Generalın məhkəməsində zərərçəkən Eldar Mahmudovla sirli görüşünü açıb danışdı sensasion gəlişmə


Kriminal 31 Mar 2023 08:49:00 304 0

Generalın məhkəməsində zərərçəkən Eldar Mahmudovla sirli görüşünü açıb danışdı  sensasion gəlişmə

Zərərçəkən: "Məhkəmə sədri Kəramət Əliyev 26 min manat pul aldı, mənə 3 il şərti iş verdi, sonradan mənim 26 minimi qaytardı, üstündə də 5 min manat verdi ki..."

Bakı Apelyasiya Məhkəməsində hakim İlqar Murquzovun sədrliyi ilə Milli Təhlükəsizlik Nazirliyinin (MTN 2015-ci ildə ləğv olunub - E.M.) İstintaq Baş İdarəsinin sabiq rəisi general-mayor Mövlam Şıxəliyevin apelyasiya şikayəti üzrə proses davam edir.

Son.az musavat.com-a istinadən bildirir ki, Mövlam Şıxəliyevlə bərabər hakim qarşısına 2-ci şöbənin rəisi Vüsal Ələkbərov, İbtidai istintaq idarəsinin rəis müavini Yasin Məmmədov və şöbə rəisinin müavini olmuş Sahib Ələkbərov çıxarılıblar. Hər 4 şəxs hazırda həbsdədir və məhkəmə zalında şüşə qəfəsdə əyləşdirilirlər. Məhkəmə nəzarətçilərinin müşayəti ilə məhkəmə zalına  gətirilən müttəhimlərin qoluna qandal vurulmur.

Artıq proses yekunlaşmaq üzrədir. İş üzrə zərərçəkənlər yekun çıxışlar edirlər. Sonuncu prosesdə zərərçəkən Hüseyn Səfərov çıxış edib.

Deyib ki, müttəhimlər məhkəmə dövründə yalan danışıb, dövlətə, istintaq orqanına, məhkəmələrə, zərərçəkənlərə iftira, şər atıblar:

- Mövlam Şıxəliyev hərbi məhkəmədə də, burada da deyir ki, guya məni tanımır, mənimlə kabinetində dəfələrlə görüşməyib. Mən Qurana and içirəm ki, saxlandığım günün səhəri Mövlam Şıxəliyev məni müstəntiq və Vüsal Ələkbərovla birgə qəbul edib. Məni məcbur edib 1 milyon sözünü aldılar. Gördülər ki, 1 milyon söz verirəmsə, qaldırdılar 3 milyona. Bizi 2008-ci ilin oktyabrında saxlayıblar, Mövlam Şıxəliyev həmin ilin martında MTN İstintaq Baş İdarəsinə rəis təyin olunub. Ona görə də yalan danışır ki, guya mən saxlanılanda ümumiyyətlə rəis olmayıb. Guya məni ümumiyyətlə görməyib. Saxlanıldığım müddətdə 3 dəfə Mövlam Şıxəliyevlə görüşmüşəm. Bir dəfə saxlanılan günün səhəri, bir dəfə buraxılmağıma 10 gün qalmış Vüqar Əliyevin otağında, bir də buraxıldığım gün Vüsal Ələkbərov aparıb sənədlərimi təcridxanaya qol çəkdirib və gəlib deyib ki, Mövlam Şıxəliyev səni çağırır. Onun yanına getmişik. Mənə dedi ki, 1 milyon 650 min çatıb, 350 mini nə vaxt gətirirsən? Mənimlə hədə ilə danışırdı. Dedi ki, pulu verməsən, məsələ başqa cür olacaq. Bir yerdə bu haqda danışsan, bizdən incimə. 30 il əvvəl videokamera, mobil telefon yox idi, istintaq gedib gizli şəkildə törədilən cinayətlərin üstünü açmırdı? Bunlar deyirlər ki, telefon danışığı yoxdur, video yoxdur, belə şey də olmayıb. Boş-boş danışırlar. Vüsal Ələkbərovun otağında oturmuşdum, 3 nəfər ora gəldi. Böyük-böyük "klyok"lar götürüb getdilər ki, oğlun gəlib, pul gətirib.

