardanyanın qarabağlı ermənilərlə təmasları, daha doğrusu, rusiyalı sülhməramlıların müvəqqəti yerləşdikləri ərazilərdə olan ermənilərin Vardanyana olan münasibəti əvvəlki dönəmlərdən fərqli olaraq tam dəyimişdi.
Qarabağlı ermənilər artıq Vardanyana rəğbət yox, nifrət bəsləyirdilər: çünki o, verdiyi vədlərin heç birini yerinə yetirməmiş, maliyyə imkanlarından yerli sakinlərin durumun yaxşılaşdırmaq üçün istifadə etmək əvəzinə şəraitdən faydalanaraq daha çox pul və siyasi kapital qazanmaq fikrinə düşmüşdü.
Laçın-Gorus yolunda ekoaksiya başlayanda R.Vardanyanın mövqeləri ilk zərbə aldı. Daha sonra aksiya fasiləsiz davam edəndə və rəsmi Bakı bu şəxslə heç bir təmasda olmayacağını bəyan edəndən sonra isə Ruben Vardanyanı "könüllü istefa"ya vadar edərək vəzifəsindən kənarlaşdırdılar.
Həmin prosesdə Ermənistanın baş naziri Nikol Paşinyan bilavasitə, aktiv iştirak etmişdi. O, R.Vardanyanın kimlərin "layihəsi" olduğunu bilir, Xankəndidəki xuntadakı "vəzifə"nin həmin avantürist milyarderin İrəvan siysətiinə atılması üçün tramplin rolunu oynadığını dərk edirdi.
Ötən ilin ortalarından başlayaraq Qərbə meylli qərarlarını və siyasətini fəallaşdıran, eyni zamanda Rusiya və İranla da sürəkli siyasi sövdələşmələr aparan Nikol Paşinyan belə laübəli davranışı ilə səbr kasasını daşdırmışdı.
Ruben Vardanyan Ermənistanın baş naziri postunda Paşinyanı əvəzləməlidir - ssenarisi hazırlanmış strategiya belədir.
Məhz bu səbəbdən Xankəndidəki taktik planları puç olan R.Vardanyan indi İrəvanın meri postu uğrunda mübarizəyə qatılmağa qərar verib.
Mer postu onun üçün bütün Ermənistanda hakimiyyəti ələ keçirmək yolunda aralıq mərhələdir.
Nikol Paşinyan və administrasiyası artıq bunu daha yaxşı anladıqlarından Ermənistanda çox az adamın tanıdığı sosioloji araşdırmalar şirkətinin son sorğusunun nəticələrini nəzarət etdikləri mass-mediaya ötürüblər.
Sorğunun Ermənistanın baş nazirinin Dəftərxanasının sifarişilə keçirilərək İrəvan meri postuna namizədlərə real dəstək və antipatiya səviyyəsini araşdırmaq olduğu vurğulanıb.
Mediaya sızdırılan məlumatlara görə, rəyi soruşulanların 43,6 faizi sabiq vitse-meri, "Vətəndaş Müqaviləsi"nin təmsilçisi Tiqran Avinyana səs verəcəklərini deyiblər. Respondentlərin 32,4 faizi isə T.Avinyana mənfi münasibət bəsləyir.
İstefaya göndərilmiş sabiq mer Qraçya Sarkisyanın namizədliyinin lehinə respondentlərin 52 faizi, əleyhinə 23 faiz mövqe tutub.
Yerdə qalan namizədlər isə İrəvan sakinlərinin 10 faizindən artığının dəstəyini ala bilməyiblər.
Lakin sorğunun maraqlı yönü rəyi soruşulanların 60 faizinin Ruben Vardanyanın namizədliyini dəstəkləməsidir.
Ruben Vardanyan İrəvanda mer seçkilərinə qatılacağı barədə rəsmi açıqlama verməsə də, N.Paşinyan və onun komandası erməni milyarderin qarşısına qoyulmuş məqsədlərdən xəbərdardır.
Ehtimal etmək olar ki, rəsmi İrəvan bu sorğunu sifariş verməklə R.Vardanyanın irəvanlılar arasındakı populyarlıq səviyyəsini dəqiqləşdirmək istəyib.
Ancaq nəticələr Paşinyan hakimiyyəti üçün gözlənilməz olub, üstəlik Ruben Vardanyan bütün imkanlarını işə salaraq sorğunun mediaya sızdırılaraq yayılmasına çalışıb.
Nikol Paşinyanın mövcud vəziyyətdə seçim imkanları kritik və çox məhduddur. O, ya Ruben Vardanyanın Ermənistanın daxili siyasətinə sürətli girişinin qarşısını preventiv şəkildə almalı, ya da Vardanyanla açıq siyasi mübarizəyə başlamalıdır.
Hər iki variant Ermənistanla Rusiya arasındakı münasibətlərin daha da gərginləşəcəyini göstərir.
Elçin Alıoğlu
Trend
Müğənni Beyonsun həyat yoldaşı, reper Cey-Z-nin sərvəti bəlli olub.
Bakıda bir qrup vətəndaş əmək kitabçalarını bir vaxtlar işlədikləri
Belçikada futbolçunun 200 km/saat sürətlə idarə etdiyi avtomobil idman zal
"Vüqarın heç bir sənət dostu məni itirib-axtarmır. Xəstəyəm, ayaq
Son.az APA TV-yə istinadən videonu təqdim edir.
"Səs Azərbaycan-doğma nəğmələr" yarışmasında bir neçə ay m
İsrail İranla mümkün qarşıdurmalara hazırlıqlar çərçivəsində Tehran
Azərbaycan özünün beynəlxalq enerji, o cümlədən, "yaşıl" ene
Hələ yazdır, ancaq ölkədə içməli su qıt olduğu üçün qrafiklərlə v
Azərbaycanda internet telekommunikasiya sahəsində xidmət göstərən operato
Müğənni Mənzurə Musayeva bir müddət əvvəl müğənni Nüşabə Musayeva
Mindən çox alim və mütəxəssis süni intellektin dayandırılması ilə ba