KOBların təhsil, elm, tədqiqat və dəstək sahələri üzrə layihələrinin maliyyələşdirilməsinə başlanılıb FOTO
Digərləri 16 Mar 2023 17:17:00 280 0
KOB-ların onlayn platformaların və qurğuların hazırlanması, qadın sahibkarlığının inkişafı, tədqiqat işlərinin aparılması istiqamətlərini əhatə edən 13 layihəsinin maliyyələşdirilməsinə 260 min manata yaxın vəsait ayrılacaq.
Bu xəbəri də oxu: Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO
Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin təhsil, elm, tədqiqat və dəstək sahələri üzrə layihələrinin maliyyələşdirilməsi üçün Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən elan edilmiş 3-cü qrant müsabiqəsi üzrə qalib layihələrin maliyyələşdirilməsinə başlanılıb.
KOBİA-dan bildirilib ki, layihələr müxtəlif sahələr üzrə onlayn platformaların və qurğuların hazırlanması, qadın sahibkarlığının inkişafı, KOB-ların faydalanması üçün tədqiqat işlərinin aparılması istiqamətlərini əhatə edir. Qalib layihələrin hər biri maksimum 20 min manat həcmində maliyyələşdiriləcəkdir.
Martın 16-da KOBİA-nın təşkilatçılığı ilə "Bakı KOB evi"ndə müsabiqə qalibləri ilə görüş keçirilib, onlarla layihələrinin maliyyələşdirilməsinə dair müqavilələr imzalanıb.
Üçüncü qrant müsabiqəsinin qaliblərini təbrik edən KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov müsabiqənin KOB-ların layihələrinin maliyyələşdirilməsinə dəstək məqsədilə keçirildiyini və müsabiqəyə 234 layihənin təqdim olunduğunu bildirib. Qeyd olunub ki, müxtəlif qurumların nümayəndələrinin təmsil olunduğu Ekspert Komissiyasının kollegial qərarına uyğun olaraq 13 layihənin maliyyələşdirilməsi barədə qərar qəbul olunub. Bu layihələrin maliyyələşdirilməsinə təqribən 260 min manat vəsaitin ayrılması nəzərdə tutulur. Müvafiq vəsait yaxın günlərdə qalib KOB-ların bank hesablarına köçürüləcək. Birinci və ikinci qrant müsabiqələrində isə 26 KOB subyektinin layihəsi təqribən 500 min manat məbləğində maliyyələşdirilib.
Orxan Məmmədov qeyd edib ki, Agentlik maliyyələşdirilmiş layihələrin davamlı və KOB-lar üçün faydalı olmasında maraqlıdır. KOBİA tərəfindən layihələrin icrasına və ödənilən vəsaitin təyinatı üzrə istifadə edilməsinə nəzarət olunur. Şəffaflığın və hesabatlığın təmin edilməsi məqsədilə monitorinqlər aparılır və layihələrin icrası prosesi barədə ictimaiyyət mütəmadi olaraq məlumatlandırılır.
"İslamofobiya ilə mübarizədə beynəlxalq təşkilatların birgə əmə
Zəngəzur dəhlizi açılandan sonra Azərbaycanın sözün əsl mənasında tr
İslamofobiyanı az qala dövlət siyasətinə çevirən rəsmi Paris hədəfə
Xalq artisti Eyyub Yaqubovun Türkiyədəki zəlzələ səbəbindən 15-16 fevra
Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti və Hərbi Prokurorluğ
Cəlilabad rayonunun Göytəpə şəhər sakinləri Bayram Cabbarov və İsa
ABB maliyyə xidmətləri şəbəkəsini genişləndirmək üçün Sumqayıtda i
Qərbi Azərbaycanda etnik təmizləməyə məruz qalan həmvətənlərimiz indi
Tarixi torpağımız olan Qərbi Zəngəzurun 1920-ci ilin noyabr ayında sovet
Bakının əsəs prospektlərində nəqliyyatın hərəkət sürəti endiriləc�
Talış kəndindən sonra bu il Ağdam rayonundakı üç kənddə, eyni zamanda,
Ötən gün Türkan Vəlizadə məkanlardan birində dostları və sənət yolda
Ermənistanın Azərbaycana qarşı mina terroru davam edir. Bununla bağlı Bak