"Evlərin sənədləşdirilməsi problemi ölü nöqtədən tərpənmir"
Digərləri 17 Mar 2023 14:44:00 286 0
Milli Məclisdə icazə olmadan tikilən fərdi yaşayış evlərinin sənədləşdirilməsi məsələsi qaldırılıb.
Bu xəbəri də oxu: Xərçəngdən qoruyan 5 qida
Son.az Trend-ə istinadən bildirir ki, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev parlamentdə hökumətin hesabatının müzakirəsi zamanı deyib ki, rəsmi məlumatlara görə belə evlərin sayı 500 mindən artıqdır.
"Neçə illərdir ki, bu məsələ Milli Məclisdə qaldırılır, hökumət qərarları verilib. Di gəl ki, problem ölü nöqtədən tərpənmir. Problemin vaxtında və əsaslı həll edilməməsi yeni problemlər yaratmaqdadır. Sənədsiz evlər sənədsiz məhəllələrə, sənədsiz məhəllələr sənədsiz qəsəbələrə çevrilməkdədir. Bu ərazilərdə yaşayan on minlərlə insanın qazlaşdırma, su- kanalizasiya, uşaq bağçası, məktəb, xəstəxana, aptek, içtimai nəqliyyat və s. ehtiyacları qarşılana bilmir. Qeydiyyatda olmadıqlarına görə bu vətəndaşlar seçki hüquqlarından istifadə edə bilmirlər. Çox hörmətli cənab baş nazir! Sizdən xahiş edirəm bu məsələnin qısa zamanda həlli üçün tapşırıq verəsiniz və prosesi nəzarətinizə götürəsiniz", - deyə M.Quliyev əlavə edib.
Xatırladaq ki, bu gün Azərbaycan hökuməti Milli Məclisdə hesabat verir, iclasda Baş nazir Əli Əsədov, nazirlər iştirak edir.
İranın Məşhəd şəhərində ailə övladını satışa çıxarıb.
Martın 17-də yenidənqurmadan sonra Xanoba gömrük postunun istismara verilm�
2017-ci ilin oktyabrın 23-də həbsdən qaçan "Qoca" ləqəbli krimi
Baş nazirin müavini Şahin Mustafayev quru sərhədlərinin açılması məsə
Heydər Əliyev və Babək prospektlərini birləşdirən avtomobil yolu tunelin
Xətai rayonunda narkotik vasitələrin satışını təşkil edən, üzərində
Çin şirkətləri Rusiya təşkilatlarına 1000-ə yaxın avtomat, həmçinin h
Bəlli olduğu kimi, Türkiyə və Ermənistanın futbol üzrə milli komandalar
Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhn
ABŞ Prezidenti Co Bayden Rusiyanın məğlub olmasını istəyir, fəqət Ukray
Bir neçə gen öncə Bakıda konsert verən türkiyəli müğənni Mahsun Kırm
"Bir vaxtlar Rusiya üzərində Ukraynanın əsaslı üstünlüyü hesab ol