Rusiyanın “seks simvol”u, homoseksual dostundan uşaq doğan Koroleva


Şou-biznes 21 Mar 2023 01:49:00 221 0

Rusiyanın “seks simvol”u, homoseksual dostundan uşaq doğan Koroleva

Son.az Lent.az-a istinadən bir zamanlar "seks simvol" olan, Koroleva təxəllüsü ilə tanınan ukraynalı müğənni, aktrisa Nataşa Porıvay haqqında məlumatları təqdim edir.

Nataşa Porıvay 1973-cü il mayın 31-də Ukraynanın paytaxtı Kiyevdə dünyaya gəlib. Yaradıcı ailədə böyüyüb: atası xormeyster, Ukraynanın Əməkdar artisti olan anası Lyudmila Porıvay isə "Svetok" xorunda dirijor olub. Nataşanın böyük bacısı İrina da musiqiçi kimi istedadlı uşaq olub və o, "Rusya" təxəllüsü ilə uzun illər müğənnilik edib. 

3 yaşlı Nataşa "Cruiser Aurora" mahnısı ilə Ukrayna Radio və Televiziyasının Böyük Xorunda səhnədə çıxış edib. Burada bəstəkar Vladimir Bystryakov onu kəşf edib və populyarlaşmasına yardımçı olub. Artıq 12 yaşında mahnıları ilə çıxış etməyə başlayan Nataşa "Sirk hara getdi?", "Möcüzələr dünyası" mahnılarını yazdırıb. 

Bundan sonra tezliklə bir çox məclisin ulduzuna çevrilib. O, uşaq şənlikləri, hökumət tədbirləri və bir çox yerlərdə çıxış edib. 1987-ci ildə Nataşa ilk dəfə televiziyada, bir çox gənc ifaçıya şöhrət qazandıran "Geniş dairə" proqramına qatılıb. Lakin gənc müğənni üçün həqiqətən əlamətdar hadisə vokal müsabiqəsindəki çıxışı olub. Burada məşhur prodüser Marta Mogilevskayanın köməkçisi Elviranın diqqətini çəkib. Nataşa parlayacağını bilmədən qadına öz musiqiləri olan bir kaset verib. Vaxt keçsə də, Moskvadan heç bir xəbərin gəlmədiyini görən Nataşa Kiyev Estrada və Sirk Məktəbinə daxil olandan sonra 1989-cu ildə ABŞ-a qastrol səfərinə gedib.

Burada ona nüfuzlu Roçester Universitetinin nəzdində Eastman Musiqi Məktəbinə tələbə olmaq təklifi ediblər. Lakin Marta Mogilevskaya Nataşanın Moskvaya gəlməsini istədiyi üçün gənc müğənni Amerikadakı təklifi rədd edib. Amma haradan bilərdi ki, xəyallarının ardınca gedən Nataşa Moskvada unudulmaz eşqi ilə qarşılaşacaq?

Nataşanın vokal qabiliyyəti başqalarından yüksək və qısaboylu olduğuna görə onu ideal vokalçı hesab edirlər. O, bir müddət müğənni Alla Puqaçovanın keçmiş aranjimançısı İqor Nikolayevin vokalisti kimi səhnəyə çıxıb. Düzdür, İqor ilk görüşdən onu bəyənməyib. Ancaq buna baxmayaraq, zamanla səsi və özündən xoşu gəlib. Nataşa 16 yaşında ikən İqorla birlikdə "Sarı lalələr" mahnısını yazdırıb. Üz qabığında isə "Nataşa Koroleva İqor Nikolayevin mahnılarını oxuyur" yazılan disk satışa buraxılıb. 

Dillər əzbərinə çevrilən bu mahnı onun Koroleva təxəllüsü ilə tanınmasına yol açıb. Belə ki, "Sarı lalələr" gənc qızı ölkənin əsas musiqi yarışmasının - "İlin mahnıları"nın finalına gətirib çıxarıb. İqor və Nataşa izdihamla dolu stadion və konsert meydançalarında konsertlər veriblər. Hətta pərəstişkarları göygöz, əsmər gözəlçə üçün o qədər qucaq dolusu sarı lalə gətirirmiş ki, kulis dolub-daşırmış. 

1992-ci ildə "Delfin və su pərisi" albomu işıq üzü görəndən sonra cütlük Amerika, Almaniya və başqa ölkələrə qastrol səfərlərinə gedib. Həmin ərəfədə İqor və Nataşa cütlüyü arasında eşq, intim münasibət və şəhvət alovlanıb. Lakin Nataşa ona "Mən sənin məşuqən olmaq istəmirəm. Toyum olmasını, gəlinlik geyinmək istəyirəm. Ya rəsmi münasibət, ya heç nə", - deyib. Nataşanı dəlicəsinə sevən İqor onunla evlənmək qərarına gəlib. Sonu kədər və ayrılıqla nəticələnsə də, onlar 2000-ci ilə kimi evli olublar. 

