Cəzasızlığa son qoyacağıq


Siyasət 31 Mar 2023 11:45:00 271 0

Cəzasızlığa son qoyacağıq

Bu gün, 31 mart tarixi ermənilər tərəfindən etnik və dini mənsubiyyətinə görə qətlə yetirilmiş, irqi ayrı-seçkilik və etnik təmizləmə siyasətinə məruz qalmış azərbaycanlıların xatirəsinin yad edildiyi Azərbaycanlıların Soyqırımı Günüdür.

Son.az-ın məlumatına görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında qeyd edilib.

"105 il bundan öncə 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən Bakı şəhərində, habelə Şamaxı, Quba, İrəvan, Zəngəzur, Qarabağ, Naxçıvan və Qars bölgələrində on minlərlə dinc azərbaycanlıya qarşı amansız qətliamlar həyata keçirilib. Kütləvi qırğınlar nəticəsində, təkcə Qubada xüsusi qəddarlıqla 16.000-dən artıq insan qətlə yetirilib, 167 kənd məhv edilib.

Radikal millətçi ermənilərin azərbaycanlılara qarşı irqi ayrı-seçkilik və etnik təmizləmə siyasətinin ayrılmaz tərkib hissəsi olan sözügedən qətliamların sistematik və planlı xarakter daşıması, Qafqazın Fövqəladə Komissarı, milliyyətcə erməni olan Stepan Şaumyanın törədilmiş qətliamlarda Bakı Sovetinin 6000 və Daşnaksutyun partiyasının 4000 silahlı əsgərinin iştirak etdiyinə dair etiraflarında da sübut olunur.

Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasından sonra hökumət tərəfindən ermənilərin törətdikləri ağır cinayətlərin araşdırılması üçün müxtəlif millətlərin, o cümlədən ruslar, yəhudilər, polyaklar, gürcülər və hətta ermənilər olmaqla, həmin dövrün ən yaxşı hüquqşünaslarının təmsil olunduğu Fövqəladə İstintaq Komissiyası təsis edildi. Komissiyanın fəaliyyəti nəticəsində sübutlar əsasında dinc əhaliyə qarşı müxtəlif cinayətlərə görə təqsirləndirilən 194 nəfər barəsində cinayət işi açıldı və törətdikləri cinayətlərə görə Bakıda 24 və Şamaxıda təxminən 100 nəfər həbs olundu. Lakin azərbaycanlılara qarşı törədilmiş soyqırımı siyasətinin siyasi və hüquqi qiymətləndirməsi üçün atılan bu ilk addımın davam etdirilməsi Azərbaycan Respublikasının Sovet ordusu tərəfindən işğalı səbəbindən yarımçıq qaldı.

Hadisələrə adekvat siyasi qiymətin verilməsi məsələsi Azərbaycanın müstəqilliyinin bərpa edilməsindən sonra, Ümummilli Lider Heydər Əliyev tərəfindən 26 mart 1998ci il tarixli "Azərbaycanlıların soyqırımı haqqında" Azərbaycan Respublikası Prezidentinin Fərmanının imzalanması ilə həllini tapdı və sözügedən Fərmana əsasən 31 mart "Azərbaycanlıların Soyqırımı Günü" kimi təsis edildi. Azərbaycanlıların Soyqırımı Gününün təsis edilməsi azərbaycanlıların məruz qaldığı etnik təmizləmə siyasəti və soyqırımı cinayətləri barədə dünya ictimaiyyətinin məlumatlandırılmasında müstəsna əhəmiyyət kəsb edir.

Ermənistanın azərbaycanlılara qarşı etnik nifrət və dözümsüzlük siyasətinin ayrılmaz tərkib hissəsi olan etnik təmizləmə, soyqırımı və digər insanlıq əleyhinə cinayətlər Azərbaycana qarşı 30 ilə yaxın davam edən hərbi təcavüz siyasəti, o cümlədən 44 günlük Vətən müharibəsi zamanı da davam etdirildi. Ermənistanda yaşayan azərbaycanlıların deportasiyası, o cümlədən Azərbaycan ərazilərinin işğalı nəticəsində öz yurdlarından didərgin düşən həmvətənlərimiz Ermənistanın etnik təmizləmə siyasətinə məruz qaldı, dinc əhali Xocalı soyqırımı da daxil olmaqla, soyqırımı aktları, çoxsaylı hərbi cinayətlər və insanlıq əleyhinə cinayətlərin qurbanına çevrildi. 44 günlük Vətən müharibəsi zamanı Azərbaycanın cəbhə bölgəsindən kənarda yerləşən Gəncə, Bərdə, Tərtər və digər şəhərlərinin dinc sakinlərinə qarşı törədilən raket hücumları Ermənistanın dövlət səviyyəsində azərbaycanlılara qarşı etnik təmizləmə siyasətini davam etdirdiyini bir daha sübuta yetirdi.

