Qadın əvvəl zəhər içdi, sonra özünü yandırdı, əri isə...


Kriminal 20 Mar 2023 13:00:00 300 0

Qadın əvvəl zəhər içdi, sonra özünü yandırdı, əri isə...

Sabirabad rayonunda 1967-ci il təvəllüdlü Muğamat İbadov 46 yaşlı arvadı Sevincə işgəncə verib.

Son.az Teleqraf.com-a istinadən bildirir ki, əri tərəfindən işgəncə görən Sevinc özünü yandıraraq intihar edib.

Hadisə 2020-ci il noyabrın 15-də baş verib. Yanıq xəsarətləri ilə Sevinc əvvəl Saatlı rayon Mərkəzi Xəstəxanasına aparılıb, oradan isə Bakıya göndərilib.

Bakıda 5 saylı xəstəxananın yanıq şöbəsində 1 aydan çox müalicə alan Sevinc dekabrın 24-də orada vəfat edib. Xəstəxanada polis əməkdaşlarına izahat verən qadın deyib ki, əri onu özünü öldürməyə vadar edib. İzahatında qeyd edib ki, əri ona elədiyi zülmlərə görə dəfələrlə qaynıgildə, qonşuda, təndirxanada yatmaq məcburiyyətində qalıb.

İstintaq uzun sürən araşdırmadan sonra Sevincin intihara cəhd etməsində əri Muğamatı təqsirli bilib.

Onun barəsində Cinayət Məcəlləsinin 133.1-ci (bu məcəllənin 126 və 127-ci maddələrində göstərilən nəticələrə səbəb olmayan mütəmadi olaraq döyməklə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və ya psixi iztirablar vermə) və 125-ci (özünü öldürmə həddinə çatdırma) maddələri ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Muğamat özünü təqsirli bilməyib. O bildirib ki, noyabrın 15-də səhər saat 10 radələrində həyətdə olarkən Sevinc evə gəlib: "Sevincə yaxınlaşarkən telefonla danışdığını gördüm. Sevincin bacım Mehparə ilə danışdığını hiss etdim. Lakin onların nə danışdıqlarına fikir vermədim. Sadəcə Sevinc telefonla danışarkən ona yaxınlaşdlm və nəyə görə hirsli olduğunu soruşdum. Sevinc də əli ilə məni kənara itələdi. Həyətdə nar ağaclarının dibinə peyinləri yaymağa getdim".

Təqsirləndirilən şəxsin sözlərinə görə, təxminən 5-10 dəqiqə sonra Sevinc tərəfə baxdıqda onun yandığını görüb: "Dərhal Sevincin yanına qaçdım. Həyəcanlı halda alovu söndürməyə çalışdım. Evin eyvanından asılmış xalçanı götürdüm və Sevinci xalça ilə bürüdüm. Lakin alov sönmədi, xalça da yanmağa başladı. Sevincin isə səsi gəlmədi.

Xalça ilə özüm qarışıq alovun üzərinə yıxıldım. Qıçlarımın arasından alov çıxmağa başladı. Əlimlə odu söndürməyə çalışanda əllərim yandı. Üstümdəki alovu əllərimlə söndürə bildim.

Sevincin üzərinə su tökərək onun da alovunu söndürdüm. Su tökdükdən sonra Sevinc öskürərək özünə gəldi. Ondan nə etdiyi və niyə özünü yandırdığını soruşdum. Sevinc onu götürməyimi istədi. Özümün də yandığımı və onu götürə bilməyəcəyimi söylədim".

Təqsirləndirilən şəxs qeyd edib ki, həmin vaxt Sevinc ona qardaşı Qədirin nömrəsini deyib və zəng etməsini istəyib: "Qədirin nömrəsini yığdım, təcili bizə gəlməyini bildirdim. Əlim yanmış olsa da, Sevinci yerdən qaldırdım, yataq otağına apardım. Ona kömək etdim.

Sevinc əynini dəyişdi, yanmış paltarları çıxartdı. Evdə həmişə geyindiyi paltarlar geyindi. Təqribən 5 dəqiqə sonra Qədir gəldi. Mənə heç bir söz demədən Sevinci apardı. Sonra bacımın yoldaşı Sakitə zəng edərək çağırdım. Öz maşını ilə məni evlərinə apardı. Bacım Mehparənin tibbdən başı çıxdığı üçün Sabirabad rayonundan ağrıkəsici dərmanlar, iynə, maz aldırdım. Mənim əllərimə və qıçlarıma sarğı qoydurdum. Həmin gün Sevincin əvvəlcə Saatlı rayon Mərkəzi Xəstəxanasına, oradan isə Bakı şəhərində yerləşən 5 saylı Yanıq Mərkəzinə aparıldığını eşitdim".

Təqsirləndirilən şəxs bildirib ki, növbəti gün Sevincin qardaşı Samit ona zəng edib və xəstəxana xərcləri üçün 2000 manat lazım olduğunu deyib: "Həmin pulu onun özünə göndərməyimi xahiş etdi. 1900 manat pulu Sevincin qardaşı Niyaməddinə Samitə verməsi üçün təqdim etdim.

Təqribən 5 gün sonra Samit mənə yenidən zəng etdi və Sevincin xəstəxana xərcləri üçün pul lazım olduğunu dedi. Məndən yenə 2000 manat istədi. Pulum olmadığını söylədim. Amma həyətimdəki iki baş yanıbalalı inəyi satacağımı, pulunu Sevincin müalicəsinə verəcəyimi bildirdim. Samit də mənimlə razılaşdı".

