Məhkəmədə udsa da, 51 min cərimələndi
Şou-biznes 18 Mar 2023 20:03:00 299 0
"Metropoliten-opera" musiqili teatrı Rusiyanın Xalq artisti Anna Netrebkoya ötən il ləğv etdikləri konsertlərinə görə təzminat ödəməli olacaq.
Bu xəbəri də oxu: Türkiyəli məşhurlar Azərbaycana başsağlığı verdilər FOTO
Son.az axşam.az-a istinadən xəbər verir ki, məhkəmə Netrebkonun müraciəti əsasında işə baxıb və teatrın sənətçiyə 200 min dollar (təxminən 340 min 138 manat) təzminat ödəməsi ilə bağlı qərar qəbul edib.
Qərara əsasən, Netrebko ləğv edilmiş 13 tamaşaya görə teatrdan ödəniş almalıdır. Belə ki, tərəflər arasındakı müqavilə şərtlərinə əsasən, ödəniş opera ifaçısının səhnəyə çıxıb-çıxmamasından asılı olmayaraq həyata keçirilir.
"The New York Times" qəzetinin məlumatına görə, hakim Hovard S. Edelman Netrebko ilə Rusiya prezidenti Vladimir Putin arasındakı sıx əlaqəyə şübhə etmədiyini, lakin onun buna haqqı olduğunu bildirib:
"Şübhə yoxdur ki, o, Putinin tərəfdarı idi və buna haqqı da var. Amma bu, qətiyyən mənəvi normaların pozulması və ya təhqir deyil".
Bununla yanaşı, məhkəmə Netrebko ilə opera teatrı arasında məbləğlə bağlı razılaşma təmin olunmadığı üçün onun gələcək şoular da daxil olmaqla ləğv edilməyə görə iki dəfə çox, yəni, 400 min dollar məbləğində təzminat tələbini təmin edilməyib. Bundan əlavə, o, Ukraynada hərbi əməliyyatlar başlayandan sonra sosial media hesabında nalayiq şərhlərə görə 30 min dollar (təxminən 51 min 020 manat) cərimə olunub.
Netrebko çıxışı zamanı məşhur insanlardan vətənlərini açıq şəkildə pisləmələrini tələb etməyin düzgün olmadığını bildirib.
Qeyd edək ki, sözügedən teatr Netrebkonun çıxışlarını Rusiyanın Ukraynaya hücumunu tənqid etməsi ilə bağlı tələbini yerinə yetirmədiyi üçün ləğv edib.
Onu da qeyd edək ki, A.Netrebko Xalq artisti Yusif Eyvazovun həyat yoldaşıdır.
Rusiya Federasiyası Pediatrlar İttifaqının rəhbəri sinkin rotavirusun müa
Martın 19-da başa çatan taxıl sazişi uzadılıb.
Martın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci
Martın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci
Martın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban
Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə
Əməkdar artist Rəşad İlyasov həyat yoldaşı Gülnarə İlyasova ilə birl
Çin lideri Si Szinpin antiamerika ritorikasını gücləndirib. Öz növbəsind
Cənubi Florida Universitetinin professoru Cozef Dituri insan orqanizminin uzun
Mart ayının 18-də Dövlət Sərhəd Xidmətinin "Sərhədçi" Məd�
Bu ilin sonuna qədər laçınlıların birinci qrupunun öz rayonlarına yerlə