"İş təkcə sürət həddini endirməklə bitməyəcək" Ekspert
Digərləri 17 Mar 2023 19:00:00 288 0
Bakıda və paytaxtın ətrafındakı əsas yollarda sürət həddinin endiriləcəyi ilə bağlı qərar geniş müzakirələrə səbəb olub.
Bu xəbəri də oxu: Etibarnamə ilə ev alanlara PİS XƏBƏR Evsiz qala bilərsiz
Mövzuya münasibət bildirən sürücülərin bir hissəsi bu addımın təqdirəlayiq olduğunu, tıxacları və ağır qəzaları azaldacağını düşünür. Amma əks fikirdə olanlar az deyil. Vətəndaşların bir qismi isə aşağı sürətin onların işə, mənzil başına vaxtında çatmağına maneə olacağını deyir. Hətta sürət həddinin azaldılmasının tıxacların artması ilə nəticələnəcəyini proqnozlaşdıranlar da var.
Nəqliyyat üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov bəzi küçə və yollarda sürət həddinin dəyişdirilməsi ilə bağlı qərarı keçmişdə buraxılmış ciddi səhvlərin düzəldilməsi istiqamətində vacib addım kimi görür: "Sürücüləri sıx məskunlaşma ərazilərindən keçən küçə və yollarda yüksək sürətə öyrəşdirən səhvlər var - Yüksək sürətlə hərəkətə təhrik edən yol infrastrukturu, qanundan kənar sürət həddinin tətbiqi və s. Bu, çoxdan aradan qaldırılmalı idi. Ümumiyyətlə, belə hallar olmamalı idi, nəhayət ki, dəyişiklik edildi. Amma iş təkcə sürət həddini endirməklə bitməyəcək. Təhlükəsizliyi artırmaq üçün Dövlət proqramında nəzərdə tutulan xeyli digər iş (yol tikəndən başlamış yolda nişan qoyanadək hər kəsin peşəkar və məsuliyyətli fəaliyyətinin təmini, sürücü hazırlığı və sürücü olma işinin təkmilləşdirilməsi, cəmiyyətdə təhlükəsiz davranış mədəniyyətinin formalaşdırılması və s.) də görülməlidir".
Ərşad Hüseynov bildirib ki, ən ciddi işlərdən biri də qəbul edilən qərarların düzgünlüyünün və ən yaxşısı olduğunun cəmiyyətə çatdırılması, insanların buna inandırılmasıdır: "Qərar qəbul edənlər (bu halda DYP və BNA) müasir elmi-texniki yanaşmalara istinadla insanları inandırmalıdırlar ki, belə qərarlar daha çox cərimə tətbiqinə, yolda daha çox vaxt itirilməsinə yox, hər kəs (piyada, sürücü, sərnişin) üçün daha təhlükəsiz və daha fasiləsiz, daha dayanıqlı və etibarlı hərəkət (mobillik) mühitinin yaradılmasına xidmət edəcək".
Hazırki vəziyyətdə sürücüləri, eləcə də yol hərəkəti iştirakçısı olan digər şəxsləri maraqlandıran əsas sual isə dəyişikliklərin hansı tarixdən etibarən qüvvəyə minməsi ilə bağlıdır.
Bakı Nəqliyyat Agentliyindən bildirilib ki, küçələrdə nişanların quraşdırılması ilə həmin küçədə yeni sürət həddinin tətbiqinə başlanılacaq: "Hazırda bu istiqamətdə iş gedir, qeyd edilən küçə və prospektlərdə yeni nişanların quraşdırılması tərəfimizdən təmin ediləcək".
Azərbaycanın rayonlarında istirahət və bayram günlərində gözlənilən h
Türkiyə Finlandiyanın NATO-ya üzvlüyünə razılıq verib.
17 mart tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Ba
Süni qiymət artımı ilə bağlı mübarizəni gücləndirəcəyik.
"Google"a məxsus yayım xidməti olan "YouTube TV" abunəç
Dünya şöhrətli futbolçu Kriştiano Ronaldonun sevgilisi Corcina Rodriges
Baş nazir Əli Əsədov bu gün Milli Məclisin iclasında qaz limiti ilə bağ
Martın 16-da Ağdamda mina partlayışı xəbəri məni çox kədərləndirdi.
Novruz bayramı ilə əlaqədar qeyri-iş günlərində paytaxtdan bölgələrə
Ermənistanın paytaxtı İrəvan şəhərinin meri Qraçi Sarkisyan vəzifəsin
Milli Məclis Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əli
Galaxy S23 Ultra 7 Avropa İttifaqı İstehlakçılar Assosiasiyası arasında �
Bakı-Ələt magistral yolunda ciddi sıxlıq müşahidə olunur.
Milli Məclis kökumətin hesabatını təsdiq edib.