Getdilər oğlumdan pulu almağa. Düşüblər aşağı, gedib 7-10 dəqiqə sonra pulu oğlumdan alıb gəldilər. Əllərindəki "klyok"lar boş idi. Oğlum pulu idman çantasında gətirmişdi. Gəlib kabinetdə çantanı açdı, sevindiyindən sifəti gülürdü. Öz otağından Mövlama zəng elədi, dedi ki, Hüseynin oğlu gəlib. O da yanına çağırdı. Vüsal Ələkbərov pulu aparıb onun kabinetinə qoyub qayıtmağı 2-3 dəqiqə çəkdi. Ailəm o pulu yığmaq üçün Naxçıvandakı evimi satıb, 3 uşağımın evləri banka girov qoyulmaqla kredit götürülüb. Məni həbsdən buraxandan sonra Vüsal gəlib qalan 350 mini istəyirdi. Dedim ki, 1 evim var, onun da üzərinə həbs qoymusuz. Dedi ki, məktub verim, get həbsdən çıxar, sat. Nətər oldu, elə bunların hamısı bir vaxta düşdü? Müstəntiq də Mamed Musayevin oğlu idi. Onu da Vüsal qoşdu yanıma, getdik Səbayel məhkəməsinə. Hakim Rauf Hüseynov idi. Getməyimizlə 5 dəqiqəyə qərar çıxardı, evi həbsdən çıxardı. Mən də evi 300 minə satdım. Bu gün də evimin əşyalarını kirayədən-kirayəyə daşıyıram. Bunu Allah götürər? Vüsal da, Mövlam da bunları çox yaxşı bilirlər. Bu cinayətlərin başında Mövlam Şıxəliyev durur. Dövlətə, dövlətçiliyə xəyanət edib".

Hüseyn Səfərov deyib ki, həbsdən azad ediləndən sonra da ondan əl çəkməyiblər:

- Vüsal zəng edib deyirdi ki, Mövlam Şıxəliyevin ad günüdür. Mən də məcbur olub iki ədəd "Vertu" telefon almışdım. Üstündən bir müddət keçəndən sonra dedi ki, Mövlam Şıxəliyev general rütbəsi alıb, hədiyyə gətir. Mən də 21 min dollara saat alıb aparıb otağında özünə  verdim. Onun otağını "su yolu"na döndərmişdim. İndi də deyir ki, guya mən onun otağında olmamışam. Halbuki mən dəfələrlə orada olmuşam".

Hüseyn Səfərov deyib ki, Mövlam Şıxəliyev vəkili vasitəssilə ona şikayətini geri götürmək üçün "Çobanbulaq" İstirahət Mərkəzinin yarısını təklif edib: "Dedim necə verirsiz? Dedi ki, götür, Akif Qurbanovla bölərsən. Mən dedim ki, istəmirəm. Bu qədər var-dövləti Mövlam Şıxəliyev haradan alıb? Deyir ki, guya ailə biznesi olub 1994-cü ildən. Guya baldızı oğlu Babaşla şərik olublar. Guya 2014-cü ilə qədər şərikli biznesləri davam edib. Belə çıxır ki, Mövlam Şıxəliyevin polisdən çıxıb 2004-cü ildə MTN-ə gəldiyi zaman milyonları olub? Belə deyil. Bu, Qaradağ polisində təhqiqatçı işinə keçmək üçün ondan 5 min manat pul istəyiblər. Həmin pulu 3 aya düzəldib verə bilməyib. İndi də Babaşla şərikli biznesləri haqda nağıl danışır. Bunların əllərində olan pullar mənim övladlarımın evlərinin pullarıdır, mənim kimi adamlardan alınan pullardır. Bizim pullardan 1 faiz yeyənin belə burnundan gəlsin".

H.Səfərov M.Şıxəliyevin cinayətləri barədə film çəkdirdiyini bildirib:

"Sovet dövrü olsaydı, bunlara birbaşa güllələnmə hökmü çıxarılardı. Məhkəmə gedən dövrdə Mövlam Şıxəliyev mən də daxil olmaqla, bir neçə zərərçəkənin pulunu ödəməyə cəhd edib. Vəkili Arzu Cavadov vasitəsilə belə təklif edib. Deyib ki, pulunuzu Eldar Mahmudov verəcək. Məndə səs yazısı da var. Mən də məhkəmədə Mövlam Şıxəliyevə yaxınlaşmışam, soruşmuşam ki, vəkilin deyir ki, pulumuzu Eldar Mahmudov ödəyəcək. Bu düzdürmü? Mövlam da cavab verib ki, kişinin sözü bir olar. 2 dəfə Eldar Mahmudovunla görüşmək üçün onun bağına getmişəm. Yanımda zərərçəkən Əfsəl Həsənəliyev də olub. Eldar Mahmudov da xəbər göndərib ki, mənimlə tək görüşə bilər. Görüşmüşük, deyib ki, bu işlərdə onun əli yoxdur, bu işləri görən Mövlam Şıxəliyevdir".

Hüseyn Səfərov çıxışının sonunda müttəhimlərə ittiham üzrə ən ağır cəzanın verilməsini, xüsusi müsadirə üçün istintaq zamanı üzərinə həbs qoyulan bütün əmlakların müsadirə edilməsini xahiş edib.

