Arılar britaniyalı ailənin evini nəhəng pətəyə çevirdi – FOTO
Dünya 20 Mar 2023 21:51:00 331 0
İngilis cütlük divarlardan bal süzülməyə başlayanda evlərinin nəhəng arı pətəyinə çevrildiyini aşkar ediblər.
Bu xəbəri də oxu: İsrail hücuma hazırlaşır? Netanyahu açıqladı
Son.az oxu.az-a istinadən xəbər verir ki, Keyt Dempsinin sözlərinə görə, o, əri ilə birlikdə evlərinin divarlarında bir neçə tünd ləkə görüb. Sonradan bunun bal olduğu məlum olub. Təəccüblənən cütlük döşəmədə kiçik bir dəlik açaraq orada iki metrlik nəhəng arı pətəkləri və litrlərlə bal tapıblar.
"Biz heç vaxt belə bir şey görməmişdik", - deyə Keyt bildirib
Cütlük kömək üçün mütəxəssislərə müraciət etsə də, onlar öz xidmətlərinə görə ailədən külli miqdarda pul tələb ediblər Belə olan halda Keyt və əri arıların izlərini təmizləmək üçün dostlarını köməyə çağırıblar.
"Hər şey keçən ilki çox isti yayda başladı. Yataq otağımızın divarından aşağı qara yapışqan bir maddənin damcıladığını gördük", - Dempsi xatırlayır.
Cütlüyün sözlərinə görə, arılar onları narahat etməyib, ona görə də bu kəşf onlar üçün tamamilə sürpriz olub. Ümumilikdə, bütün balı çıxarmaq üçün Kate və əri təxminən dörd həftə əziyyət çəkiblər.
"Biz hamımız arıları narahat etməmək və onları öldürməmək üçün əlimizdən gələni etdik", - deyə britaniyalı bildirib.
ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi K
Xalq artisti Alla Puqaçova Valeriy Meladzenin İsraildəki konserti ilə bağl�
Türkiyədə sel fəlakətində həlak olanların sayı artıb.
Saç tökülməsi, dəridə quruluq hormonal disbalansdan xəbər verir.
Psixiatrlar 60 yaşından əvvəl və sonra ad günündə intihara cəhd edən A
30 ildən sonra ilk dəfədir ki, Tərtərin Talış kəndinin sakinləri öz do
Adətən yazın başlanğıcında "yatmış" xroniki xəstəliklər ba
Bu gün Şuşada Novruz bayramı ilə əlaqədar bayram tonqalı qalanıb.
İnsan bədənində beş səviyyəli həyat dəstəyi var. Birinci səviyyə hü
Finlandiya və İsveç müdafiə nazirləri görüşüb.
Ermənistan parlamentinin spikeri Alen Simonyan yıxılaraq dirsəyini zədələ
Qaraciyər istini sevir və ona həvəslə cavab verir. Yəni istilik qaraciyər