“Hökümə Qurbanova bu səhnəni oynamaqdan imtina etdi, çünki..."
Şou-biznes 11 Mar 2023 05:22:00 349 0
"Hər bir kino rejissor əvvəlcə teatra maraq göstərir, sonra kinoya gəlir. Universitetdə oxuduğum illərdə kinoya maraq göstərirdim. Ekologiyaya aid "Mənim ağ şəhərim" filmini də çəkildim. Hətta Eldar Quliyev də dəstək üçün bu filmdə çəkildi. Eldar Quliyev filmdə çəkilməyi sevmirdi, xoşlasaydı onu çox rejissorlar çəkərdi. Çünki çox gözəl fakturası var idi. Sonralar film çəkməyə həvəsim qalmadı. Özümü teatrda gördüm, teatrda hiss etdim. Çox istəyirəm ki, 20 ildən sonra yeni bir film çəkim. Əgər bu ağlımda tutduğum film alınsa, mütləq Qarabağ haqda olacaq".
Bu xəbəri də oxu: Xına mərasimi aparıcısı: "80 minə məclis danışmışıq"
Son.az xəbər verir ki,bunu moderator.az-a açıqlamasında xalq artisti, Bakı Bələdiyyə Teatrının baş rejissoru Mərahim Fərzəlibəyov deyib.
"Aktyor səhnədə olmalıdır. Səhnədə olmayan aktyorlar intriqalara qoşulurlar, həm də sənətdən geri qalırlar. Bu canlı sənətdir, gərək səhnədə olasan. 5 il teatrda oynama, sonra gəlib oynasan onun mütləq əzabını çəkəcəksən. Çünki yadırğayırsan. Çox böyük sənətkarlarla çalışmışam, bəzən mənə yol da göstəriblər. Bəzən də elə olub ki, həmin sənətkarlar bir-birləri ilə danışmayıblar. Bir misal çəkə bilərəm sizə. O vaxt "Qarabağ əfsanəsi" adlı tamaşa hazırlayırdım. Tamaşada xalq artistləri Hökümə Qurbanova və Nəcibə Məlikova iki bacını oynayırdılar. Halbuki danışmırdılar, bir-birləri ilə küsülü idilər. Tamaşada bir səhnə var ki, iki bacılar görüşməlidirlər. Hər iki tərəf dedi ki, biz bu səhnəni oynamayacağıq. Ağlıma bir mizan gəldi. Elə bir şey fikirləşdim ki, bacılar illər sonra üz-üzə gəlirlər, ürəkləri gedib yerə yıxılırlar. Görüşmək alınmır. Bu kaprizləri kimlər edirdi, nəhəng sənətkarlar! Bəzən də elə kaprizlər olurdu ki, dünənin aktyoru deyirdi ki, "mən filmə çəkilməliyəm, gəlməyəcəm". Rejissor aktyora şərait yaratmalıdır, amma aktyor da başa düşməlidir ki, teatr onun üçün birincidir. Onlar başa düşməlidirlər ki, teatr aktyorlarıdırlar" deyə sənətkar bildirib.
Xalq artisti 20 il sərasər İlyas Əfəndiyevlə birlikdə çalışdığını bildirib.
"İlyas Əfəndiyevin 10 əsərinə səhnə həyatı vermişəm. İlyas müəllim yazılarında kövrək, lirik olmağına baxmayaraq, həyatda həddindən ziyadə mürəkkəb insan idi. Mənim iş prossesim onun xoşuna gəlirdi. Hansı səhnəni dəyişmək istəyirdimsə, həmin gecə o səhnəni oturub yenidən işləyirdi. Biz bu 20 ildə çox böyük bir tandem yaratmışdıq. Onun iki əsərinə mən quruluş vermədim, nəsə aramızda yaradıcılıq mübahisəsi oldu. Həmin əsəri bir başqa rejissor səhnələşdirmişdi. Daxili baxışda baxdı, nəsə xoşuna gəlmədi. Dedi ki, bunu Mərahim səhnələşdirməlidir. Həmin əsər "Şeyx Xiyabani" əsəri idi. "Sevgililərin cəhənnəmdə vüsalı" əsərinin səhnəyə hazırlıq prossesində yenə də yaradıcılıq mübahisəmiz oldu. Onu da başqa bir rejissora verdi. Əsər başqa bir rejissor tərəfindən səhnələşdirildi. Premyera tamaşasına bir neçə gün qalmış, o yenə də bu əsəri səhnəyə mənim hazırlamağımı istədi. Ondan sonra mən bildim ki, yalnız İlyas müəllimlə işləməliyəm. Mənə çox etibar edirdi" deyə sənətkar bildirib.
Son.az
Natalya Varley hazırda necə yaşayır?..
Dünyaca məşhur Cennifer Lopez və Ben Afflek cütlüyü həm kədər, həm d�
Müğənni Emiliya Yaqubova tərzi ilə marağa səbəb olub.
Ötən gün Nəsimi rayonu, Səməd Vurğun küçəsində baş vermiş silahlı
Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"
Bakının mərkəzi küçələrinin birində yaşayış binasında baş verənl�
Fransa Prezidenti Emmanuel Makronun kütləvi tətillər zamanı, vətəndaşlar
Paytaxtın Nəsimi rayonu, Səməd Vurğun küçəsində baş vermiş silahlı i
Məşhur meyxanaçılar Pərviz Bülbülə və Ruslan Müşviqabadlı hər kəs
Araşdırmalara görə, soyuq, mavi spektr, müasir LED lampaları sağlamlıq �
Aqşin Fateh "Həmin Zaur" verlişində Nəfəsə atmacası ilə diqq