Nataşa Koroleva müğənni olmaqla yanaşı, aktrisa kimi də işləyib. O, "Brilliant əl" filmində Svetlana Svetliçnaya, "Pinokkionun ən yeni sərgüzəştləri" musiqili filmində Malvina obrazını canlandırıb. Artıq bir neçə ildən sonra kiçik, utancaq qız yetkin qadına, "seks simvol"a çevrilib. Buna görə də onunla eşq yaşamağa çalışan, ağlı başından çıxan kişilərin sayı az olmayıb.

Samir Bağırovun yeni görüntüsü yayıldı like
  • 21 Mar 01:14  
Şou-biznes Samir Bağırovun yeni görüntüsü yayıldı

Uzun müddətdir efirə çıxmayan müğənni Samir Bağırovun yeni görüntüs

arrow Ətraflı
Rus qırıcısı “Bayraqdar”a hücum etdi, bacarmadı like
  • 21 Mar 00:31  
Dünya Rus qırıcısı “Bayraqdar”a hücum etdi, bacarmadı

Qara dəniz üzərində ABŞ-ın MQ-9 Reaper PUA-sına toxunaraq, onun dənizə

arrow Ətraflı
Günün qoroskopu: Təcili ivə orijinal həll tələb olunduğu bu gündə planlar qurmaq çətindir like
  • 21 Mar 00:01  
Digərləri Günün qoroskopu: Təcili ivə orijinal həll tələb olunduğu bu gündə planlar qurmaq çətindir

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

arrow Ətraflı
Bu ətirlərin psixi pozğunluq yaratdığını like
  • 20 Mar 23:59  
Digərləri Bu ətirlərin psixi pozğunluq yaratdığını

Ətir qoxusu sağlam insanda psixi pozğunluq yarada bilməz.

arrow Ətraflı
Füzulidə ilk yaşayış məhəlləsi nə vaxt hazır olacaq? like
  • 20 Mar 23:53  
Digərləri Füzulidə ilk yaşayış məhəlləsi nə vaxt hazır olacaq?

Builki Novruz bayramı bizim üçün xüsusi əhəmiyyət daşıyır. Çünki Ta

arrow Ətraflı
Qadınların sevdiyi kişilər like
  • 20 Mar 23:47  
Digərləri Qadınların sevdiyi kişilər

Qadınların necə tip kişiləri, eləcə də kişilərin necə tip qadınları

arrow Ətraflı
Tanınmış ilahiyyatçı SİÇAN ZƏHƏRİ İÇDİ: like
  • 20 Mar 23:41  
Dünya Tanınmış ilahiyyatçı SİÇAN ZƏHƏRİ İÇDİ:

İngiltərədə yaşayan tanınmış ilahiyyatçı alimin son addımı sosial me

arrow Ətraflı
DİQQƏT! Bu xəstəliklər psixologiyaya təsir edir like
  • 20 Mar 23:35  
Digərləri DİQQƏT! Bu xəstəliklər psixologiyaya təsir edir

Nyu-York Universitetinin mütəxəssisləri diabet, diş itkisi ilə insan psixo

arrow Ətraflı
Mələkxanımın qızı AzTVdə like
  • 20 Mar 23:29  
Şou-biznes Mələkxanımın qızı AzTVdə

Xalq artisti Mələkxanım Eyubovanın rəssam qızı Nəzrin Nəcəfzadə AzTV-

arrow Ətraflı
Şarl Mişel Novruz bayramı ilə bağlı paylaşım edib like
  • 20 Mar 23:24  
Siyasət Şarl Mişel Novruz bayramı ilə bağlı paylaşım edib

Baharın başlanğıcı bu çətin vaxtlarda daha çox ehtiyac duyduğumuz yeni

arrow Ətraflı
Sabah bəzi magistral yollarda görünüş məsafəsinin məhdudlaşacağı gözlənilir like
  • 20 Mar 23:12  
Digərləri Sabah bəzi magistral yollarda görünüş məsafəsinin məhdudlaşacağı gözlənilir

Sabah bəzi magistral yollarda görünüş məsafəsinin məhdudlaşacağı göz

arrow Ətraflı
ABŞ prezidenti Novruz bayramı ilə əlaqədar paylaşım edib like
  • 20 Mar 23:07  
Siyasət ABŞ prezidenti Novruz bayramı ilə əlaqədar paylaşım edib

Novruz bu gün dünyada milyonlarla insanın minilliklər boyunca qeyd edtdiyi b

arrow Ətraflı
10 min insan işsiz qalacaq like
  • 20 Mar 23:01  
Dünya 10 min insan işsiz qalacaq

"Amazon" və "Google" dan sonra "Facebook" xeyli i

arrow Ətraflı
Beynəlxalq Donorlar konfransının iştirakçıları like
  • 20 Mar 22:56  
Dünya Beynəlxalq Donorlar konfransının iştirakçıları

Brüsseldə keçirilən Beynəlxalq Donorlar Konfransının iştirakçıları fe

arrow Ətraflı
Kişi 56 lezva uddu və... like
  • 20 Mar 22:50  
Dünya Kişi 56 lezva uddu və...

Hindistanın Racastan ştatında kişi 56 ülgüc udub. 

arrow Ətraflı