Ombudsmanın əməkdaşları erməni diversantlara baş çəkdi
Digərləri 17 Mar 2023 17:29:00 298 0
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın tapşırığına əsasən Milli Preventiv Qrupun (MPQ) üzvləri tərəfindən Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına əvvəlcədən xəbərdarlıq etmədən növbəti başçəkmə həyata keçirilib.
Bu xəbəri də oxu: "Başqa dünyadan" gələn bitki Qorxu filmlərini unudun
Ombudsman Aparatından verilən məlumata görə, MPQ-nın üzvləri tərəfindən həmin müəssisədə saxlanılan bir çox şəxslər, o cümlədən Azərbaycan, Rusiya və Ermənistan dövlət rəhbərlərinin 2020-ci il 10 noyabr tarixində imzaladıqları üçtərəfli Bəyanata əsasən hərbi əməliyyatların dayandırılmasından sonra Azərbaycanın işğaldan azad olunmuş ərazilərində terror-diversiya qrupları şəklində cinayət əməllərinin törədilməsinə görə həbs edilmiş Ermənistan vətəndaşları da fərdi qaydada qəbul edilib, müraciətləri dinlənilib. Həmin şəxslərə hüquqları üzrə müraciət mexanizmləri ilə bağlı öz dillərində qanunvericilik aktları da təqdim edilib.
MPQ-nın ixtisasca həkim üzvünün də iştirak etdiyi başçəkmə çərçivəsində onların saxlanma şəraiti - kameraların vəziyyəti, ölçüsü, işıqlandırma, havalandırma, şəxsi gigiyena və sanitariya şəraiti, tibbi xidmət, qidalanma məsələləri yerində araşdırılıb.
Müntəzəm keçirilən başçəkmələr zamanı həmin şəxslərə münasibətdə qanunvericiliyinin tələblərinə riayət edildiyi, hüquqlarının, lazımi tibbi və psixoloji xidmətin təmin olunduğu, asudə vaxtlarının səmərəli təşkil olunduğu müşahidə edilib.
Eyni zamanda qəbul edilmiş şəxslər saxlama şəraiti, rəftarla bağlı sikayətlərinin olmadığını, telefon əlaqələri, yazışmalar, məlumat əldə etmək imkanlarının (televiziya, nəşrlər), tibbi xidmətin çatımlı olduğunu bildirmişlər.
Saxlanılan şəxslərin istədikləri kitab və informasiya materiallarını (öz dillərində) əldə etmək imkanlarının olduğu), habelə həmin şəxslərə Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri ilə də maneəsiz görüş imkanının yaradıldığı müşahidə olunub.
Birbank Visa kartları ilə xarici ölkələrdə, həmçinin xarici saytlarda v�
Şuşa və Serbiyanın Novi Pazar şəhərləri arasında memorandum imzalanıb.
Kaliforniyada "Bell 429" helikopterinin qaçırılmasına cəhdi zaman
Azərbaycan bazarında xaricdən gətirilən balıqlar üstünlük təşkil edir
Xalq artisti Aygün Kazımova nümunəvi addımı ilə gündəmə gəlib.
İcbari tibbi sığorta çərçivəsində özəl tibb müəssisələrinə gönd�
Ermənistanın hakimiyyət dairələri ölkənin taleyi ilə oynamağa davam edi
Bakcell şirkəti rəqəmsal yeniliklərini təqdim edib. Yeni Bakcell tətbiqi
Meyxanaçı Namiq Qaraçuxurlu MTV-də yayımlanan "Səhərin səsi" p
"Prokurorluq orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respu
Azərbaycanın qonşu ölkələrlə quru sərhədlərinin açılması məsələs
"Oğluma görə çox darıxıram. ABŞ-a onun yanına tez-tez gedirəm. Bu
Sabirabadda avtomobil ata və azyaşlı qızını vurub.
Şəkinin Baş Zəyzid kəndində yaşayan Müşviqə İbrahimxəlilova ölmüş