Muğamatın ifadəsinə görə, növbəti gün 2000 manatı hazır edib və Samitə zəng vurub: "Samit həmin pulu götürərək apardı. Təqribən 1 saat sonra baldızım Rəqsanəyə zəng etdim və Sevincə baş çəkmək üçün xəstəxanaya gələcəyimi dedim. Rəqsanə qardaşları Bahadurun məni görmək istəmədiyini söylədi, bu səbəbdən oraya getməməyimi tövsiyə etdi. Lakin mən getmək qərarına gəldim.

Çin çox praqmatikdir, bu addımı atmayacaq like
  • 20 Mar 12:51  
Dünya Çin çox praqmatikdir, bu addımı atmayacaq

Çinə Rusiyaya stavka etmək sərfəli deyil, çünki Kreml perspektivi olmayan

arrow Ətraflı
Göz probleminiz varsa, bunu oxuyun like
  • 20 Mar 12:40  
Digərləri Göz probleminiz varsa, bunu oxuyun

Göz problemlərindən hər bir yaşın nümayəndəsi əziyyət çəkir. Çox

arrow Ətraflı
Yazın ilk gününün like
  • 20 Mar 12:31  
Digərləri Yazın ilk gününün

Martın 21-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkə

arrow Ətraflı
Erkən yaşda saç ağarmasının qarşısını almağın like
  • 20 Mar 12:20  
Digərləri Erkən yaşda saç ağarmasının qarşısını almağın

Saçların erkən ağarması bir çox insanın qorxulu yuxusuna çevrilib. Təbi

arrow Ətraflı
Azərbaycanda tələbəyə yüksək VƏZİFƏ VERİLDİ like
  • 20 Mar 12:14  
Digərləri Azərbaycanda tələbəyə yüksək VƏZİFƏ VERİLDİ

Azərbaycan Dillər Universitetinində tələbə dekan müavini təyin olunub.

arrow Ətraflı
Qızının maşınla vurduğu ana xəstəxanada öldü like
  • 20 Mar 12:11  
Digərləri Qızının maşınla vurduğu ana xəstəxanada öldü

Balakəndə övladının avtomobillə vurduğu ana 17 gün sonra xəstəxanada �

arrow Ətraflı
Avropa Azərbaycan Məktəbi Mart Naharı Qəbulu tədbirində iştirak etdi  FOTO like
  • 20 Mar 12:00  
Digərləri Avropa Azərbaycan Məktəbi Mart Naharı Qəbulu tədbirində iştirak etdi FOTO

Avropa Azərbaycan Məktəbi 2023-cü ilin mart ayında Amerika Azərbaycan Tica

arrow Ətraflı
Bakı sakinləri Novruz bayramını qeyd edirlər like
  • 20 Mar 11:54  
Digərləri Bakı sakinləri Novruz bayramını qeyd edirlər

Novruz qədim və böyük bayram kimi yazın gəlişi ilə əlaqədar olaraq qey

arrow Ətraflı
70ci illərin məşhur saç modeli YENİDƏN DƏBDƏ like
  • 20 Mar 11:20  
Digərləri 70ci illərin məşhur saç modeli YENİDƏN DƏBDƏ

70-ci illərdə trenddə olan saç kəsimləri bu il yenidən dəbə minib. 

arrow Ətraflı
Son 2 gündə Azərbaycanda 24,5 kiloqram narkotik aşkarlanıb like
  • 20 Mar 10:54  
Kriminal Son 2 gündə Azərbaycanda 24,5 kiloqram narkotik aşkarlanıb

Son 2 gündə Azərbaycanda 24,5 kiloqram narkotik aşkarlanıb.

arrow Ətraflı
Qazaxıstanda keçirilən seçkilərdə hakim “Amanat” partiyası 53,46 % səs toplayıb like
  • 20 Mar 10:48  
Dünya Qazaxıstanda keçirilən seçkilərdə hakim “Amanat” partiyası 53,46 % səs toplayıb

Qazaxıstanda keçirilən seçkilərdə hakim "Amanat" partiyası 53,4

arrow Ətraflı
İlk dəfə birlikdə görüntüləndilər like
  • 20 Mar 10:37  
Şou-biznes İlk dəfə birlikdə görüntüləndilər

Yeni sevgi macərasına başlayan Türkiyənin tanınmış aktyoru Mert Yazıcı

arrow Ətraflı
İranlı narkotacirdən onlayn yolla heroin alan Mingəçevir sakini tutulub like
  • 20 Mar 10:15  
Kriminal İranlı narkotacirdən onlayn yolla heroin alan Mingəçevir sakini tutulub

İranlı narkotacirdən onlayn yolla külli miqdarda narkotik alan Mingəçevir

arrow Ətraflı
İmam Xomeyni hava limanının talvarı uçub, like
  • 20 Mar 09:53  
Dünya İmam Xomeyni hava limanının talvarı uçub,

Tehranın İmam Xomeyni hava limanının talvarı uçub.

arrow Ətraflı
Ceyhun Bayramov Belçikaya işgüzar səfər edib like
  • 20 Mar 09:42  
Siyasət Ceyhun Bayramov Belçikaya işgüzar səfər edib

20 mart 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər nazi

arrow Ətraflı