Zərərçəkən Əfsəl Həsənəliyev Mövlam Şıxəliyev və digər 3 müttəhimi Azərbaycan vətəndaşlarına qarşı sui-qəsd etməkdə ittiham edib: "Bunlar Azərbaycan vətəndaşını girov götürüb malını, mülkünü talan edib. Sizin şəxsən törətdiyiniz hər bir hadisə taleyinizdə qalacaq. Siz bu xalqa düşmən olmusuz".

Maşınlar bahalaşacaq like
  • 31 Mar 08:39  
Digərləri Maşınlar bahalaşacaq

Yaşı 10 ildən artıq olan işlənmiş avtomobillərin idxalına tətbiq edil�

arrow Ətraflı
Türkiyədə prezidentliyə namizədlərin son siyahısı dərc olunub like
  • 31 Mar 08:27  
Dünya Türkiyədə prezidentliyə namizədlərin son siyahısı dərc olunub

Türkiyənin Mərkəzi Seçki Komissiyasının prezidentliyə namizədlərin yek

arrow Ətraflı
Ukrayna şəhərlərində həyəcan siqnalı elan edildi like
  • 31 Mar 08:21  
Dünya Ukrayna şəhərlərində həyəcan siqnalı elan edildi

Ukraynanın bir sıra bölgələrində hava xəbərdarlığı elan edilib.

arrow Ətraflı
LaçınXankəndi yolunda etiraz aksiyası 110 gündür davam edir  FOTO like
  • 31 Mar 08:15  
Siyasət LaçınXankəndi yolunda etiraz aksiyası 110 gündür davam edir FOTO

Azərbaycanın qeyri-hökumət təşkilatları (QHT) nümayəndələrinin Qaraba

arrow Ətraflı
TBMM qəbul etdi: Finlandiya NATOya üzv olur like
  • 31 Mar 07:59  
Dünya TBMM qəbul etdi: Finlandiya NATOya üzv olur

Türkiyə parlamenti Finlandiyanın NATO-ya daxil olması ilə bağlı protokolu

arrow Ətraflı
Türk Dövlətləri Təşkilatı 31 Mart Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edib like
  • 31 Mar 07:48  
Siyasət Türk Dövlətləri Təşkilatı 31 Mart Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edib

Türk Dövlətləri Təşkilatı 31 Mart Azərbaycanlıların Soyqırımı Gün�

arrow Ətraflı
Zöhrabyan: Paşinyanın BUNA cəsarəti çatmaz like
  • 31 Mar 07:43  
Siyasət Zöhrabyan: Paşinyanın BUNA cəsarəti çatmaz

Ermənistanın baş naziri Nikol Paşinyanın Beynəlxalq Cinayət Məhkəməsi

arrow Ətraflı
MNin İran komandirinə cavabında mühüm detal  İlk dəfə like
  • 31 Mar 07:37  
Siyasət MNin İran komandirinə cavabında mühüm detal İlk dəfə

Müdafiə Nazirliyi İran Ordusunun Quru Qoşunlarının komandanı Kiyumərs He

arrow Ətraflı
Erməni türkoloq: Teq kəndi sərhəd oldu, biz torpaq itirməkdə davam edəcəyik like
  • 31 Mar 07:32  
Siyasət Erməni türkoloq: Teq kəndi sərhəd oldu, biz torpaq itirməkdə davam edəcəyik

"Təslimçilərin əli ilə Sünikdəki Teq kəndi bu gün tam hüquqlu sə

arrow Ətraflı
Rusiyadan əsərəlamət qoymayacağıq  Zelenski like
  • 31 Mar 07:27  
Dünya Rusiyadan əsərəlamət qoymayacağıq Zelenski

Ukrayna artıq qarşıdakı qələbə üçün hazırlıqlara başlayıb. Ölkə

arrow Ətraflı
Türkiyədə 58 avtomobil toqquşub like
  • 31 Mar 07:21  
Dünya Türkiyədə 58 avtomobil toqquşub

Türkiyədə 58 avtomobilin iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi baş

arrow Ətraflı
Bakıda şimalqərb küləyi güclənəcək like
  • 31 Mar 07:11  
Digərləri Bakıda şimalqərb küləyi güclənəcək

Martın 30-u axşamdan aprelin 1-i günün ikinci yarısınadək Bakıda və Ab�

arrow Ətraflı
Macarıstan Bolqarıstan və Rumıniya ilə Azərbaycandan qaz tədarükünə dair saziş imzalayacaq like
  • 31 Mar 07:05  
Digərləri Macarıstan Bolqarıstan və Rumıniya ilə Azərbaycandan qaz tədarükünə dair saziş imzalayacaq

Macarıstan aprelin sonunda Bolqarıstan və Rumıniya ilə Azərbaycandan təbi

arrow Ətraflı
Bayramov Mahmud Abbasla görüşdü  FOTO like
  • 31 Mar 07:00  
Siyasət Bayramov Mahmud Abbasla görüşdü FOTO

30 mart 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər nazi

arrow Ətraflı