Mart qırğınlarının 105-ci ildönümündə Ermənistan tərəfindən azərbaycanlılara qarşı törədilən soyqırımı, irqi ayrı-seçkilik və etnik təmizləmə siyasətinin günahsız qurbanlarını dərin hüzn və rəhmətlə anır, bu kimi cinayətlərin qarşısının alınması və təkrarlanmaması üçün Ermənistanın cəzasızlığına son qoyulmasının vacibliyini bir daha vurğulayırıq.

Ədalətin bərpa olunmasının regionda sülh və təhlükəsizliyin bərqərar edilməsinə mühüm töhfə verəcəyinə inanan Azərbaycan, öz növbəsində mövcud beynəlxalq hüquqi çərçivədə cəzasızlığa son qoyulması istiqamətində tədbirlər görməyə davam edəcək", - deyə bildirilib.

İran Azərbaycanı buna görə hədəf seçib like
  • 31 Mar 11:40  
Digərləri İran Azərbaycanı buna görə hədəf seçib

Molla rejimi sözdə müsəlman dövləti olsa da, əməlləri ilə fitnə-fəsa

arrow Ətraflı
Bu bank Azərbaycan iqtisadiyyatına yardım göstərməyə hazırdır like
  • 31 Mar 11:36  
Digərləri Bu bank Azərbaycan iqtisadiyyatına yardım göstərməyə hazırdır

"Raiffeisen Bank International" (Avstriya) Azərbaycana iqtisadiyyatı

arrow Ətraflı
Bu da Aynur Dadaşovanın özündən gözəl qızı like
  • 31 Mar 11:33  
Şou-biznes Bu da Aynur Dadaşovanın özündən gözəl qızı

Aynur Dadaşova ilk dəfə qızının üzünü göstərib.

arrow Ətraflı
Məşhur azərbaycanlı bloqerin yeni BİZNESİ like
  • 31 Mar 11:29  
Şou-biznes Məşhur azərbaycanlı bloqerin yeni BİZNESİ

Rusiya və MDB ölkələrində məşhurlaşan azərbaycanlı bloqer və iş adam

arrow Ətraflı
Rusiya bu şəhəri niyə ala bilmir? like
  • 31 Mar 11:18  
Digərləri Rusiya bu şəhəri niyə ala bilmir?

Rusiya qoşunlarının Ukraynanın Donetsk vilayətində Baxmutu mühasirəyə a

arrow Ətraflı
“Mənə zəng edən kimi əri öldürdü” like
  • 31 Mar 11:07  
Digərləri “Mənə zəng edən kimi əri öldürdü”

Ötən gün Bərdədə qətlə yetirilən 36 yaşlı Günay Ələkbərovanın

arrow Ətraflı
İranAzərbaycan sərhədində əməliyyat: like
  • 31 Mar 10:59  
Kriminal İranAzərbaycan sərhədində əməliyyat:

Mart ayının 31-də saat 02:00 radələrində Dövlət Sərhəd Xidmətinin (DS

arrow Ətraflı
Türkiyədəki seçkilərin Bakı əkssədası necə olacaq? like
  • 31 Mar 10:47  
Digərləri Türkiyədəki seçkilərin Bakı əkssədası necə olacaq?

Qardaş Türkiyədə prezident seçkiləri yekun mərhələyə daxil olur. Artı

arrow Ətraflı
Məktəbli anasının əməlinə görə evə POLİS ÇAĞIRDI like
  • 31 Mar 10:45  
Digərləri Məktəbli anasının əməlinə görə evə POLİS ÇAĞIRDI

Moskvada 12 yaşlı məktəbli evinə polis çağırıb. 

arrow Ətraflı
“Şəfiqə Məmmədova bir qəpiklik adam deyildi” like
  • 31 Mar 10:34  
Şou-biznes “Şəfiqə Məmmədova bir qəpiklik adam deyildi”

Xalq artisti Ənvər Həsənov Azərbaycan Respublikası Kinematoqrafçılar İt

arrow Ətraflı
Artilleriya bölmələrimiz təyin edilmiş hədəfləri yüksək dəqiqliklə məhv edib like
  • 31 Mar 10:28  
Siyasət Artilleriya bölmələrimiz təyin edilmiş hədəfləri yüksək dəqiqliklə məhv edib

Müdafiə nazirinin təsdiq etdiyi 2023-cü ilin hazırlıq planına uyğun olar

arrow Ətraflı
Hansı bürclər birbirləri ilə ayrılmaz dost olurlar? like
  • 31 Mar 10:23  
Digərləri Hansı bürclər birbirləri ilə ayrılmaz dost olurlar?

Bir çox insan qoroskop ilə hesablaşır və atdığı hər addımda ulduz fal�

arrow Ətraflı